ADPU-da Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

 

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə universitetin Heydər Əliyev məktəbinin lektoriyasında 16 noyabr-Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon ziyalıları, təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, dini icmaların və rayon ictimaiyyətinin nümayəndələri, ADPU-nun müəllim və tələbələri iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixi barədə danışıb. Bildirib ki, İkinci Dünya müharibəsindən sonra Avropada tolerantlıq və multikulturalizm istiqamətində müəyyən addımlar atılıb, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyası imzalanıb. BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun 1995-ci il noyabr ayının 16-da keçirilən 28-ci sessiyasında isə 185 dövlətin iştirakı ilə tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul etdiyi qərara əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyə olunub. Azərbaycanda bu gün 1999-cu ildən qeyd olunur.

Səbail RİH-in başçısının müavini Eldar Ağayev tədbirin əhəmiyyəti bu gün üçün aktual xarakter daşıdığını qeyd edib. Bildirib ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2016-cı ilin ölkəmizdə Multikulturalizm ili elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir.

Tədbirlə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, Azərbaycan tarixən tolerant multikulturalist bir ölkə kimi tanınıb. Bu, bütün Türk dünyasının möhtəşəm abidəsi sayılan Kitabi-Dədə Qorqud dastanında da öz əksini tapıb. İslam dini tolerantlıq multikultural dəyərlərə böyük önəm verir. Tolerantlıq multikulturalizm bir-biri ilə sıx bağlı olan anlayışlardır. Tolerantlıq dini dözümlülük, multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir. Tolerantlıq digər inanc əqidələrə dözümlü yanaşmadır. Tolerantlıq insan hüquqları vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları hüqüqlarının təsdiqi, plüralizm demokratiya əsasında formalaşır. Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Tolerant yanaşmanın zəif olması bu mənfi təzahürlərin güclənməsinə təkan verir. Buna görə tolerantlıq multikulturalizm hər bir cəmiyyət üçün çox vacib dəyərlərdir.

Müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ulu öndərimiz Heydər Əliyev tolerantlılığı multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edib, ölkəmizdə olan bütün xalqların, milli azlıqların bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkəmizdə Multikulturalizm ili elan edilib. Prezident İlham Əliyevin siyasi iradəsi mütərəqqi siyasəti sayəsində bu gün Azərbaycanda tolerantlıq multikulturalizm üçün əlverişli mühit mövcuddur. Azərbaycanda hər bir insan dini etiqadında azaddır. Azərbaycanda bütün xalqlar milli azlıqlar dini mənsubiyyətlərindən asılı olmayaraq, azad müstəqil yaşayırlar. Onların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilmişdir. Ölkəmizdə xristian kilsələri, sineqoqlar bərpa edilib, müxtəlif dinlərin təmsilçilərinin dövlət büdcəsi hesabına cəmiyyətləri mətbu orqanları fəaliyyət göstərir. Respublikamızda tolerantlıq multikulturalizm mövzularında ardıcıl olaraq mötəbər beynəlxalq tədbirlər keçirilir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESKO-nun İSESKO-nun xosməramlı səfiri Mehriban Əliyevanın həm ölkə daxilində, həm xaricdə çoxşaxəli fəaliyyət göstərdiyini xüsusi qeyd etmək lazımdır. Bir sözlə, bu gün Azərbaycanda tolerantlığın multikulturalizmin inkişafı üçün hər cür şərait yaradılıb, ölkəmiz tolerantlıq multikulturalizm baxımından bütün dünya üçün layiqli bir örnəkdir.

Tədbirdə çıxış edən İçərişəhər Cümə Məscidi dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, Sodrujestvo Cəmiyyəti İdarə Heyətinin üzvü Vadim İlyasov, ADPU-nin Türk Şərqi Avropa xalqları tarixi tarixin tədrisi metodikası kafedrasının professoru Mübariz Əmirov başqaları bildiriblər ki, tolerantlıq multikulturalizm Azərbaycanda həyat tərzi dövlət siyasətidir. Bu siyasətin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət ölkə Prezident tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, respublikamızda yaşayan bütün millətlərin, milli azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət ehtiramla yanaşılır. Min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxmış dövlət siyasətinin prioritet istiqamətlərdən birinə çevrilmiş Azərbaycandakı tolerantlıq multikulturalizm dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır yüksək qiymətləndirilir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirə yekun vuraraq tələbə-gənclərə Azərbaycanın multikultural və tolerantlıq dəyərlərini dərindən öyrənməyi, qorumağı və təbliğ etməyi tövsiyə edib.

 

Nigar

Palitra.-2016.-11 noyabr.-S.12.