IV Bakı Beynəlxalq Teatr Konfransında 40-dan çox ölkə təmsil olunacaq

 

Noyabrın 6-dan 10-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramının icrası və Multikulturalizm ili çərçivəsində təşkil olunacaq.

Konfransın əsas mövzusu Multikulturalizm teatr olacaq. Tədbir çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri treninqlərin keçirilməsi nəzərdə tutulur. Konfransda 40-dan çox ölkədən 150-dək teatr mütəxəssisi iştirak edəcək. Bu məlumatı mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev beynəlxalq konfransa hazırlıqla bağlı keçirilən toplantıda bildirib. Nazir müavini deyib: Dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, dramaturqlar, kossenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının, teatrla bağlı tanınmış qurumların, eləcə müxtəlif ölkələrin teatr rəhbərləri tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər. Müzakirə olunacaq mövzular, treninqlərdə dinləniləcək məruzələr, ümumilikdə konfransın gündəliyində yer alan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq. Ədalət Vəliyev IV Bakı Beynəlxalq Teatr Konfransının yüksək səviyyədə təşkil olunması üçün bir sıra tapşırıqlar da verib. Həmçinin tədbirin açılış bağlanış mərasimlərinin təşkili, tərcüməçilərlə təminat, könüllülərin iştirakı, müxtəlif mədəni tədbirlərin keçirilməsi konfransın mətbuatda geniş işıqlandırılması üçün görülməli olan işləri diqqətə çatdırıb

 

Palitra.-2016.-8 sentyabr.-S.13.