Biliklər iqtisadiyyatının və intellektual mülkiyyətin inkişafı başlıca hədəf olmalıdır

 

İsa Qasımov: “Hindistanın bu sahədəki təcrübəsi və dinamikası ölkə üçün müsbət nəticələr verəcək”

 

Elmi kəşflərin müəllifliyinin, intellektual mülkiyyətin qorunması, eləcə də biliklər iqtisadiyyatının formalaşması bütün ölkələrdə həmişə aktual hesab edilir. O cümlədən, Azərbaycanda da bu məsələ olduqca böyük aktuallıq kəsb edir. Bu barədə xarici ölkələrin təcrübələri ilə tanış olmaq, onların elmintellektual mülkiyyət sahəsində bu baxımdan həyata keçirdikləri tədbirlərlə bağlı məlumat almaq da maraqlı və faydalıdır.

Layihə çərçivəsində bu barədə hazırda Hindistanda ezamiyyətdə olan Qafqaz Universitetinin (Qutexnopark) direktoru İsa Qasımovun fikirlərini öyrəndik. İ.Qasımovun sözlərinə görə, əhalisinin sayı 1 milyard çivarında olan Hindistanda ölkənin ümumi inkişafının başlıca yolu kimi innovasiya sahibkarlığının inkişaf etdirilməsində görürlər. Onun təəssüratlarına görə, Hindistan hökuməti sürətli sosial-iqtisadi inkişafa nail ola bilmək üçün dünyada isbat olunmuş yol seçib. Belə ki, Hindistan hökuməti və ölkənin ziyalı təbəqəsi istər ölkədə həyat şəraitinin yüksəldilməsi, istərsə də sosial-iqtisadi baxımdan hərtərəfli inkişafı əldə etmək üçün innovasiya sahibkarlığının, biliklər iqtisadiyyatının formalaşmasının, eləcə də sosial sahibkarlığın inkişafına xüsusi diqqət yetirirlər. Hindistan hökuməti bu sahələrin inkişafına müxtəlif yanaşmalarla maliyyə dəsətəkləri verməklə yanaşı, həm də təşviqedici yanaşmaları ilə biznes dünyasının və ictimaiyyətin marağını biliklər iqtisadiyyatının inkişafına cəlb edir.

 

Hindistan innovasiya sahibkarlığının, biliklər iqtisadiyyatının böyümə sürətinə görə dünyada 3-cüdür

 

Hələ keçən əsrin sonlarından sahibkarlığın inkişafına əhəmiyyət verməyə başlayan Hindistan hökuməti, hazırda innovasiya sahibkarlığının, biliklər iqtisadiyyatının inkişafını təmin etmək üçün, ölkədə bu sahəni dəstəkləyən mədəniyyətin formalaşması üçün işlər görür. "Yaşıl Hindistan" (Green India), "Təmiz Hindistan" (Clean India), "StartUp Village India" (Startap Kənd Hindistan), "StartUp India"(Startap Hindistan) və sair kimi ölkə səviyyəsində böyük proqramlarla Hindistan hökuməti əhali arasında biliklər iqtisadiyyatını, biznessosial təşəbbüskarlığı inkişaf etdirir:Hindistanda innovasiya sahibkarlığının, o cümlədən, biliklər iqtisadiyyatının inkişaf etdirilməsi üçün dəstəkləyici və təşviqedici qanunvericiliklə təmin olunmaqla yanaşı, gərəkli olan infrasturktur imkanların təmin olunması da diqqət mərkəzindədir. Məsələn, Hindistanın Əhmədabad şəhəri yaxınlığında yeni inşa edilən "Texno-City" adlı nəhəng layihənin ilk işi möhtəşəm texnopark binalarının tikilib istifadəyə verilməsi ilə başlayıb.

İnsanlar innovasiya sahibkarlığının, biliklər iqtisadiyyatının inkişafı ilə ölkənin ümumi inkişafını sıx əlaqələndirirlər. Hətta, müvafiq qurumlar sahibkarlığın inkişafı proqramlarının nəticələrini göstəricilərlə nümayiş etdirərək, hökuməti bu sahədə daha aktiv olmağa dəvət edirlər. Bəzi tədqiqatçılar isə, biliklər iqtisadiyyatı və innovasiya sahibkarlığının inkişafını Hindistanda sosial-iqtisadi inkişaf üçün ən uyğun yanaşma olduğunu vurğulayırlar”.

 

İnkubasiya mərkəzləri və texnoparklar

İsa Qasımovun sözlərinə görə, bu kimi işlərin, xüsusi ilə yenielmi sahibkarlıq təşəbbüslərinin uğurlu olması üçün Hindistanda 200-dən çok İnkubasiya Mərkəzi və onlarla böyük həcmli texnoparklar fəaliyyət göstərir. Bu İnkubasiya mərkəzləri və texnoparkların əksəriyyəti dövlət tərəfindən qurulmuş olsa da, hazırda özəl sektora aid mərkəzlərin fəaliyyəti də mövcuddur. Burada başlıca məqamlardan biri hesab olunan investiya mənbələrinin təmin olunmasıdır ki, bu da Hindistanda yetərincə formalaşıb: “Belə ki, istər bəzi təhsil müəssisələri, istər İnkubasiya mərkəzləri, istərsə də texnoparklar özəl sektorla səmərəli əməkdaşlıq formalaşdıra biliblər. Bunu dövlətin təşviqedici yanaşmaları ilə birgə, şirkətlərin, o cümlədən sənaye müəssisələrinin problemlərinin həllində inkubasiya mərkəzləri və ya texnoparkların fəaliyyətində faydalı təkliflərinin olması da təsir edir. İstər böyümə imkanlarının təmin olunması, istərsə də yeni şirkətlərin (və ya ortaqlıqların) qurulmasında inkubasiya mərkəzləri və ya texnoparkların fəaliyyəti müsbət nəticələr verir.

Hindistanlı elmi-tədqiqatçı K.K. Shaw`ın "Biznes İnnovasiyaları təşviqi üçün Texnoloji Əlaqələr" mövzusunda seminarında qeyd etdiyi kimi, İnkubasiya Mərkəzləri fikirlərinin prototipə çevrilə biləcəyi bir məkanlardır.

Proqram əsasında bəzi İnkubasiya mərkəzləri ilə tanış olduq. Hindistanda İnkubasiya Mərkəzi regional inkişafda xüsusi rol oynayır. Böyük həcmli texnoparklarda isə, elmi əsaslı araşdırma işlərinə, xüsusi ilə ixrac potensialının inkişafına xidmət edən araşdırma işlərinə üstünlük verilir. Məsələn, Əhmədabad yaxınlığında fəaliyyət göstərən onlarla İnkubasiya Mərkəzindən biri "MİCA" İnkubasiay Mərkəzi regional inkişafda böyük rol oynadığı halda, Hindistanın cənubunda yerləşən Trivandurum şəhərində fəaliyyət gösərən "Trivandurum Texnoparkı" əsasən informasiya texnologiyaları sahəsi üzrə araşdırma ya innovasiya fəaliyyətlərinə üstünlük verir. Texnopark səlahiyyətlisinin verdiyi məlumata görə, burada, müxtəlif şirkətlərin fəaliyyəti ilə yanaşı, hazırda 3000 startup inkişafı dəstəklənir”.

 

İntellektual mülkiyyətin inkişafı

Hindistan hökuməti biznes dünyası, eləcə ictimaiyyət arasında intellektual mülkiyyətin, biliklər iqtisadiyyatının inkişafı üçün təşviqedici addımlar atır: “Bu məqsədlə daxili bazarın imkanlarını da dəyərləndirməyə çalışırlar. Qeyd etməliyik ki, Hindistanın daxili bazarı xeyli güclüdür. Bu isə yerli startapların inkişafına zəmin verən amillərdəndir. Ümumiyyətlə, lokal problemlərin həllinə imkan verən, kiçik sahibkarlığın inkişafı üçün zəmin yaradan xeyli işlər görə biliblər. Müşahidələrimdə diqqətimi çəkən ən önəmli məqamlardan biri , burada az imkanlarla çox görə bilmələridir.

İnnovasiya sahibkarlığının inkişafı ölkədə intellektual mülkiyyətin inkişafında mühüm rol oynayır. İntellektual mülkiyyətin artması işinin isə, Hindistanda sürətlə getdiyini qeyd edə bilərik. Belə vəziyyət isə, sənayenin aparıcı sahələri ilə yanaşı, digər (inşaat-infrastruktur, xidmət s.) sahələrin inkişafına zəmin verir. Nəzərə alsaq ki, hazırda dünyada informasiya cəmiyyətinə keçidlə bağlı ciddi yarış gedir, Hindistanın bu sahədəki təcrübəsi dinamikasının ölkə üçün müsbət nəticələr verəcəyinin gözlənilən olduğunu qeyd edə bilərik”.

Xatırladaq ki, Qafqaz Universiteti QuTexnoparkın müdiri dr. İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılanİnnovasiyaların Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi” ("Promoting Innovation`s & Entrepreneurship through Incubation") beynəlxalq proqramlarında iştirak etmək üçün Hindistanda ezamiyyətdədir.

04 Yanvar - 12 Fevral 2016-ci il tarixlərində keçirilənİnnovasiyaların Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsitəlim proqramı Hindistanın Əhmədabad şəhərində fəaliyyət göstrərən Hindistan Sahibkarlığın İnkişafı İnstitutunda (Entrepreneurship Development Institute of India (EDII) , eləcə Hindistanın müxtəlif şəhərlərində - Trivandrum, Cochin, Coimbatore, Tirupur, Mysore, Bangalore - fəaliyyət göstərən şirkətlər, mərkəzləri, texnoparklar müvafiq müəssisələrdə həyata keçirilir. 6 həftə ərzində davam edəcək proqramın ilk 4 həftəsi əsasən treninq ya seminarlar formasında, 2 həftəsi isə müxtəlif şəhərlərdə təcrübə proqramları şəklində həyata keçirilir.

Proqram iştirakçıları təlimlərlə yanaşı, Hindistanın gəzməli, görməli yerləri, eləcə Hindistanın yerli mədəniyyəti ilə tanış edilir.

İlkin AĞAYEV

Palitra.-2016.-2 fevral.-S.11.