Qəbələdə turizm sosial-iqtisadi inkişafa təkan verir

 

Tufandağda xeyli sayda qəbələli işlə təmin edilib

 

Son bir ildə qeyri-neft sektorunun surətlə inkişaf etdirilməsi üçün daha çox zərurət yarandı. Prezident bununla bağlı bir sıra vacib addımlar atır, ölkədə ardıcıl iqtisadi islahatlar həyata keçirilir ki, bu da nəticə etibarilə ölkəmizin iqtisadiyyatına müsbət təsir edir. Ölkə iqtisadiyyatının inkişaf tempinə ciddi təsir edən sahələrdən biriheç şübhəsiz ki, turizmdir. Mütəxəssislər tərəfindən Azərbaycanın turizm potensialının geniş olduğu barədə həmişə fikirlər səsləndirilir, hər il bölgələrdə bununla bağlı yeni imkanların açıldığı da məlumdur. Bəs görəsən hazırda regionlarda turistlərin rahatlığının təmin edilməsi, onların ehtiyaclarının qarşılanması üçün yaradılan şərait- infrastruktur, otellərdəki durum hansı səviyyədədir?

Buna şahid olmaqdan ötrü mütəmadi olaraq daxili turizmin inkişafına dəstək məqsədilə təşkil olunan tədbirlərdən birinin iştirakçısı olduq, KİV nümayəndələri üçün təşkil olunan xüsusi tur zamanı bütün bu imkanları öz gözümüzlə görə bildik. Qəbələdə təşkil olunanTurizmin inkişafında KİV in rolu və funksiyası” adlı bu tədbirə Azərbaycanın ən müasir və peşəkar hotel brendlərindən olanQafqaz” hotelləri ev sahibliyi etdiyindən bu şəbəkənin turizmin inkişafı üçün yaratdığı şəraitlərlə əyani tanış olduq. Tədbirdə bölgənin turizm potensialı, eyni zamanda Azərbaycanda 13, Qəbələ rayonunda 8 hoteli olan Qafqaz Hotelləri Qrupu barədə ətraflı məlumat verildi, hotellərin imkanları tanıdıldı.

Onu da qeyd edək ki, Azərbaycanın ən məşhur turizm regionlarından biri qədim tarixə malik olan Qəbələ rayonudur. Məlumdur ki, son illərdə bu rayonu xarici incəsənət ustaları, diplomatlar və ümumilikdə turistlər yaxşı tanıyırlar. Bura istirahətə və gəzməyə gələnlərin sayı isə günbəgün artır. Müasir infrasturkturların yaradılması, geniş layihələrin həyata keçirilməsi Qəbələnin mədəni həyatına da təsir edib. Bu həm də, regionun sosial-iqtisadi inkişafına da güclü təkan verib.

Ekskursiyaya “Qəbələ Yengicə Thermal and SPA” hoteldən başladıq ki, burada rayonun gözəl təbiəti, turistləri valeh etməyə bilməz. KİV nümayəndələri turistlər üçün ideal məkanda yerləşən bu hotellə tanış oldular. Təbiətin sakit guşəsində, Yengicə isti su vannaların mənbəyində yerləşən hotel şəhər stresindən uzaqda dincəlmək və peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq üçün ideal məkan sayıla bilər. Hotelin ən cazibədar tərəflərindən biri isti su vannaları ilə yanaşı naftalan vannalarının mövcudluğudur. Məlum oldu ki, Naftalan nefti ilə müalicə, burada daha yüksək səviyyədə təşkil olunur. Naftalan nefti haqqında da bura gələn turistlər üçün ətraflı məlumat verilir. Turistlərin marağına səbəb olan bu müalicə üsulundan digər bölgələrimizdən gələnlər də aktiv şəkildə istifadə edirlər. Dünyada yalnız Azərbaycanda olan və 72 cür xəstəliyi müalicə edən Naftalan nefti burada ən müasir üsullarla hazırlanmış qurğularla istirahətə gələnlərə təqdim olunur. Bildirildi ki, turistlərin rahatlığının təmin olunması və xidmət keyfiyyətinin yüksək səviyyədə olması üçün xüsusi ayrılmış otaqdan kompüter sistemi vasitəsilə neft vannası qəbul edənlər nəzarətdə saxlanılır və həkimlər onlarla ilgilənirlər.

Maraq üçün bildirək ki, burada Naftalan nefti vannasının bir seansı 15 manatdır.

Turizm mütəxəssisləri turistlərin neft vannası qəbul etmələri üçün Naftalana deyil, məhz daha çox Qəbələdəki məkanı seçmələrinə üstünlük vermələrinin əsas səbəblərindən biri kimi isə burada Naftalandan fərqli olaraq gözəl təbiətin olmasını göstərdilər. Həm müalicə həm də təbiətdən yararlanmaq turistlər üçün daha cazib görünür. Bu məkan yay aylarında balıq həvəskarları üçün də xüsusilə maraqlıdır. Yaxınlıqdakı göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövqdür.

5 ulduzlu Qafqaz Sport Hotelə gələn KİV nümayəndələrin burada da bölgənin turizm imkanları barədə müəyyən fikir mübadiləsi apardılar.

Qafqaz Sport Hoteldəki səhər yeməyindən sonra bütün heyət Qafqaz Tufandağ Hotelə yollandı. Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan Tufandağ hoteli müasir infrastrukturu ilə xizəksevərlərin əvəzedilməz məkanlarından biridir. 2015 də istismara verilən hotel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. Tufandağ Hoteli həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. Maraq üçün qeyd edək ki, burada 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər.

Xizəklə sürüşdükdən sonra nahar yeməyində Qafqaz Hotellərinin səlahiyyətli nümayəndəsi bildirdi ki, Novruz bayramı münasibətilə 19-28 mart tarixlərində xüsusi kampanyaya start veriblər. Artıq arzu edənlər 72 AZN-dən başlayan iki nəfərlik otaq qiymətləri ilə, (gecələmə, səhər yeməyi, internet, spafitness qiymətə daxildir) 22-23-24 Mart tarixlərində isə 116 AZN-dən başlayan 2 nəfərlik otaq qiymətləri ilə (Gecələmə, səhər yeməyi, SPA, Bayram Şou Programı – Musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük Şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlars.) qonaq ola bilərlər.

Səlahiyyətli şəxslərlə söhbət zamanı o da bildirildi ki, Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan Tufandağda çalışan xeyli sayda işçilərin 90 faizi yerli əhalidir. Buradakı mürəkkəb infrastruktur, xarici cihaz və avadanlıqların bol olmasına baxmayaraq bütün bunlarla əcnəbi mütəxəssislər deyil, Qəbələdən bura cəlb edilərək işlə təmin edilən yerli insanlar məşğul olurlar. Xizək meydançasında olan Rusiyadan gələn turistlərin biri ilə söhbət zamanı isə məlum oldu ki, o Tufandağda yaradılan şəraitdən razıdır və təkcə bu rayondakı turizm obyektlərində istirahəti xizəkçiliyə görə deyil, həm də dünyaca məşhur Naftalan neftindən da yaralanmaq üçün seçib. Xizək meydançasında yaradılan şərait isə onu qane ediro Qəbələdəki bu məkanın Rusiyadakı xizək meydançalarından, bu sahədə yaradılan turizm obyektlərindən heç nəyi ilə seçilmədiyini söylədi. Daha sonra KİV nümayəndələri xoş təəssüratlarla Qəbələ rayonundan ayrılıb yenidən tezliklə dönmək ümidilə Bakıya yola düşdülər.

 

Tural TAĞIYEV

Palitra.-2016.-24 fevral.-S.13.