Azərbaycan musiqi ruhu Londonun aparıcı caz klublarında

 

Bu günlərdə məşhur azərbaycanlı pianoçu Elçin Şirinov Londonun iki caz məkanında – “The Spice of Life” “The Vortex” klublarında etno-caz musiqi üslubunda konsert proqramı ilə çıxış edib. Ecazkar caz musiqi gecəsi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

Xalq musiqimizin zəngin ənənəsindən bəhrələnən Elçin Şirinov yeni nəsil Azərbaycan caz musiqiçilərinin nəslindəndir. Onlar post-bop caz musiqisinin elementlərini Azərbaycan xalq musiqisi klassik musiqisinin üsulları, melodiya mikrotonları ilə birləşdirir.

TEAS-dan AZƏRTAC-a bildirilib ki, “The Spice of Life” klubunda reallaşan konsertə Elçin Şirinovun ifasına yaxşı bələd olan iki musiqiçi - italiyalı bas gitaraçı Andrea Di Bias britaniyalı zərb ifaçısı Con Skott qatılıb. İki ildən artıqdır ki, E.Şirinov onlarla sıx əməkdaşlıq edir. Skottun Azərbaycanın xalq mahnısıDurna” zərb alətlərində məharətli ifa etməsi Elçin Şirinovun çevik improvizasiyası ilə dəstəklənib. O, pianoda tempi daha da artıraraq həyəcanın yüksək dərəcəsinə çatmağa müvəffəq olub.

İfa zamanı Elçin Şirinov həm Skott, həm Di Biasa mümkün qədər sərbəst şəkildə improvizasiya üçün yer ayırıb. Arxa fonda akkompaniator kimi mükəmməl şəkildə ifanı tamamlayıb, zərurət yarandıqda öz həyəcanlı improvizasiyası ilə ön plana çıxıb.

Gecədə Azərbaycan xalq mahnısı olanSarı gəlin ifa edilib. Skottun təqdimatındakı əzəmətli davamlı templə başlayan bu kədərli melodiya bütün auditoriyanı valeh edir bu Di Biasın empatik reflektiv bas keçidlərinə gətirir. Bu parça əsas melodiyanın zəngin bəzədilmiş variasiyaları basın müşayiəti ilə yekunlaşdırılır tam sükutda oturan bütün auditoriyanı sanki ovsunlayır.

Azərbaycan klassik musiqisi üzərində improvizasiya edən Elçin Şirinov yeganə caz pianoçusu olaraq qalır o, Londondakı konsertini Qara QarayevinYeddi gözəlbaletindənVals”ı öz aranjemanında ifa edir. Sakit tempdə ifa olunan məşhur melodiya Skottun poliritmik zərb ifası ilə dəstəklənir. İfanı yekunlaşdırandan sonra təsirlənmiş auditoriya musiqiçini “bravo” deyərək alqışlayır.

Londonda keçirilən hər iki konsertin yekun nəticələri barədə danışan amerikalı pianoçu Bred Mehldaun deyib ki, Elçin Şirinov trionu idarə etmək üçün çox gözəl hissiyyata malik musiqiçidir. Xüsusilə o, musiqidə piano bas gitara üçün ayrı-ayrı yerlər tapır, basın çaldığı heç bir kənar hissələri ifa etmir.

Palitra.-2016.- 21 iyul.- S.15.