“Təhsilə sinergetik yanaşma tətbiq etmək lazımdır”

 

Füzuli Qurbanov: “Sinergetik yanaşma qlobal düşüncə formalaşdırır

 

Sinergetika” həm də fəlsəfənin tədqiq etdiyi bir sahədir. AMEA Fəlsəfə, HüquqSosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovla layihə çərçivəsində söhbətimiz elmin sinergetika sahəsi və bununla bağlı Azərbaycanda olan tədqiqatlar, mövcud durum və problemlər barəsindədir. F.Qurbanov öncə sinergetika ilə bağlı məlumat verməklə söhbətə başladı:

 

- Sinergetika yunan sözü olub, hərfi mənası kollektiv hərəkət deməkdir. Bu termini ilk dəfə bizim işlətdiyimiz mənada 1970-ci ildə alman fiziki Herman Haken elmə daxil edib. O, fizika üzrə tələbələrə dediyi mühazirədə lazerin öyrənilməsində kollektiv hərəkətlərin sinxronlaşma və harmoniyanın rolunu qabartmağa çalışıb. Burada, əsasən, məqsəd nədir. Necə olur ki, çoxsaylı elementi olan sistem hansısa gücün təsiri altında xaotik durumdan nizamlı hərəkətə keçir? Sinergetika məhz belə çoxtərkibli elementlərdən ibarət sistemin çoxhərəkətli nizamını, harmoniyasını öyrənir. Bundan başqa, sinergetika nizamlı hərəkətlərdən xaotik hərəkətə keçidi də öyrənir. Sinergetika daha sonra Avropanın digər yerlərində öyrənilməyə başlayır. Həmçinin Amerikada bununla bağlı hazırda institutlar elmi tədqiqatlarında sinergetik metodlardan istifadə ediblər. Rusiyada Kurdyumovun rəhbərlik etdiyi bir qrup sinergetikanın metodlarından istifadə edərək sinergetik sistemləri öyrənib. Daha sonralar isə sinergetika sahəsi inkişaf etməyə başlayıb və yeni-yeni məsələlər ortaya çıxıb. Sinergetikanın metodları vasitəsilə biolojisosial sistemləri öyrənməyin mümkün olub-olmaması araşdırılmağa başlayıb. Cəmiyyətin bu metodlarla öyrənilməsi aktuallıq kəsb etməyə başlayıb. Burada da birmənalı fikir yoxdur. Belə ki, bir qrup alim deyir ki, cəmiyyəti sinergetik metodlarla öyrənmək mümkündüronlar sosial sinergetika anlayışından danışırlar. Digərləri isə buna şübhə ilə yanaşır və deyir ki, sinergetika təbiətşünaslıqdan yaranıb. Deyirlər ki, təbiətşünaslıqda yaranmış metodların sosial sahəyə tətbiqi heç də həmişə gözlənilən effekti vermir. Bu zaman həm metodoloji, həm də praktiki nəticə almaq baxımından qüsurlar ola biləcəyini düşünənlər də var. Bütün bunlara baxmayaraq, 1970-ci ildən bu yana sinergetikanın cəmiyyətdə öyrənilməsinin tətbiqi ilə ciddi surətdə məşğul olurlar. Elə həmin illərdə - təqribən 1974-cü ildə alman alimi Vaydlix Klaus sosiodinamika adlı bir nəzəriyyə yaratmağa girişib. Onun da əsas məqsədi sinergetik metodlar vasitəsilə cəmiyyəti öyrənmək olub. 2010-cu ilə olan duruma görə bu sahədə vəziyyət belədir ki, Vaydlixin apardığı işlər dünyanın diqqətini çəkib. Onun miqrasiyanın, əhalinin öyrənilməsi, şəhərləşmə məsələləri, ayrı-ayrı müəssisələrin iqtisadi fəaliyyətinin modelləşdirilməsi ilə bağlı apardığı araşdırmalar çox maraq cəlb edir. Bu baxımdan cəmiyyətin öyrənilməsi üçün Vaydlixi aparıcı alimlərdən biri sayırlar. Daha sonra bir neçə rus alimi cəmiyyətin öyrənilməsi istiqamətində aparır. İndi ruslar üçün aktual olan məsələlər mentalitetin öyrənilməsi, cəmiyyətin yeni siyasisosial sistemə keçidinin sinergetik məsələləri, insan davranışlarının, etikasının transformasiyaları, psixoloji transformasiyalar, cəmiyyətin inkişafı ilə dövlətin inkişafı arasında qarşılıqlı əlaqələr, dövlətin strateji məqsədlərinə çatmaq üçün hansı faktorların aktual olması ilə bağlı məsələlər, incəsənətin öyrənilməsi ilə bağlı tədqiqatlar aparırlar. Eynilə Qərbdə də həm mentalitetin, həm də cəmiyyətin öyrənilməsi ilə bağlı sinergetik yanaşmadan güclü yararlanılır. Məsələn, bununla bağlı ABŞ-ın iki mərkəzinin adını çəkmək olar. Biri Santape Mürəkkəblik İnstitutudur ki, onun rəhbəri Nobel mükafatı laureatı Hell-Mandır. Digəri Sinqulyarlıq Universitetidir. Sonuncusu 2007-ci ildə yaranıb və cəmi 30 tələbəsi var. Burada dünyanın heç bir yerində keçirilməyən çox müasir fənlər tədris olunur. Məsələn, robotların idarə edilməsi, idarəetmənin idarə edilməsi, dünyanın qlobal inkişafı ilə bağlı olan aktual elmi aspektləri özündə ifadə edən fənlər və sair. Qlobal iqtisadiyyat, qlobal geosiyasət, qeyri-standart fənlərdir ki, onlar 30 nəfər seçilmiş tələbəyə tədris olunur. Bu 30 nəfər dünyanın gələcək idarə edilməsinə hazır olan kadrlar olacaq. Bu gənc tələbələrdə əvvəlcə qlobal düşüncə formalaşdırılır. Yəni təkcə robot necə işləyir yox, o robotun özü-özünü idarə edə biləcək, kopyalanmış nano-robotların necə idarə edilməsi öyrədilir. Gələcəkdə insanların özünü məhv etməyə qalxa biləcək robotların necə idarə edilməsi tədris edilir. Həmçinin iqtisadiyyat necə inkişaf etməlidir ki, qlobal miqyasda mənəviyyatla, ekologiya və siyasətlə ziddiyyət yaratmasın və sair bu kimi məsələlər ciddi tədris edilir. Sinergetik yanaşmalar bu kimi tədqiqat məsələlərində ciddi nəticələrə gətirib çıxarmaq üçün öyrədilir.

- Bu sahədə Azərbaycanla bağlı hansı səviyyədə tədqiqatlar gedir və sinergetikanın, ümumiyyətl,ə bizdəki durumu necə xarakterizə edilə bilər?

- Bizdə də bir neçə mütəxəssis sinergetika ilə məşğul olur. 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda bu sahə ilə tanış olmuşam. Həmçinin orada sinergetika ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişəm. Mövzum sinergetikanın fəlsəfi problemləri ilə bağlı olub. Baza təhsilim riyaziyyat olduğusinergetikada da riyaziyyatın yükü çox olduğu üçün onu qavramaq şansım olub. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda bu sahədə tədqiqatlarımı davam etdirmişəm və doktorluq dissertasiyasını müdafiə etmişəm. Mövzum bu dəfə sinergetikanın yeni elmi təfəkkürü necə formalaşdırdığı barədə olub. Hazırda isə Azərbaycan cəmiyyətinin öyrənilməsinə sinergetikanın tətbiqi məni maraqlandırır. Burada özəl metodologiya işləmək lazımdır. Hər bir cəmiyyətin öyrənilməsi üçün ayrıca metodologiya olmalıdır. Dünya üzrə, hələlik daha çox Anri Puankredən gələn qeyri-xətti diferensial tənliklər nəzəriyyəsindən istifadə edilir. Sinergetik modellər də o nəzəriyyəyə uyğun qurulur. Məsələn, Vaydlix o nəzəriyyədən yararlanır. Həmçinin “Markov zəncirləri”ndən, Quroviçin tənliklərindən istifadə edilir. Hər bir halda bütün incəliklərinə baxmayaraq, burada yanaşma qeyri-xətti diferensial tənliklərdən istifadəyə əsaslanır.

-Bu sahə ilə bağlı hansısa təşəbbüslər varmı?

- Belə bir təşəbbüsümüz var ki, Lütfi Zadənin qeyri-səlis məntiqinin sinergetika ilə sintez əsasında yarana biləcək yeni bir metodologiya üzərində işləyək. Bu tezisi mən bir il bundan öncə AMEA-nın Rəyasət Heyətində etdiyim məruzədə irəli sürmüşəm. Bununla bağlı da konkret tədqiqatlar davam edir. Yəni öncə bunun metodoloji əsasını yaratmaq lazımdır. Belə bir sintez mümkündür. Mənə görə, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin xeyli üstünlükləri var. Çünki o, prosesləri, xüsusilə sosial prosesləri daha mütəhərrik, ətraflı və geniş ifadə etmək imkanlarına malikdir. Amma başqa məsələdir ki, bu imkanları sinergetik yanaşma ilə elmi bazada sintez etmək lazımdır. Faktiki olaraq bu, yeni bir nəzəriyyənin yaranması ola bilər. Məsələn, özlüyümdə mən onun adını “qeyri-səlis sinergetikaqoymuşam. Əgər belə bir sinergetika mümkün olacaqsa, “qeyri-səlis” sözü heçaz dəqiqlik ifadə etmir. Bu, müasir cəmiyyətlərdə tam dəqiqliklə elementar səviyyəyə qədər elmi ifadənin mümkünsüzlüyünə işarədir. Həmçinin ona işarədir ki, burada biz mümkünlüyn hansı dərəcədə fraqmentliyini aydınlaşdırmaya bilərik. Amma bizi yekun nəticə maraqlandırdığından burada yekun mənzərəni ifadə etmək olar. Lütfi Zadənin məntiqi ilə bu ifadə daha manevrli bir model təklif edə bilər.

-Sinergetika sahəsi tədqiqat obyekti kimi yəqin ki, bizdə çox az alimləri cəlb edir. Həmçinin tədris fənni kimi sinergetika, yəqin ki, çox nadir fənlərdəndir...

- Bakı Dövlət Universitetində iki il magistrlər və bakalavrların bir qisminə bu fənn mənim tərəfimdən tədris edilib. BDU-da bu sahə ilə bağlı işlənilib və mühazirələrdə də bu mövzuya toxunulub. Orasında haqlısınız ki, bütövlükdə Azətbaycan təhsil sistemində sinergetik yanaşma yoxdur...

-Buna səbəb nədir?

- Səbəb çox sadədir. Müqayisə edək: İsraildə Sinergetika fakültəsi var. Avropanın, Qərbin müxtəlif ölkələrində müxtəlif aspektlərdə bu yanaşmaya əsaslanan proqramlar dərc edirlər. Amma Rusiyada tanınmış sinergetiklərdən biri Budanov deyib ki, mən Moskva Dövlət Universitetində sinergetika ilə bağlı hazırladığım kursları keçirə bilmirəm. Səbəb odur ki, cəmiyyət bu kimi ideyaları tam mənimsəməsi və inkişaf etdirməsi üçün müəyyən təkamül mərhələlərindən keçməlidir. İkinci bir tərəfdən təhsil siyasətini aparanlar bu məsələnin aktuallığını dərindən dərk etməlidirlər. Çünki sinergetika təkcə ayrıca fınn deyil, həm də müasir elmi təfəkkürdə baş verən qabaqcıl elmi ideyaların ifadəsidir. Ona görə də təhsil siyasətini yeridən qurum bunu dərk edib sinergetikanı təhsildə tətbiq etmək üçün sistemli aparmalıdır. Hələ ki belə bir sistemli yoxdur. Bunu təmin etmək üçün təhsil, elm siyasətində ciddi yer ayrılmalıdır. Əgər bunu etməsək, getdikcə bütövlükdə Azərbaycan gənclərinin və tələbələrinin təfəkkür tərzi baxımından digərlərindən geridə qalması qaçılmaz olacaq. Çünki sinergetik yanaşma hər şeydən öncə qlobal düşüncə formalaşdırır. Geniş və əhatəli yanaşma qabiliyyəti formalaşdırır. Sinergetik yanaşma ilə ümumi fonu, sistemi bütövlükdə görmək mümkün ola bilər.

 

İlkin AĞAYEV

Palitra.-2016.-12 may.-S.11.