İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çap olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirib. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə 2 cilddə, iri həcmdə (1890 səhifə) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır. Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. Mövzuproblem əhatəsi geniş olan kitabda 15 fəsil, onlarla icmalportret oçerk, yüzdən çox yarımbaşlıq yer almışdır. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyi, zənginliyi və təkrarsızlığını ortaya çıxarır.

İkicildlik kitabın elmi redaktoru akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş ön söz məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır, müasir ədəbiyyatın layiqli yer tutmasında Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin quruculuq missiyasını davaminkişaf etdirməsi, Respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Eyni zamanda, məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı Yanvardan başlanan yol”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, “1990-cı illərdə nəsr”, “1990-cı illərdə poeziya”, “1990-cı illərdə teatrdramaturgiya” və s. tematikproblematik bölgülər dövrün ədəbi-bədii mənzərəsini təsəvvür etməyə imkan verir. Nəsrdə sosialçılıq, “repressiyamövzusu, tarixin həqiqətləri, memuar ədəbiyyatı, realizmdən modernizmə, qadın yazıçıların yaradıcılığında müasirlik, yaradıcı gəncliyin nəsr axtarışları; 1990-cı illər şeirində ideya-məzmun yenilikləri, estetik təmayüllər, dekadans şeir mənzərələri, cənublu şairlər müstəqillik illərində, ədəbi qruplarpoetik manifestlər, yeni teatr estetikası axtarışları və s. kimi konkret məqamlar 1990-cı illər ədəbi prosesini bütövlükdə və hərtərəfli görükdürür. İlk İstiqlal şairləri B.Vahabzadə, X.R.Ulutürk, M.Araz, xalq yazıçıları Anar, Elçin, xalq şairləri N.Həsənzadə, F.Qoca, azadlıq aşiqləri V.Səmədoğlu, S.Rüstəmxanlı, Z.Yaqubbir çox digər şair və yazıçılar haqqında oçerklər də birinci cilddə yer alıb. Önəmli məqamlardan biri də yalnız mərkəzdə deyil, əyalətdə yaşayan ədiblərin də yaradıcılığına diqqət ayrılmasıdır.

Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır. Tam plüralizmə, azad yaradıcılıq seçiminə, çoxüslubluluğa meyl edən müasir Azərbaycan ədəbiyyatı burada başlıca olaraq janrlar üzrə nəzərdən keçirilmiş, ideya-tematikpoetika zənginliyi üzə çıxarılmışdır. Müasir nəsrin aparıcı janrı olan romançılığın və klassik ənənələr üzərində inkişaf edən hekayəçiliyin, minillik poeziya təcrübəsi və modern baxışların vəhdətində yaranan şeirin, absurd teatryenilikçi meyllərin qovşağında təşəkkül tapan dramaturgiyanın ədəbi prosesdə yerirolu, geniş fakt mənzərəsi, müxtəlif tendensiyaları kitabda təqdim, təsnif, təhlil və şərh olunmuşdur.

Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadansmodernizm, avanqardpostmodernizmin təzahürü qeydə alınmış və kitabda ayrıca nəzərdən keçirilmişdir. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılmış, təqdim olunmuşdur.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında icmal oçerklərdə geniş yer almaqla yanaşı, 50-dən çox yazıçı və şairlər haqqında portret oçerklər də verilmişdir. O cümlədən ikinci cilddə Hidayət, Kamal Abdulla, Aqil Abbas, M.Süleymanlı, M.İsmayıl, R.Rövşən, A.Məsud, S.Səxavət, H.Mirələmov, Ç.Əlioğlu, Ç.Abdullayev, V.B.Odər, R.Məcid, E.Axundova, S.Vəliyeva, S.Aran, Ə.Ol, R.Behrudi, Ə.Əmirli, N.Əbdülrəhmanlı, E.Hüseynbəyli, S.Sarvan və başqaları barədə oçerklər dövr ədəbiyyatını ədəbi simalarda da izləməyə imkan verir.

İki cildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Nizami adına Ədəbiyyat İnstitutunun eyni adlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Bütünlükdə, kitab üzərində 45 müəllif çalışıb. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

 

Nigar

Palitra.-2016.-28 oktyabr.-S.6.