İsa Həbibbəyli: “Folklorşünaslıq xüsusi inkişaf edən sahələrdən biridir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı keçirilir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son illər Azərbaycan folklorşünaslığını milli ictima-humanitar elmlər içərisində xüsusi inkişaf edən sahələrdən biri kimi dəyərləndirib. Bu istiqamətdə Folklor İnstitutunun fəaliyyətinin təqdirəlayiq olduğunu deyən akademik folklorun multidissiplinar tədqiqinin zəruriliyini qeyd edib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov Azərbaycan folklorşünaslığında folklorun nəzəri aspektdən araşdırılılmasının mühüm istiqamətlərdən biri olduğunu deyib. M.İmanov hazırda folklorun tamamilə yeni məzmun daşıdığını vurğulayıb.

Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Nigar

Palitra.-2016.-27 dekabr.-S.6.