Səməd Vurğuna
həsr edilmiş biblioqrafiya
təqdim olunub
Oktyabrın 11-də M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında “Səməd
Vurğun. Biblioqrafiya”
kitabının və “Azərbaycanın Xalq
Şairi Səməd Vurğun”
elektron məlumat bazasının təqdimat
mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilib.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Səməd Vurğunun yaradıcılığından, zəngin irsindən, əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunmasından, tərcümə etdiyi əsərlərdən, onun bütün yaradıcılığını əks etdirən fundamental biblioqrafiyadan danışıb. Bildirib ki, vəsait geniş oxucu kütləsi üçün tərtib edilib.
Tədbirdə kitaba yazılmış “Ön söz”ünün müəllifi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, filologiya elmləri doktoru Şirindil Alışanlı, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin rəhbəri Ənvər Əhməd və digər çıxış edənlər biblioqrafiyanın uzun axtarışların və gərgin əməyin bəhrəsi olduğunu, Səməd Vurğunun irsini, onun ədəbi-bədii fəaliyyətini öyrənməkdə elmi işçilərə, mütəxəssislərə böyük köməklik göstərəcəyini söyləyiblər.
Sonra “Azərbaycanın Xalq Şairi Səməd Vurğun” elektron məlumat
bazası təqdim edilib və baza haqqında ətraflı məlumat verilib.
Mahmud
Palitra.-2016.-12 oktyabr.-S.15.