Şəki beynəlxalq musiqi festivalına ev sahibliyi edir

 

Türkiyənin “Şimdi” ansamblı festivalın səhnəsində çıxış edib

 

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı - Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlanıb. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Yaponiya, Türkiyə, İrantürkdilli ölkələrdən gəlmiş musiqi və rəqs kollektivləri, sənətçilər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.

Festivalın təntənəli açılış mərasimi Şəki şəhərindəki Yay teatrında keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər. Mərasimi festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nunSülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə açaraq möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq 7-ci dəfədir keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb. TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov Şəkidə ənənəvi olaraq keçirilən “İpək yolu” Beynəlxalq musiqi festivalında iştirak etməyin bu təşkilat üçün çox önəmli olduğunu bildirib. Builki festivalın açılışı kimi fəxri missiyanın TÜRKSOY-a həvalə olunduğunu diqqətə çatdıran qurumun rəhbəri 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən xalq çalğı alətləri orkestrinin çıxışının Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının tarixində dərin iz buraxacağını vurğulayıb. Açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb. Qeyd olunub ki, ötən il Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki 2016-cı il üçünTürk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində də lazımi aparılır. Rəsmi hissədən sonra TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestritürkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış ediblər. TÜRKSOY-un Baş Katibliyinin təşəbbüsü ilə yarananüzv ölkələrin musiqiçiləri ilə təmsil olunan bu Orkestrin heyəti Türk Dünyası etnik xalq çalğı alətlərinin ifaçılarından ibarətdir. Türk xalqlarına məxsus ənənəvi musiqini dombra, bağlama, kobiz, tar, kuray, ney, qaval, ağız qopuzu, yetigenqanun kimi alətlərdə ifa edən orkestr ilk dəfə 2016-cı ilin martında beynəlxalq Novruz bayramı tədbirləri çərçivəsində Ankara, İstanbul, Nyu-YorkVaşinqtonda konsertlər verib. Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb. Qeyd edək ki, musiqi festivalı çərçivəsində dünən günorta saatlarında XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Türkiyənin “Şimdi” ansamblının konserti olub. Konsertdən əvvəl məlumat verilib ki, “Şimdi” ansamblı Anadoluda sufi ənənəsinin mövcudluğu və inkişafı baxımından yeni bir layihədir. Ansambl müasir zamanda sufi ənənəsinin ən parlaq simalarından olan müğənni və bəstəkar Bora Uymaz tərəfindən təsis edilib. Ansamblın heyətinə Əli Polattemir (ney), Mehmet Yalqın (kamança), Volkan Ergen (zərb), Həsən Kiriş (tənbur) və Şirin Pancaroğlu (ling arfa) daxildir. “Şimdi” ansamblının yaradıcı meyarı - keçmişin və gələcəyin əsasında olan bu günün çarpazlaşan məqamlarını izləmək, keçmişdə yerini taparaq, gələcəyə hazırlıqlı olmaqdan ibarətdir. Bu, ansamblın ifaçılığından yaranan fəlsəfi görüşlərdir. Musiqiçilərin ifa etdikləri himnlər, mahnılar, qəsidələr, təqsimlər, qəzəllər və instrumental əsərlər məqamlara əsaslanır və qədim köklərə malikdir. Arfa sənətçisi Şirin Pancaroğlu həm klassik və ənənəvi türk musiqisi, həm də populyar janrları əhatə edən və müasir üslubda bəstələnən əsərlərin mahir ifaçısıdır. O, Türkiyədə və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu musiqi festivallarının iştirakçısıdır. Konsertdə ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda təşkilatçılar adından kollektivə xatirə olaraq festivalın rəmzi simvolu təqdim olunub.

 

Palitra.-2016.-29 iyun.-S.15.