Bu gün ölkəmizdə 26 dövlət və 56 xalq teatrı fəaliyyət göstərir

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən bir qrup nümayəndə ilə görüşüb. Nazirlikdən bildirilib ki, görüşdə Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem-Cons, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının vitse-prezidenti Savas Patsalidis, Britaniya Şurasının nümayəndəsi Devid Pərriş, Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri, Batumi Dövlət İncəsənət Universitetinin rektoru Ermile Mesxiyaİsrail Milli Mərkəzinin sədri Razi Amitai iştirak ediblər. Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışıb.

Artıq ənənə halını almış Bakı Beynəlxalq Teatr Konfransının teatr sahəsində fəaliyyət göstərən insanlarqurumlar arasında qarşılıqlı əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdıraraq deyib: 1873-cü ildə əsası qoyulan Azərbaycan teatrı, eyni zamanda bütün müsəlman Şərqində peşəkar teatr idi. Azərbaycan teatrı bu dövr ərzində böyük inkişaf yolu keçərək ümumbəşəri ideyaları, yüksək mədəni dəyərləri təbliğ edib. Bu gün ölkəmizdə 26 dövlət və 56 xalq teatrı fəaliyyət göstərir. Ə.Qarayev Azərbaycanda mədəniyyətin digər sahələri kimi, teatr sahəsinə də dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə Bakı Beynəlxalq Teatr Konfransı ilə yanaşı, Şəkidə beynəlxalq teatr festivalı da keçirilir. Bakı Beynəlxalq Teatr Konfransının builki mövzusuna toxunan nazir bildirib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzinin bir parçası kimi tariximizin bütün dövrlərində mövcud olub. Mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq kimi dəyərlər ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi olaraq bu güninkişaf edir. Qeyd olunub ki, Azərbaycan mədəniyyət sahəsində dünyanın müxtəlif ölkələri və nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir. Ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ISESCO və digər təşkilatların tədbirləri keçirilir. Əbülfəs Qarayev sonda IV Bakı Beynəlxalq Teatr Konfransının da uğurlu nəticələrlə yadda qalacağına, bütün iştirakçı tərəflər üçün səmərəli olacağına əminliyini ifadə edib. Görüşdə Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri, İsrail Milli Mərkəzinin sədri Razi Amitai və başqaları ölkəmizə səfər etməkdən məmnun olduqlarını bildirdilər. IV Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyətinə toxunan qonaqlar dünyanın müxtəlif ölkələrindən olan teatr nümayəndələri, o cümlədən teatrşünaslar, teatr tənqidçiləri üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına yaxşı imkanlar yarandığını diqqətə çatdırıblar. Konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən qonaqlar göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində plenar iclaslar keçirilib. Günün ilk növbəti plenar iclası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət və Litvanın tanınmış teatrşünası Violeta Podolskaytenin moderatorluğu ilə baş tutub. Çıxışlarda müasir dövrdə teatr identifikasiyası və teatrşünaslığın inkişafı üçün aktual olan məsələlərə toxunulub. İranlı rejissor Əli Xoşqoftari Gənc nəslin tamaşaları ictimai hadisə kimi adlı məruzəsində qeyd olunan mövzuda əsas problemli məsələlərə toxunmaqla onların həll və inkişaf yollarından danışıb. Rusiyalı teatrşünas Aysılu Saqitova Rifkat İsrafilov - Başqırd teatrının reformatoru, Qazaxıstanın tanınmış teatrşünas rejissoru Gülnar Jumaseyitova Yüzlərlə mədəniyyətin yer aldığı dünyada qazax xoreoqrafiyasının milli özünəməxsusluğunun axtarışları, İtaliyadan olan teatrşünas İrina Markezini Kontora qayıdış. İtaliya təcrübəsi və özbəkistanlı sənətşünas Temur Rəşidov Mərkəzi Asiya mədəniyyətində və incəsənətində milliregional identifikasiya problemləri mövzularında çıxış ediblər. Plenar iclasın ikinci hissəsində Gürcüstan, Rusiya, Azərbaycan, Ukrayna və Macarıstandan olan teatrşünasların məruzələri dinlənilib.

 

Nigar

Palitra.-2016.-9 noyabr.-S.13.