“Təhsilimi Avropada davam etdirib ixtisaslı kadr olaraq formalaşmaq istəyirəm”

 

“İnanıram ki, daha böyük bir mühitdə özümü daha yaxşı göstərə və inkişaf etdirə bilərəm. Azərbaycanı xaricdə təmsil edəcək ixtisaslı kadrların çoxluğu ölkəmizin daha da qüdrətlənməsinə gətirib çıxara bilər”

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin (İMF) 2012-2016-cı illər üzrə təhsil alan və bu il məzun olacaq tələbələrdən biri Cəlal Şirəlizadədir. O, təhsil aldığı müddət ərzində verdiyi bütün imtahanlardan (44 imtahan) A qiyməti alaraq təkrarlanması mümkünsüzə yaxın olan bir uğura imza atıb.

 

- Təhsil aldığım fakültənin ən yaxşı tələbəsi kimi ilk, öncə özümə borcluyam. Dediyim kimi, mən birinci olmaq uğrunda yaşayan bir insanam. İlk dəfə dərsə daxil olarkən də, sonuncu imtahandan çıxarkən də, hər zaman beynimdə ən yaxşı olmaq istəyi olubşadam ki, çox çalışaraq istədiyim nəticəni əldə eləmişəm. Daha sonra ailəmə minnətdaram. Onlar mənə hər zaman dəstək olublar və belə bir şəraitdə mənə düşən onların ümidlərini doğrultmaq olub. Bunu edə bildiyim üçünözümü çox xoşbəxt hiss edirəm. Nəhayət, universitet həyatımda qazandığım uğurların əsas memarları müəllimlərim və tələbə yoldaşlarımdır. Mən I kursdan IV kursa qədər ən sevdiyim müəllimlərin adını vurğulamaq istərdim. Onlardan biri Səadət Zeynalova - ilk dəfə dərsində iştirak etdiyim istər yaxşı müəllim, istərsə də yaxşı bir dost olan, 4 il boyunca hər zaman məni dəstəkləyən və demək olar ki, bütün tələbələrin sevimlisi olan mükəmməl bir insandır. Ağasəf İmran - fakültəmizin mənə görə ən savadlı üç müəllimindən biridir. Dərsində çox həvəslə iştirak etdiyim və hər zaman yeni şeylər öyrəndiyim, həmçinin şair təbiətli maraqlı bir insandır. Vaqif Abdullayev - çox savadlı, çox tələbkar və çox yaxşı bir insandır. İstər müəllim kimi, istərsə də insani keyfiyyətləri baxımından bütün müəllimlərə nümunə göstərilə biləcək elm adamıdır. Rəna Məmmədova - ən sevimli məşğələ müəlliməmdir. Hər zaman öz üzərində çalışan, yenilik axtarışında olan və bunları dərs metodlarına da tətbiq edərək bizim əylənərək öyrənməmizə vəsilə olan gözəl insandır. Əli Səlimov - çətin xasiyyəti və tələbkarlığı ilə yanaşı, dərsdə, yaxud dərsdənkənar hər hansı bir məsələ ilə bağlı rahatlıqla məsləhətləşə bildiyim, mənə hər zaman dəstək olan sevimli müəllimimdir. Əkimə Əhmədova - möhkəm xarakterli, tələbkar, bununla yanaşı, tələbəylə dost olan, istər təhsillə, istər başqa bir problemlə bağlı məsləhətləşə bildiyim, tələbələrin sevimlisi, gözəl bir insandır. Səadətdin Abdıyev - tədris etdiyi fənnin sözün əsl mənasında piri olan, semestr boyu qiymət almaqda çətinlik çəkdiyim, lakin hər zaman əziyyəti qiymətləndirən, tələbə dostu bir insandır. Yetər Əliyeva - onun 1 dərsində sadəcə, iştiraketmə şansı əldə etmək üçün dünyaya bir daha gəlsəm ADNSU-nun İqtisadiyyatmenecment fakültəsini seçərdim. Fakültəmizin ən savadlı müəllimi, tələbələrə inanılmaz dərəcədə böyük hörmət qoyan, istər dərslərindən, istərsə də insani keyfiyyətlərindən çox şey öyrəndiyim mükəmməl bir insandır. Mehriban Quliyeva - gənc yaşına rəğmən çox savadlı və böyük dünyagörüşünə sahib olan, fikirlərindən çox təsirləndiyim, çoxlu sayda xüsusiyyətlərini örnək aldığım, imtahanına ən ciddi səviyyədə və ən uzun müddət hazırlaşdığım, fənnindən A aldıqda ən çox xoşbəxt olmağıma səbəb olan ideal bir insandır.

Bununla yanaşı, keçmiş dekanım Azad Əliyev, yeni dekanım İlham Rüstəmov, dekanımızın müavini Mila xanım və bütün digər işçilərin dəstəyini hər zaman hiss etmişəm. Ümumiyyətlə hesab edirəm ki, ADNSU-nun ən yaxşı, ən prestijli fakültəsi bizim fakültəmizdi və gələcək illərdə də daha uğurlu fəaliyyətlə bunu doğrultmalıyıq.

İnsanın uğurlu nəticə əldə etməsi üçün zəruri olan faktorlardan birionun olduğu mühitdir. Bu baxımdan mən şadam ki, 4 il boyunca günümün böyük bir hissəsini çox maraqlı və rəngarəng tələbə yoldaşlarımla keçirmişəm. Anar, Turan, Pərvin, Rüstəm, Ramilə, Təbriz, Nərmin, İslam, QumruNatiq başda olmaqla, bütün tələbə yoldaşlarıma həyatımın önəmli bir hissəsində yer aldıqları üçün minnətdaram və ümid edirəm ki, özlərinə uğurlu bir gələcək quracaqlar.

-Gələcəyin savadlı mütəxəssisi kimi ADNSU-nun gələcəyini necə görürsən və səncə, daha nələr edilməlidir?

- Məşhur iqtisadçı Steven Landsburq özününArmchair economist” kitabına bu cümlə ilə başlayır - “İstənilən iqtisadiyyatı 4 sözlə izah etmək olar: İnsanlar stimullara reaksiya verir, yerdə qalan şeylər təfərrüatdır”. Hesab edirəm ki, bu prinsip ümumilikdə idarəçiliyə də aid edilə bilər. Yəni uğurlu bir sistem qurulması üçün tələbələrin, müəllimlərin, idarəçilərin stimullaşdırılması mütləqdir. Tələbə əldə edəcəyi yüksək nəticələrə görə mükafatlandırılacağını, yaxud hər hansı bir şəkildə fərqləndiriləcəyini bildiyi zaman daha əzmlə çalışa bilər. Eyni zamanda müəllimlərin stimullaşdırılması üçün müxtəlif tədbirlər görülə bilər. İstər savad dərəcəsinə, dərsdemə qabiliyyətinə, tələbələrin fikirlərinə, yaxud başqa standartlara əsaslanaraq müəllimlərin maaşlarının bir-birindən fərqləndirilməsi, “Ayın müəllimi” tipli, ya da buna bənzər hər hansı bir layihənin keçirilməsi onların stimullaşdırılmasına, nəticədə tədrisin keyfiyyətinin artmasına gətirib çıxara bilər. Bu prosesi iqtisadiyyatda gəlir və rəqabət məfhumları ilə əlaqələndirsək, universitetə qəbul olub təhsil almaq tələbənin gəliri hesab oluna bilər. Bunu daha da mükəmməlləşdirmək üçün tətbiq ediləcək stimullaşdırıcı vasitələr təhsilin keyfiyyətinin artmasına və daha savadlı kadrların ortaya çıxmasına səbəb ola bilər. Müəllim və tələbələrin stimullaşdırılması nəticəsində əldə olunacaq uğurlu nəticələr idarəçilərin stimulları ola bilər. İnanıram ki, rektorumuz Mustafa Babanlının həyata keçirdiyi və gələcəkdə həyata keçirəcəyi islahatlar bu prosesi daha da sürətləndirəcək, ADNSU tez bir zamanda dünya səviyyəli universitetə çevriləcək.

- Universiteti bitirirsən, heyifsiləndiyin nələrsə varmı?

- Həyatın hər yeni səhifəsinə keçəndə, təbii ki, müəyyən üzüntü olur. Həmçinin yaşın artması ilə bərabər, məsuliyyət artır, əyləncə azalır və getdikcə daha da böyük hədəflər uğrunda daha böyük mübarizələrə daxil olursan. Heyifsləndiyim bir neçə məqamı qeyd edərdim. Belə ki, rektoronun gətirdiyi dəyişikliklərin ən başdan olmasını istərdim. Bu gün ən azı həftədə bir dəfə hansısa şirkət nümayəndəsi və ya başqa bir qonağın iştirakı ilə müxtəlif görüşlər keçirilir, yeni-yeni layihələr təqdim olunur. Bu prosesin bir az gec baş verməyi mənim üçün üzücüdür. Amma hesab edirəm ki, aşağı kurs tələbələri və indiki abituriyentlər növbəti illərdə qarşılaşacaqları gözəl imkanlardan faydalanaraq daha yaxşı inkişaf edə bilərlər. Dərslərində həvəslə iştirak etdiyim müəllimlərin dərslərində təkrar iştiraketmə şansı əldə edə bilməyəcəyim üçün də heyifsilənirəm. İnsan bir şeyi itirdiyi zaman onun dəyərini anlayır, təəssüf ki, bu belədir. Hesab edirəm ki, dərslərin video- yazılarının saytda yerləşdirilməsi həm universitetimizi seçmək istəyən abituriyentlər üçün dərsin keyfiyyəti ilə tanış olmaq baxımından yaxşı olar, həm də bizlərə müəllimlərimizi təkrar görmə və virtual da olsa, dərslərində iştiraketmə şansı verər.

- Gələcək planların nədir?

- İlk öncə təhsil. Magistratura pilləsi üzrə təhsilimi Avropada davam etdirib ixtisaslı kadr olaraq formalaşmaq istəyirəm. İnanıram ki, daha böyük bir mühitdə özümü daha yaxşı göstərə və inkişaf etdirə bilərəm. Azərbaycanı xaricdə təmsil edəcək ixtisaslı kadrların çoxluğu ölkəmizin daha da qüdrətlənməsinə gətirib çıxara bilər. Tam olaraq bütün gələcəyimi planlaşdırmasam da, 50 yaşdan sonra Avstraliyanın ucqar bir yerində fermer həyatı yaşamaq istəyirəm və inanıram ki, bu arzuma daha tez çata biləcəm.

-Aşağı kurs tələbələrinə və gələcək tələbələrimizə tövsiyələrin nədir?

- Dostlar, özünüzü inkişaf etdirmək üçün hər vasitədən istifadə edin. Bəhanələrə söykənməkdənsə, onları yox edin. Dil öyrənin. Hər öyrəndiyiniz yeni dil, yeni bir qapının açarıdır. İnsanlardakı müsbətləri oğurlayın, bu cinayət deyil. Planlı görün, bu, uğura aparan kəsə yoldur. Az yatın, bunun üçün gələcəkdə çox vaxtınız olacaq. Alternativlər arasında seçim edərkən 100 ölçüb bir biçin. Dəyişə bilməyəcəyiniz şeylərə görə şikayətlənməyin, ya da məyus olmayın. Nə olursa olsun, pozitiv olun. Sona qədər mübarizə aparın. Həyatda hər zaman qalibiyyət xəttində qalmaq mümkün deyil, bəzən büdrəyə, bəzən isə hətta yıxıla bilərsiz. Uğur - yenidən qalxmağı bacarmaqdır.

 

Nigar Abdullayeva

Palitra.-2016.-7 iyun.-S.11.