“Formula 1“-i izləmək üçün Bakıya xeyli turist gəlib

 

Ailəsi ilə birlikdə Bakıya gələn iranlı turist Hasani:

“Formula 1” yarışlarını izləməyə gəlmişik. Bu yarışmanın ardıcıl olaraq beş il Azərbaycanda keçirilməsi turizm sənayesinin inkişafına xeyli təkan verəcək

 

"Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start verildi. Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas digərləri yarışırlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir. 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Sürət, çağırış, cazibə - bu üç söz Bakı Şəhər Halqasını tam simvolizə edir.

Qeyd edək ki, yarışın yüksək səviyyədə təşkili ilk baxışdan hiss olunurdu. Belə ki, yarışların keçiriləcəyi ərazilərdəKönüllülərbütün ərazi boyu düzülərək hər bir vətəndaşa yardımçı olurlar. Yarışların keçirildiyi əraziyə isə çoxlu sayda xarici turistin böyük həvəs maraqla gəldiyinin şahidi olduq. Xarici turistlər arasında müxtəlif ölkələrin nümayəndələrini görmək mümkündür. Yarış keçiriləcək ərazidə yarışdan öncə izləyicilər üçün müxtəlif növ maraqlı idman yarışları təşkil olunub ki, bu da xarici turistlər tərəfindən böyük maraqla qarşılandı. Onu da vurğulayaq ki, burada izləyicilər üçün hər cür şərait yaradılıb. İzləyicilər burada təşkil olunmuş stendlərdən milli xarici mətbəxin nümunələrini almaq imkanı da əldə edirlər. Eləcə müxtəlif ölkələr burada öz idman geyimlərini təqdim edirlər. Burada, həmçinin bizim milli incəsənət nümunələrimiz təqdim edilir ki, sənət ustaları öz əl işlərini nümayiş etdirirlər.

 

Həyat yoldaşım oğlum Bakını çox bəyənirlər. Bakıda istədiyimiz kimi dincələ bilirik

Ölkəmizə gələn xarici turistlər arasında iranlılar da var. Müsahibimiz həmin iranlı turistlərdən biri olan Armen Hasani ailəsi ilə birlikdə “Formula 1” yarışlarını izləməyə gəlib: “Mən 3 ildir ki Azərbaycana gəlirəm. Gəldiyim illərdə çox dəyişikliklərin şahidi olmuşam. Bu il xüsusilə Bakıda daha çox dəyişiklik müşahidə edilir. Binalar, yollar daha da gözəlləşib. İndi isə “Formula 1” yarışlarını izləməyə gəlmişik. Belə bir fikir var ki, iranlılar bu yarışları sevmir. Mən deyərdim ki, həvəskar hər yerdə var. Qiymətlərə gəldikdə ümumilikdə yaxşıdır. Mən 2013-cü ildə bu yarışları Dubayda izləmişəm. Gələcəkdə bu yarışları izləmək üçün Bakıya gəlmək istərdik. Ailəmin burada hər şey çox xoşuna gəlir. Həyat yoldaşım oğlum Bakını çox bəyənirlər. Bakıda istədiyimiz kimi dincələ bilirik. Ümumiyyətlə, bu yarışlar müxtəlif baxımdan ölkələr üçün önəmlidir. Fikrimcə, bu yarışmanın ardıcıl olaraq beş il Azərbaycanda keçirilməsi ölkənin turizm sənayesinin inkişafına xeyli təkan verəcək”.

 

Ali Korkmaz:

Mən I Avropa Oyunları zamanı da Bakıya gəlmişdim. İndi “Formula 1” yarışlarını izləmək üçün gəlmişəm

Yarışları izləməyə gələn xarici ölkə vətəndaşlarından biri Türkiyədən gələn Ali Korkmazdır: “Mən ikinci dəfədir ki, Azərbaycanda oluram. Bu səfərimdə Bakının daha da gözəlləşdiyinin şahidi oldum. Eyni zamanda Bakı artıq beynəlxalq yarışların keçirildiyi bir şəhər kimi tanınır. Belə idman yarışları zamanı həm maraqlı tədbirləri izləyirik, həm dincəlirik. Gözəl istirahət yerləri var. Bu yarışın təşkil olunduğu Milli Parkın ərazisi çox gözəldir. Mən I Avropa Oyunları zamanı da Bakıya gəlmişdim. İndi “Formula 1” yarışlarını izləmək üçün gəlmişəm. Bu idman növünə marağım var. Bizim üçün bu yarışların Bakıda təşkil olunmasının xüsusi önəmi var. Çünki bilirik ki, hər hansı xarici ölkəyə deyil, qardaş ölkəmizə gəlirik. Ümid edirik ki, bundan sonra da Azərbaycanda bu cür beynəlxalq yarışlar təşkil olunacaq biz böyük məmnunluqla onu izləməyə gələcəyik”.

 

Lalə Eyubova:

Xaricilər bizim stendlərə yaxınlaşırlar, maraqla baxırlar. Xüsusilə qadınlar daha çox maraq göstərirlər

Turistlərin bu ərazidə ən çox maraq göstərdiyi yerlərdən birimilli incəsənət nümunələrimizdir. Burada müxtəlif incəsənət nümunələri təqdim olunur ki, turistlər birbaşa onların hazırlandığını izləmək imkanı əldə edirlər. Turistlərin ən çox maraq göstərdiyi stendlərdən biri bizim geyimlər, araxçın hazırlandığı bölmə idi. Burada araxçın üzərində işləyənlərdən biri Lalə Eyyubovadır. O, bu sənətlə uşaqlıqdan məşğul olduğunu deyir: “Anam rəssamdır, onun yolunu davam etdirirəm. Mənim üzərində işlədiyim araxçın tikməsi adlanır. Özüm hazırda xalçaçılıq kursunda oxuyuram. Bu sənəti sevirəm. Gözəl sənətdir. Hətta bir çox insanların xəbəri yoxdur, bu, daha dərin sənətdir. Hamı adi baxır. Adi xalçalar da var. Elələri də var ki, həqiqətən də çox dərin mənalıdırlar və onu hər adam bilmir. Mən hazırda tələbəyəm. Bacarıqlı ustalar əl işlərini nümayiş etdirmək üçün bu yarışlar ərəfəsində iştirak edirlər. Xaricilər bizim stendlərə yaxınlaşırlar, maraqla baxırlar. Xüsusilə qadınlar daha çox maraq göstərirlər. Bu məhsullardan almaq istəyənlər də olur. Ancaq bunlar satış üçün deyil, sadəcə, milli incəsənətimizi təqdim edirik. Mən gələcəkdə də öz sənətimi davam etdirəcəm. Onu da deyim ki, hazırda araxçın hazırlanması ilə bağlı xüsusi bir istehsal mərkəzi yoxdur. Ancaq şəxsi olaraq hazırlayıb şəhərdə olan milli dükanlara təqdim edirik. Mən öz əl işlərimi, hələ ki, xaricdə təqdim etməmişəm, ancaq tətbiqi sənət ustası kimi anam xaricdəki sərgilərdə iştirak edir. Burada isə bizim əl işlərimiz yarış başlayan ilk gündən hər bir turistin diqqətini cəlb edir. Ümid edirəm ki, onlar bütün Azərbaycanın milli mədəniyyət və incəsənət nümunələrini bəyənəcəklər”.

 

Nigar Abdullayeva

Palitra.-2016.-18 iyun.-S.4.