Qalaaltı HotelSanatoriya kompleksində xidmət paketlərinə iyun endirimləri

 

Naftusiya suyunun möcüzəli üstünlükləri hələ 1578-ci ildən insanlara bəllidir. 1969-cu ildən Qalaaltıda yeni mənbə sularının unikallığının elmi tədqiqatlarla təsdiqindən sonra suyun insanların müxtəlif xəstəliklərində müalicəsi geniş vüsət aldı. Belə ki, 7 mənbədən çıxan suyun dəqiqəlik debiti 10 000 litr təşkil edirdi. Məhsuldarlığına və tərkibinin zənginliyinə görə dünyada bənzəri olmayan Qalaaltı suyu özünün müalicəvi xüsusiyyətlərinə görə yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da məşhurdur. SSRİ-nin dağılması ilə uzun illər baxımsızlıq nəticəsində yararsız hala gəlmiş Qalaaltı müalicə ocağına sərmayə qoyuluşundan sonra Qalaaltının ikinci həyatı başlandı. Bu gün barəsində söhbət gedən həmin unukal müalicə oçağı tanınılmaz dərəcədə dəyişilmişdir. Belə ki, orijinal memarlıq üslubunda inşa olunmuşmüasir hotelsanatoriya tələblərinin ən yüksək standartlarına cavab verən möhtəşəm Qalaaltı HotelSanatoriya kompleksi geniş çeşidli tibbi xidmətləri ilə nümunəvi fəaliyyət göstərir. İyun ayının sonunadək Qalaaltı HotelSanatoriya kompleksində xidmət paketlərinə həftə içi günlər üçün 20 faiz, həftə sonu paketləri üçün isə 10 faiz endirim aksiyası təklif olunur.

 

Texnologiyanın son sözü ilə müasir avadanlıqlarla təchiz olunmuş Qalaaltı HotelSanatoriya kompleksində uroloji xəstəliklərin mükəmməl müalicəsi həyata keçirilir. Eyni zamanda, yüksək ixtisaslı personal kompleksə gələnlərə nevroloji, kardioloji, ginekoloji və digər xəstəliklərin müayinəsi və müalicəsi paketləri də təklif edir. Bununla bərabər kompleksdə keyfiyyətli tibbi kosmetoloji xidmət də göstərilir.

 

Qalaaltı HotelSanatoriya kompleksinin özünə məxsusluğu və təkrarsızlığı yalnız tibbi xidmətlərlə məhdudlaşmır. Dəniz səviyyəsindən 1000 metrə qədər yüksəklikdə olan, dağ və dəniz havası ilə zəngin yaşıl yamaclarda yerləşən bu səhiyyə və istirahət ocağında insanların hərtərəfli, mənalı və aktiv istirahəti üçün hər cür imkan və şərait yaradılmışdır.

 

Qalaaltı HotelSanatoriya kompleksində keçirilən hər gün zəngin təəssüratlarla yadda qalır. Bakıdan cəmi 120 km məsafədə yerləşən, rahat yolu olan, müayinə-müalicə və istirahəti sağlam həyat formulu seçən, balanslaşdırılmış bərpa və qidalanma rejimini tətbiq edən bu səhiyyə və sağlamlıq ocağında insanlara daim peşəkar qayğı və diqqət göstərilir.

 

İnsanların sağlamlığına qayğıkeş münasibətin daha bir nümunəsi iyun ayında Qalaaltı HotelSanatoriya kompleksində start verilən endirim aksiyasıdır. Belə ki, iyun ayında kompleksə gələnlərə həftə içi xidmət paketlərinə 20 faiz, həftə sonu xidmət paketlərinə isə 10 faiz endirim edilir.

Gəlin, Qalaaltiya gedək, həm vaxtımıza, həm də ailə büdcəmizə qənaət edək.

Ətraflı məlumat üçün www.qalaalti.com səhifəsinə müraciət edin.

 

 

Qorqud

Palitra.-2016.-9 iyun.-S.15.