Nyu-Yorkda Əli Nino filminin premyerası keçirilib

 

Dünən ABŞ-ın Nyu-York şəhərində Qurban Səidin müəllifi olduğu Əli Nino əsəri əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş eyni adlı filmin premyerası keçirilib. Premyera Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan Sunshine kinoteatrında təşkil olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin açılışında çıxış edən filmin prodüseri Kris Tikiyer dözümlülük multikulturalizmin dövrümüzün günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulayaraq Əli Nino filminin bu mövzuda əhəmiyyətli mesaj göndərdiyini bildirib.

Filmdə Əli rolunu canlandıran Adam Bakri nümayişdən öncə çıxış edərək Əli Ninonun fərqli yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu söyləyib.

Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edərək Qurban Səidin müəllifi olduğu bu ədəbiyyat əsərinin həm Azərbaycanın, həm bölgənin tarixinin mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. O qeyd edib ki, film bölgədəki milli kimliklərin onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. Məhz buna görə, Elin Süleymanov belə müstəsna əsər əsasında filmin hazırlanmasında xüsusi əməyi töhfəsi olan Leyla Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Əli Nino izləyicilər tərəfindən maraq alqışlarla qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını deyiblər.

Əli Nino filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.

 

Mahmud

Palitra.-2016.-17 noyabr.-S.15.