Bərdədə şəhid Hafiz Zeynalovun xatirəsi anılıb

 

Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş Hafiz Zeynalovun xatirəsi onun adını daşıyan Bərdə rayonu Gərənə kənd tam orta məktəbində anılıb.

AZƏRTAC xəbər verir ki, Bərdə rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Hafiz Zeynalovun məzarı üzərinə əklil və tər qərənfillər qoyub, ruhuna dualar oxuyublar. Sonra şəhidin evində ailə üzvləri ilə görüş keçirilib.

Gərənə kənd tam orta məktəbində davam edən mərasimdə çıxış edənlər Hafiz Zeynalovun qısa, lakin şərəfli ömürdöyüş yolundan danışıblar. Bildirilib ki, Hafiz Zeynalovun və digər şəhidlərimizin həyatı böyüməkdə olan gənc nəslə örnəkdir.

Tədbir məktəblilərin hazırladıqları “Şəhidlik zirvəsində” adlı kompozisiya ilə davam edib.

 

Palitra.-2016.-17 fevral.-S.7.