Sabahımızı təyin edən bu günümüzdür

 

“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı gənc yazar Taleh Mirzəyevdir. Taleh bədii yaradıcılıqla yanaşı, ictimai fəal bir gəncdir. Bu yazımızda qələmə bağlı, fəal gənc olan Talehin yaradıcılığından söhbət açacağıq. Gənc yaşından qələmə həvəs göstərən Taleh, bu yolla adımlayır. Bədii yaradıcılıqla yanaşı, ictimai fəallıq da göstərir. Təhsilə olan məhəbbəti onu işıqlı gələcəyə aparır. Kollec təhsilini başa vuraraq, ADPU-ya qəbul olması yuxarıda dediyimizin bariz nümunəsidir. Taleh Mirzəyev 1996-cı il 16 dekabr tarixində Yardımlı rayonunun Hunoba kəndində ziyalı ailəsində anadan olub. 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisad Kollecinin İnformatika müəllimliyi ixtisasına qəbul olub və 2016-cı ildə fərqlənmə ilə bitirib. 2016-2017-ci dərs ili üçün II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan Dövlət Pedaqoji UniversitetininCoğrafiya müəllimliyi” ixtisasına qəbul olub. Hazırda ADPU-nun I kurs tələbəsidir. BDSİK-də oxuduğu müddətdə bir sıra layihələrin iştirakçısı və qalibi olub. Müxtəlif mükafatlara, qiymətli hədiyyələrə layiq görülüb. İctimai fəaliyyətinə BDSİK-də başlayan Taleh hal-hazırda ADPU TGT-də TarixCoğrafiya fakültəsi üzrə TGT sədr müavinidir. Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən birdir. Bədii yaradıcılığa 13 yaşından başlayıb. Vaxtaşırı mətbuatda şeirləri, məqalələri çap olunur. İlk çap olunan şeirləri “Üçrəngli Bayrağım, ey iftixarım!” və “Xocalı - ŞƏHİD şəhər” 2013-cü ildə Yardımlı RİH orqanı olan “Zirvə” qəzetində çap olunub.

 

-Bir gənc kimi fəal və bədii yaradıcılıqla məşğul olduğunuzu bilirik. Özünüzü ictimai fəallıqda yoxsa bədii yaradıcılıqda görürsüz?

- İlk əvvəl sizi səmimi qəlbdən salamlayıram! Müsahibəni təkşil etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qeyd etdiyiniz kimi, həm ictimai fəaliyyətlə, həm də yaradıcılıqla məşğulam. 13 yaşımdan şeirlər yazıram. Şeirlərim dövri mətbuatda çap olunur. Sualınıza gəldikdə isə etiraf edim ki, bir qədər çətin sualdır. İnsan hərtərəfli varlıqdır. Daim inkişafa, tərəqqiyə, irəliyə can atan insan maddi və mənəvi tərəflərə malikdir. İctimai fəaliyyət insanın irəli addımlamasında əhəmiyyətli rola malik olan, onu bir şəxsiyyət kimi yetişdirən, müxtəlif bacarıqları və bilikləri özündə ehtiva edən bir sahədir. Bu, öz növbəsində hər bir gənc üçün müstəsna əhəmiyyətli və gələcək həyat xəttini müəyyənləşdirən başlıca amildir. İctimai fəal və aktiv olmaq, cəmiyyətdə və dünyada gedən proseslərdən xəbərdar olmaq, çevikdüzgün qərar qəbul edə bilmək, bir sözlə, həmişə bir addım öndə olmaq deməkdir.

Yaradıcılığa gəldikdə, deyə bilərəm ki, yaradıcılıq insanı kamilliyə aparan, şəxsiyyəti saflaşdıran ən uca bir nəsnədir. Ondan məhrum olmaq böyük talesizlik, özündə daşımaq isə bir o qədər ağır yükdür.

İctimai fəallıq və yaradıcılıqdan təcrid olunmağı düşünmürəm. Əksinə, düşünürəm ki, bunlar bir-birini tamamlayan, şəxsiyyəti tamlaşdıran təzahürlərdir. Əksərən ictimai-elmi sahələrin daha üstün olacağını hiss edirəm.

-Öncə deyə bilərsizmi fəal gənc necə olmalıdır? Fəallığı nədə görürsüz? Dövlətin gənclər siyasətindən gənclər necə yararlanmalıdır?

- Fəal gənc ifadəsi altında çox geniş anlamlarböyük məsuliyyət durur. Fəal gənc ifadəsini izah etmədən öncə “fəal” sözünün izahına nəzər yetirək: “Fəal-daim hərəkətdə olan, dinamik, hər sahədə öncül olan deməkdir”. Məhz fəal gənc özündə bütün bu komponentləri birləşdirir. Fəal gənc təşkilatçı, iştirakçı və icraçıdır. Fəal gənc Vətənin təmsilçisi, təəssübkeşi, bu günün informasiya savaşçısı, sabahın döyüşən əsgəri və millətinin, xalqının aynasıdır. Necə ki, böyük şairimiz M.HadiÜmid” şeirində deyir:

“...Yurdum da Anamdır, bütün övladi bəradər,

Mən istəyirəm olmalıdır həpsi münəvvər!”

Fəallıq hər yerdə və hər şeydədir. Rene Dekartın belə bir sözü var: “İstənilən hərəkət hərəkətsizlikdən yaxşıdır”. Elə, həyat hərəkətdir, hərəkətsə, fəallıq deməkdir. Məncə, bu günün fəal gəncini və tələbəsini bunlar səciyyələndirir:- dərslərində tam çalışqanlıq, yaradıcı fikirlər, hər şeyə qarşı sərbəst sağlam münasibət sərgiləyə bilmək, ölkədəki ictimai-sosial və mədəni həyatda iştirak etmək, Vətənin işıqlı sabahı uğrunda əlindən gələni əsirgəməmək.

Dövlətimiz gənclər siyasətinə xüsusi diqqət yetirir. Azərbaycan müstəqilliyinin ilk illərində ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı sərəncam verdi. Çünki gənclik gələcəkdir. Bu günün gənc nəsli hansı dərəcədə yetişdirilirsə, sabahımız da o dərəcədə təminat altındadır. Dövlətimizin yaratdığı gənclər siyasətindən istənilən fəal gənc istifadə edə bilər. 2005-ci ildən bütün aliorta ixtisas məktəblərində Tələbə Gənclər Təskilatı fəaliyyət göstərir və 2009-cu ildən bu təşkilatları birləşdirən vahid qurum-Azərbaycan Tələbə Gənclər Təskilatları İttifaqı(ATGTİ) yaradılıb. Hər bir tələbə bu təşkilatda könüllü fəaliyyət göstərə, müxtəlif layihələr həyata keçirə, yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak edə bilər. Bundan əlavə, son illər yaradılan Elmin inkişafına Dövlət Dəstəyi Fondu, QHT-lərə Dövlət dəstəyi Şurası, Gənclər Fondunun təqdim etdiyi imkanlardan yararlana bilərlər. Bu sahədə görülən işlərə bir nümunə olaraq 2 ildir təsis olunmuş və elmdən tutmuş, ictimai fəaliyyətə qədər hər sahəni əhatə edən “Gənclər üçün Prezident mükafatı”nı göstərmək olar. Son illər hər bir bölgədə Gənclər evləri fəaliyyətə başlayıb ki, burada gənclərimiz asudə vaxtlarını səmərəli keçirə, dərnəklər, kurslar, yarışlara qatıla bilərlər.

-Ədəbiyyatın hansı janrı ilə məşğulsuz? Ədəbiyyatı sizə sevdirən nə oldu? Yaradıcılığınızdan bizlərə ərmağan etsəz sevinərdik.

- Ədəbiyyat, ədəb sözündəndir. Ədəbiyyat mənəviyyat, əxlaq elmləri sırasındadır. Bu sahədə varsansa, deməli sözün keşiyini çəkməli, eyni zamanda dəyərli, lazımlı söz deməlisən. O, incəsənətdir, insan ruhunun, ali duyğuların təcəssümüdür. Mən, əsasən, şeirlər yazıram. Son vaxtlar şeirlərimi “HunObaNurlu” təxəllüsü ilə yazıram. Hərdən publisistik yazılar yazıram.

Uşaq yaşlarımdan hər şeydə qeyri-adi bir şey olduğunu qəbul eləmişəm. Uşaq vaxtımda öz-özümə qafiyələr qoşar, zümzümələr edərdim. Beləcə, poeziyanı uşaqlıqdan ilahi nemət kimi sevmişəm.

Şeirlərimin mövzusu, ideya xətti vətən, insan təbiəti və tərbiyəsi kimi ilahiaktual amalları özündə əks etdirir. Sizin üçün bu ilin aprelində Füzuli rayonunun Lələtəpə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Milli Ordunun snayperçi əsgəri Nürəddin Ehtimat Oğlu Mirzəyevin ölməz ruhunaonun timsalında şəhidlərə həsr etdiyimÜç rəngin sehrinə qərq olmuş şəhid” şeirini qələmə almışam.

-Kitab oxumağı sevirsiz? Qələmlə dostluğunuz necədir? Yazmağa çox vaxt ayırırsız, yoxsa oxumağa?

- Vaxtım olduqca oxuyuram. Amma qəribədir ki, şeirlərdən daha çox nəsrə - romanlara üstünlük verirəm. Ən çox da Qurban Səidin “Əli və Nino” əsərini sevirəm. Ümumən elmi məqalələri, tarixi, dedektiv, məhəbbət mövzularında yazılan romanları və klassiklərimizi oxumağı sevirəm. Qələm isə əbədi dostumdur.

Yazmaqoxumaqdan daha çox düşünməyə vaxt ayırıram. Düşüncəni kamilləşdirən, idraka işıq tutan elm öyrənmək, daim axtarışlarda olmaq, oxuyub nəticə hasil etmək kimi fəaliyyətlərlə yanaşı, oxumağa da vaxt ayırıram. Yazmaq son nəticə olaraq, həmişə ikinci növbədədir.

-Sonda gələcək planlarınızdan danışardız? Bundan sonrakı həyatınızda özünüzü harda görürsüz?

- Gələcək... Onun haqqında söz demək həm çox asan, həm də çətindir. Amma bir şeyi dəqiq deyə bilərəm ki, sabahımızı təyin edən bu günümüzdür. Bu gün seçdiyimiz yol, etdiyimiz işlər sabahımıza ya işıq, ya da pərdə olur. Hər halda, bütün ömür boyu vətənimə, xalqıma, millətimə və bəşəriyyətə faydalı işlər görən, daim yorulmadan həqiqət uğrunda çalışan bir insan olmaq istəyirəm. Həm ədəbiyyatdə, həm ictimai sahədə, həm də elm və təhsil sferasında.

Söhbəti apardı:

Mahmud Sadıqov

Palitra.-2016.-17 noyabr.-S.13.