Muzeydə Qadın geyim bəzəkləri sərgisi açılıb

 

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Qadın geyim bəzəkləri sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, müvafiq qurumların təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeydə aparılan elmi-tədqiqatlardan, qazanılan uğurlardan danışıb.

Sonra sərgi barədə məlumat verilib. Bildirilib ki, sərgiyə muzeyin etnoqrafiya, arxeologiya xüsusi fondlarının materialları cəlb edilib. Burada arxeologiya fondundan 41, etnoqrafiya fondundan 142, xüsusi fonddan 60-dan çox müxtəlif növ materiallar təqdim olunur.

Sərgidə baş bəzəkləri, düymə əlcəklər, sancaqlar, həmçinin kəmərlər, tikmələr, toxuma bəzəkləri s. eksponatlar nümayiş etdirilir.

Sonra tədbir iştirakçıları qadın geyim bəzəkləri ilə tanış olublar.

Sərgi 2017-ci il fevralın 1-də başa çatacaq.

 

Mahmud

Palitra.-2016.-11 noyabr.-S.16.