Montpellier Universiteti ilə UNEC-in birgə reallaşdırdığı ikili diplom proqramının təqdimatı keçirilib

 

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fransanın Montpellier Universiteti ilə UNEC-in birgə bakalavr dərəcə proqramının təqdimatı keçirilib. UNEC-in tələbə və müəllimlərinə proqram haqqında ətraflı məlumat verilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda ikili diplom proqramı ilə bağlı məlumat verəcəyik.

 

Tələbələrimizə Montpellier Universitetinin tələbə

kartları veriləcək

Təqdimatda bildirilib ki, 2016/2017-ci tədris ilindən başlayaraq UNEC-in dünya iqtisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat biznesin idarə olunması ixtisasları üzrə təhsil alan tələbələri Montpellier UniversitetininBeynəlxalq menecment biznesixtisası üzrə diplom əldə edə biləcəklər. Proqramda ilk iki tədris ilini UNEC- təhsil alan 120 kredit qazanan, ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. 3-cü kursda proqram üçün seçilən tələbələrə iki variant üzrə təhsillərini davam etdirmək imkanı veriləcək. Birinci variantı seçən tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönərək, təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrə Montpellier Universitetinin tələbə kartları veriləcək. İkinci variant olaraq, tələbələrə İqtisad Universiteti Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılan proqram üzrə 3-cü kurs təhsillərini UNEC- davam etdirmək təklif olunur. Tələbələrə bir neçə fənni Montpellier Universitetinin professorları tədris edəcək. Onlar həm UNEC, həm Montpellier Universitetinin tələb olunan kreditlərini əldə edəcəklər. Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, ötən ay Fransanın Montpellier Universitetində UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Razılaşma UNEC-in rektoru professor Ədalət Muradovun Montpellier Universitetinə səfəri çərçivəsində imzalanaraq, hər iki universitetin tələbələrinəİqtisadiyyat”, “Dünya İqtisadiyyatı”, “Maliyyə”, “MühasibatBiznesin təşkili idarə edilməsiixtisasları üzrə UNEC Montpellier Universitetlərinin diplomlarını əldə etmək imkanı verəcək. Bu proqram UNEC tələbələrinə Montpellier Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir. Proqram üçün seçilmiş tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması bank əməliyyatlarında dəstək göstəriləcək. Həmçinin tələbələr üçün universitet, yerli ənənələr, ölkə mədəniyyəti sosial həyatla tanışlıq məqsədilə inteqrasiya həftəsi təşkil ediləcək. Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Montpellier Universiteti ilə əlaqələrin qurulmasına Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən ilin fevral ayında Paris şəhərində keçirilmiş “Campus France” tədbiri çərçivəsində başlanıb. Belə ki, tədbirdə ikitərəfli görüş zamanı UNEC bu ali təhsil müəssisəsi arasında genişmiqyaslı əməkdaşlığın istiqamətləri müəyyən olunaraq universitetlər arasında razılaşmaların imzalanması qərarlaşdırılıb. Əsası XII-ci əsrdən qoyulmuş Montpellier 1 Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika tibb, hüquq iqtisadiyyat üzrə beynəlxalq səviyyədə nüfuzlu qəbul edilmiş təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada universitet Şanxay Akademik Reytinqi QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41 000 tələbə (16% əcnəbi tələbələr olmaqla) o cümlədən 1700 doktorant təhsil alır 4300 elmi tədqiqatçı müxtəlif sahələr üzrə çalışır. Qeyd edək ki, ötən il UNEC ilə London Universiteti London İqtisadiyyat Məktəbi ilə ikili diplom haqqında razılaşma imzalanıb razılaşmadan UNEC tələbələri bu ildən etibarən faydalanır.

 

London Universiteti / London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu necə əldə etmək olar?

Qeyd edək ki, nüfuzlu London Universiteti / London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu da artıq Bakıda əldə etmək mümkündür. Azərbaycan Dövlət İqtisad Universiteti London Universiteti / London İqtisadiyyat MəktəbininMühasabat MaliyyəBiznes Menecmentixtisasları üzrə bakalavr dərəcəsini UNEC- qazanmaq məqsədilə 2016/2017-ci tədris ili üçün qəbul elan edib. Proqram London Universitetinin London İqtisadiyyat Məktəbinin tədris planı əsasında ingilis dilində həyata keçiriləcək. Tələbələr UNEC-in diplomu ilə yanaşı, London Universitetinin vahid nümunəli bakalavr diplomunu da əldə edə biləcəklər. Proqrama birinci kursu bitirmiş, Ümumi Orta Müvəffəqiyyət göstəricisi 80 baldan yuxarı olan ingilis dili tələblərinə cavab verən UNEC tələbələri müraciət edə bilərlər. Artıq London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramında təhsil alacaq tələbələrimiz məlumdur. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramında təhsil alacaq tələbələrlə görüşüb. Rektor bildirib ki, beynəlxalq proqramın ölkəyə gətirilməsində məqsəd xaricdəki təhsilin Azərbaycanda tətbiq edilməsidir. Gənclərin dünya standartlarına cavab verən təhsil ala bilmələri üçün prosesin davam etdiriləcəyini bildirən rektor deyib ki,m əqsədimiz tələbələrimizə seçim verməkdir: “İstəyirik onlar UNEC- yanaşı, dünyanın ən nüfuzlu universitetlərinin diplomunu da əldə edə bilsinlər”. Görüşdə rektor tələbələrin yay imtahan sessiyasına hazırlığı ilə maraqlanıb. Onlar imtahanlara hazır olduqlarını bildiriblər. Tələbələrin imtahanları müvəffəqiyyətlə verəcəyi təqdirdə müəllimlərin mükafatlandırılması nəzərdə tutulub. Qeyd edək ki, imtahan nəticələri London Universiteti/London İqtisadiyyat Məktəbində yoxlanılacaq. Tədris prosesindən danışan tələbələr burada gözləntilərinin doğrulduğunu bildiriblər. Rektor gələcəkdə bir neçə fənn üzrə dərsin açıq keçirilməsi yaYoutubesosial şəbəkəsində yerləşdirilməsini tövsiyə edib. Tələbələrə LSE ailəsinin bir üzvü olduğunu hiss etdirmək üçün London Universiteti/London İqtisadiyyat Məktəbi ilə telekörpünün təşkil edilməsi nəzərdə tutulub. Bakalavr proqramında təhsil alan tələbələrin istehsalat təcrübələrinin fərqli təşkil ediləcəyi bildirilib. Bakalavr proqramında elitar təhsilin tədris edildiyi vurğulanaraq, qeyd edilib ki, müraciətlərin sayına baxmayaraq, tələbə sayı məhdud olacaq. Bu da məzunların əmək bazarında rəqabətqabiliyyətliliyinə təkan verəcək. Rektor bakalavr proqramında təhsil alan tələbələrin regionda sürətlə inkişaf edən Azərbaycan üçün gərəkli kadrlardan olacağına əminliyini bildirib.

 

“UNEC Ekspertjurnalının

ilk buraxılışı

Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspertjurnalının ilk buraxılışı oxucularına təqdim edilib. Azərbaycanın post-neft iqtisadiyyatının formalaşdırılması istiqamətində qarşıya qoyulan tapşırıqlar birmənalı olaraq, ölkə iqtisadçıları qarşısında ciddi vəzifələr qoyur. Bu məsələni nəzərə alaraq təsis edilən “UNEC Ekspertjurnalının missiyası iqtisadçi alimlərin ekspertlərin ən aktual iqtisadi məsələlərə dair fikirləri dərc edərək geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır. Nəfis tərtibatda işıq üzü görən eksklüziv məqalələrlə zənginləşdirilən jurnalda dünyada ölkədə baş verən aktual iqtisadi proseslərin ekspert icmalları yer alıb. “UNEC Ekspertjurnalının oxucuları iqtisadiyyatın biznesin aktual məsələlərinə dair ölkənin aparıcı iqtisadçı alimlərinin münasibətini öyrənəcək, irəli sürülən təkliflərlə yaxından tanış olacaqlar. Unikal intellektual meydana çevrilməyi hədəfləyən jurnalın hər sayı UNEC-in “Diskurs.az” virtual iqtisadi forumunda ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

 

Anar Miriyev

Palitra.-2016.-7 may.-S.11.