Naftalan və Qalaaltı unikal turizm imkanlarına malikdir

 

Bu turizm yerləri yalnız Truskavetslə müqayisə oluna bilər

 

“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olundu

 

Ötən həftə sonu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, “Synergy Hospitality” və "AtaTravel"-in birgə təşkilatçılığı ilə “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olundu. İnfoturda ölkəmizdə fəaliyyət göstərən 100-ə yaxın yerli turizm şirkəti və media nümayəndələri iştirak edirdi. İnfoturun keçirilməsində əsas məqsəd “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və eyni zamanda ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.

İnfotur iştirakçıları yüksək dağlıq ərazidə, tarixi bir yerdə və əsrarəngiz təbiət qoynunda yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksionun təqdim etdiyi çeşidli, unikal xidmətlərlə ətraflı tanış oldular. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

Daha sonra “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin turizm imkanları və ölkəmizin sağlamlıq turizminə həsr olunmuş dəyirmi masa keçirildi. Konfransı giriş sözü ilə açan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının preszidenti Ruslan Quliyev bildirdi ki, son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliğ olunması və ölkəmizdə turizmin inkişafına öz töhfəsini verir: "Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Başlıca məqsədimiz ölkəmizin bu sahədə potensialını daha geniş şəkildə təbliğ etməkdir. Ölkəmizdə sağlamlıq turizminin mirvarisi sayılan “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzi Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü seçilib. Ölkədə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarına və turizm axınına müsbət təsir göstərəcək. Sağlamlıq turizminin digər turizm növlərindən fərqləndirən əsas cəhət 365 gün fəaliyyət göstərə bilməsidir. Belə ki, burada gecələmə müddəti 7-21 gün təşkil edir. Bu da sağlamlıq turizmindən gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir. Bu ilin aprelində Çexiyanın Karlovı Varı şəhərində bununla bağlı böyük təqdimat keçirilib. Məqsədimiz, Naftalan və Qalaaltı kimi termal-müalicəvi mərkəzlərin təqdim etdiyi unikal imkanları dünya turistlərinə təqdim etməkdir”. Natiq onu da bildirdi ki, bu gün dünyada baş verən ümumi böhran, turizm sahəsinin inkişafını daha da aktuallaşdırıb. Bu baxımdan turizm, ölkəmizin iqtisadi gəlirlər sferasında çox mühüm yer tutmağa başlayıb. O cümlədən, adlarını çəkdiyimiz turizm mərkəzlərinin yerləşdiyi bu bölgə ekoturizm, dəniz, sağlamlıq və işgüzar turizm növləri üçün çox əlverişli imkanlar yaradır.

“Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin direktoru Turqay Arı bildirdi ki, Naftalan və Qalaaltı dünyada çox unikal turizm imkanlarına malikdirbu baxımdan yalnız Truskavetslə müqayisə oluna bilər: “İstər Qalaaltıda, istərsə də Naftalanda bu baxımdan son texnologiyalara dayanan unikal turizm mərkəzlərimiz var – “Qalaaltı Hotel & SPA” və “Naftalan-Çinar”. Bu mərkəzlərdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var. “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzində hazırkı dövr üçün çox münasib qiymətə - iki nəfər üçün 130 manata burada bir günlük yüksək səviyyəli istirahət mümkündür. Bu qiymətə iki nəfər üçün 3 dəfə yemək, istirahət və əyləncə daxildir. Müalicə daxil olmaqla qiymətlər isə belədir: “Superiorotaqlarda 7 günlüksingleüçün 614, “doubleüçün 939, 14 günlüksingleüçün 1100, “doubleüçün 1669, 21 günlüksingleüçün 1562, “doubleüçün 2360, “suitotaqlarda isə müvafiq olaraq 926, 1370, 1727, 2532, 2498 və 3653 AZN təşkil edir. Buradakı əyləncə mərkəzi çox genişdir və 5400 kvadratmetr ərazini əhatə edir”.

“Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin baş həkimi Vahid Əliyev isə bildirdi ki, hələ sovetlər dönəmində bu yerlərə ittifaqın hər yerindən insanlar müalicə və istirahətə gəliblər: “Hələ o vaxtlar buradakı sanatoriya göstərdiyi xidmətlərə görə çox yüksək səviyyəli diplomlar almışdı. Qalaaltı suyu çox müalicəvidir və neft tərkiblidir. Burada iki cür bulaq-maye mənbəyi varbir biri ilə yanaşı olan neftsu bulaqları. Bu su müəyyən müalicə məqsədilə, əsasən uroloji xəstəliklər üçün olduqca faydalıdır. Sidikqovucu kimi, böyrəkdaşlarının çıxarılması, həzm və ifrazat sistemlərinin müalicəsində əvəzsizdir. Həmçinin mərkəzin quru iqlimli yüksəklikdə olması, ürək, oynaq xəstəlikləri və digər xəstəliklərin müalicəsinə də çox ciddi imkanlar yaradır. Bundan başqa, burada yaxın zamanlarda skayloz, raxit və digır xəstəliklərlə bağlı uşaqların müalicəsi üçün olduqca yüksək şərait yaradılacaq və belə xəstəlikləri olan uşaqların müalicəsini həyata keçirəcəyik”. Həkim bildirdi ki, müalicə seksiyasına qəbul olunanlar öncə ən müasir üsullarla hərtərəfli müayinə olunurlar, nəticədə üzə çıxan xəstəliklərə əsasən, müalicəyə götürülürlər. Burada böyrək daşları cərrahi əməliyyatsız düşürülür. Burada müalicə ilə yanaşı xəstələrin gəzintisi və idmanı təşkil olunur. Böyrək xəstəliklərinin ölkəmizdə və dünyada çox geniş yayılmış və ağır xəstəliklərdən olduğunu nəzərə alsaq, bu mərkəzdə təbii yollarlaüsullarla bu xəstəlikdən azad olunması çox böyük göstəricidir.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Sərxan Rəsulov bildirdi ki, son illərdə nazirlik bölgələrə ardıcıl infoturlar həyata keçirir. Məqsəd Azərbaycan turizminin böyük imkanlarını təqdim etməkdir.

AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova isə qeyd etdi ki, həyata keçirilən bu cür infoturların çox böyük önəmi var: “Bu infotur sayəsində turistlər ölkəmizdə müalicəvi və termal turizmlə bağlı ən yaxşı şəraitin olduğunubununla bağlı yüksək xidmətlər, çox münasib qiymətlər təklif edən mərkəzləri yaxından tanımış olacaqlar”.

Digər iştirakçılar da mərkəzdə turistlər üçün yaradılan yüksək şərait və imkanlarla bağlı fikirlərini bildirdilər. Qeyd edək ki, “Qalaaltı Hotel & SPA” sağlamlıq və turizm mərkəzində 200 nəfər daimi işçi çalışır. Mərkəz bir ildir ki, fəaliyyətə başlayıb. Buraya artıq xarici turistlər gəlməkdədirlər. MDB və Avropa ölkələrindən gələn turistləri xüsusilə qeyd etmək olar.

Onu da qeyd edək ki, xidmət səviyyəsinə və çeşidliliyinə görə mərkəzdə qiymətləri olduqca münasib hesab etmək olar.

 

İlkin AĞAYEV

Palitra.-2016.-25 may.-S.13.