Naxçıvanda 70-ə yaxın tarixi abidə təmir və bərpa edilib

 

Naxçıvan Dövlət Universitetində “Orta Araz hövzəsi tarix və mədəniyyət kontekstində” adlı beynəlxalq elmi simpozium keçirilib. Simpozium Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Mədəniyyət, DilTarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İğdır Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbir iştirakçıları əvvəlcə tələbələrin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Beynəlxalq elmi simpozium öz işinə başlamazdan əvvəl türk xalqlarının unudulmaz liderləri - Heydər Əliyev və Mustafa Kamal Atatürkün, türk şəhidlərinin ruhu ehtiramla anılıb, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib. Plenar iclasda ilk olaraq Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın simpozium iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.         Atatürk Araşdırma Mərkəzinin rəhbəri, professor Mehmet Ali Beyhan çıxış edərək belə bir beynəlxalq tədbirin sivilizasiyanın beşiyi, ümumtürk tarixində və mədəniyyətində özünəməxsus yeri olan Naxçıvanda keçirilməsinin təsadüf olmadığını vurğulayıb. Mehmet Ali Beyhan türkdilli xalqların qədim və zəngin tarixindən, orta Araz hövzəsindəki ilk yaşayış məskənlərindən, bu əraziyə məxsus qədim mədəni irsin tədqiqinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, son illər müştərək elmi araşdırmaların nəticəsi olaraqTürk dövlətləri tarixi”, “Türk xadimləri” kimi yeni elmi nəşrlər hazırlanıb. Elmi əməkdaşlıq gələcəkdə də uğurla davam etdiriləcək.                Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov simpozium iştirakçılarını salamlayaraq Naxçıvanın 5000 ildən çox tarixə malik şəhərsalma mədəniyyəti, ən qədim incəsənət, mənəvi və maddi mədəniyyət nümunəsi, dünya əhəmiyyətli Gəmiqaya abidəsi, “Əshabi-kəhf” ziyarətgahı, Qazma mağarası, I və II Kültəpə, Xaraba Gilan, Ovçular təpəsi, Oğlanqala və digər tarix və mədəniyyət abidələri haqqında məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi təşəbbüs və qayğısı ilə bu qədim diyarın tarixinin tədqiqi və təbliği istiqamətində əhəmiyyətli işlər görülməkdədir. Son 21 ildə Naxçıvanda 1200-dən artıq yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə öyrənilərək pasportlaşdırılıb, onlardan 70-ə yaxını təmir və bərpa edilib. Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Mədəniyyət, DilTarix Yüksək Qurumunun sədri Derya Örs çıxışında Şərqi Anadoludan tutmuş QafqazOrta Araz hövzəsi ərazilərini əhatə edən türk tarixi və mədəniyyətinin qarşılıqlı öyrənilməsi baxımından beynəlxalq elmi simpoziumun dəyərini vurğulayıb. Derya Örs müasir qloballaşmainteqrasiya dövründə türk-İslam dünyasının ortaq tarix və mədəniyyətlərinin, milli-mənəvi dəyərlərinin, dini inanclarının yaşadılması və təbliği məqsədilə türk dünyasının həmrəyliyinin labüdlüyündən, birgə fəaliyyətin əhəmiyyətindən bəhs edib. Azərbarcan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Azərbaycan ilə Türkiyə dövlətlərinin rəsmiləri arasında ortaq türk tarixinin yazılması ilə bağlı razılığa əsasən fundamental elmi tədqiqatların aparılması, yeni elmi nəşrlərin hazırlanması barədə simpozium iştirakçılarına məlumat verib. Məruzəçi qeyd edib ki, türk dövlətlərini, dövlət xadimlərini, tarixi şəxsiyyətlərini öyrənərmək, türk xalqlarının dünya tarixindəki yerinirolunu ortaya qoymaq məqsədilə təmsil etdiyi institutla Atatürk Araşdırma Mərkəzi arasında protokol imzalanıb. Qocaman tarixçi alim gəncliyi soy-kökünə sədaqət göstərərək çoxəsrlik türk tarixinə, zəngin mədəniyyətinə sahib çıxmağa, öz keçmişinə milli qürrurehtiramla yanaşmağa səsləyib. AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbarcan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə ortaq türk tarixinin tədqiqindəki xidmətlərinə görə Atatürk Mədəniyyət, DilTarix Yüksək Qurumunun sədri Derya Örsə AMEA-nın Tarix İnstitutunun fəxri doktoru adı verildiyini bildirib, “Fəxri doktordiplomunuinstitut adından hədiyyəni ona təqdim edib. Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Erşen Azərbaycan və Türkiyənin vahid tarixi-mədəni köklərindən, bugüngü siyasi həmrəyliyindən, bu cur müştərək simpozum və konfransların, birgə elmi-nəzəri fəaliyyətin əhəmiyyətindən danışıb, simpoziumun işinə uğurlar arzu edib. Plenar iclas Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təqdim etdiyi “Azərbaycan – Türkiyə” mahnısı ilə yekunlaşıb. Beynəlxalq elmi simpozium iki gün ərzində müxtəlif səpgili bölmə iclasları ilə öz işini davam etdirib. Azərbaycan və Türkiyənin tanınmış elm xadimlərinin, gənc tədqiqatçılarının iştirak etdiyi simpoziumda qədim turk yazılı abidələri, Urartu dövləti, Səlcuqlar hakimiyyəti, Atabəylər dövləti, Şərqi Anadolu və Naxçıvandakı milli adət-ənənlər, qədim Azərbaycan torpağı Zəngəzur, türkdilli xalqlara qarşı tarixi soyqırımlar və işğalçılıq siyasəti ilə bağlı 58 elmi məruzə dinlənilib. İki gün davam edən simpozumun yekun iclasında professor Mehmet Ali Beyhan beynəlxalq elmi simpoziumun uğurla keçdiyini, elmi müzakirələr, zərurui ortaq elmi qənatələrlə səciyyələnən simpoziumun bir sıra aktual problemlər, mühüm vəzifələr ortaya çıxardığını bildirb, simpozium materiallarının nəşr olunacağını diqqətə çatdırıb. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov türk dünyası üçün mühüm tarixi əhəmiyyət kəsb edən belə bir beynəlxalq tədbirə Naxçıvanın ev sahibliyi etməsindən qürurlandığını, ali təhsil ocağında baş tutan simpoziumun gənc nəsildə vətənpərvərlik, bilikdünyagörüşü formalaşdırmaq baxımından da öz elmi məqsədinə nail olduğunu bildirib. AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün 2009-cu ildə məhz Naxçıvanda keçirildiyini xatırladaraq bu günkü elmi simpoziumu elmimizin zirvə toplantısı kimi dəyərləndirıb. Atatürk Mədəniyyət, DilTarix Yüksək Qurumunun rəhbəri Derya Örs bu beynəlxalq elmi simpoziumla gələcək ortaq elmi əməkdaşlıq üçün geniş üfüqlər açıldığını söyləyib.               Sonda simpozium iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri

Palitra.-2016.-22 noyabr.-S.13.