Əli Nino” filmi Los Ancelesdə nümayiş etdirilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri icraçı prodüseri olduğuƏli Nino” bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində sənətsevərlərə təqdim olunub.

Oktyabrın 24-də sözügedən festivalın ilk açılış filmi kimi nümayiş etdirilən film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə, Hollivud kino sənayesinin tanınmış nümayəndələri, Oskar Emmi mükafatçıları nominantları, müxtəlif kino prodüserləri, rejissorları, aktyorları digər şəxslər iştirak ediblər. Əli Nino” filminin nümayişinə olan böyük ictimai maraq festival təşkilatçılarının ikinci kinozalı açaraq, tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. FilmdəkiƏlirolunun ifaçısı Adam Bakri nümayişdə iştirak edib.

Nümayişdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın müasir tarixi, o cümlədən 20-ci əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması qadınlara ABŞ-dan da əvvəl səsvermə hüququ verməsi barədə danışıb. Əli Nino” əsərinin yüksək tarixi mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən ölkəmizin qədim tolerantlıq multikulturalizm ənənələrindən bəhs edir. Əsərin yüksək ustalıqla ekranlaşdırıldığını qeyd edən baş konsul belə bir möhtəşəm film layihəsinin ərsəyə gəlməsinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Fondun vitse-prezidenti filmin icraçı prodüseri Leyla Əliyevanın hərtərəfli dəstəyinin nəticəsində mümkün olduğunu bildirib. Hollivudun məşhur nəşrlərindən olan Variety jurnalının, Sony şirkətinin hər ilQızıl Kürəmükafatının sahiblərini müəyyənləşdirən nüfuzlu Hollivud Xarici Mətbuat Assosiasiyasının rəsmi tərəfdaşlar olduqları festivalın açılış filmi kimiƏli Nino” filminin seçilməsinin olduqca təqdirəlayiq hal olduğunu qeyd edən N.Ağayev bunun filmin yüksək keyfiyyətinin dəyərinin bariz göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, Kaliforniyada işçi səfərdə olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev nümayişdə iştirak edərək bu əvəzsiz ekran əsərinə tamaşa ediblər.

 

Mahmud

Palitra.-2016.-27 oktyabr.-S.13.