Çimərlik turizmi sahəsində böyük rəqabət var

 

Qış turizm mövsümü başa çatdıqdan və yay turizm mövsümü başladıqdan sonra turistlərin səfər etdikləri ölkələrdə ən çox üstünlük verdikləri turizm növlərindən biri də çimərlik turizmidir. Dəniz turizminin bir hissəsi olan çimərlik turizmi bu gün dünyada çox sayda turistləri özünə cəlb edir. Yay mövsümünə hələ bir neçə ay qalmasına baxmayaraq, turistlər tətil planını düşünərkən bu amili də nəzərə alırlar. Yəni turistlər getdikləri ölkələri müxtəlif turizm növləri kimi çimərlik turizminə görə də seçirlər. Bu gün dünyada bir çox ölkələr turistləri cəlb etmək üçün çimərlik turizmindən faydalanmağa çalışır. Belə ki, həmin ölkələr dünyanın “ən böyük çimərliyi”, “ən təmiz çimərliyi” adını qazanmaqla turistlərin marağına səbəb olurlar.

Ölkəmizdə də Xəzər dənizinin olması turistlərə həm dənizdən, həm də çimərliklərindən faydalanmaq üçün imkan yaradır. Son dövrlər çimərliklərin sayı artmaqdadır və təbii ki, daha yaxşı çimərlik turistləri daha çox cəlb edə bilər. Buna görə də bu turizm növündə mühüm addımlar atılması vacibdir. Bu günlərdə ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Sərəncam Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə imzalanıb. Tədbirlər Planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühiti mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb.

 

Etibarlı və dəniz suyunun təmiz olduğu çimərliklər

Bu gün dünyada turist cəlbi məqsədilə ən yaxşı çimərlik uğrunda ölkələr arasında rəqabət davam edir. Hazırda dünyada İspaniyadan sonra Yunanıstan ən təmiz çimərlikləri və limanların sırasında ikinci yerdə qərarlaşıb. “Mavi Bayraq”" ilə işarələnmiş çimərliklər etibarlı və dəniz suyunun gözəl olduğu mənasını verməkdədir. “Mavi Bayraq”lı ən təmiz çimərlik daha çox İspaniyada (552) yerləşir. Bunun ardınca 393 bayraqla Yunanıstan, sonra gələn Türkiyə isə 383 “Mavi Bayraq”lı çimərliyə sahibdir. Fransa 365 çimərlik ilə dördüncü sıraya geriləyib. 2017-ci ildə ilk iki sırada hər hansı bir dəyişiklik olmasa da, həm İspaniya, həm də Yunanıstan təmiz çimərlik və liman sayını artırmaq üçün səy göstərirlər. Yalnız Türkiyədə irəliləyiş qeydə alınıb, belə ki, Fransanı dördüncü yerə salmaqla siyahıda üçüncü sıraya yüksəlib. Onu da qeyd edək ki, Türkiyə, mükafat üçün ilk dəfə 20 il əvvəl müraciət edib. O dövrdə siyahıya daxil olan yalnız 10 ölkə olub. Türkiyə isə son sırada yer alıb. Bu gün siyahıya daxil olan ölkələrin sayı 46-ya yüksəlib və “Mavi Bayraqqazanmaq üçün dövlətlər arasında prestij mübarizəsi aparılır. “Mavi Bayraqbu gün turist simvolu halına gəlib. Bu mükafat isə səlahiyyətli şəxsləri gigiyena və təhlükəsizliyin artırılması üçün daha çox çalışmağa təşviq edib. Məsələn, Türkiyənin Antalya vilayətində ən çox təmiz çimərlik var, ümumilikdə 179 çimərliyin “Mavi Bayrağı” var. Müqayisə etdikdə, İstanbulda yalnız nüfuzlumükafat üçün yarışa biləcək üç çimərlik yerləşir.

 

Dünyanın ən yaxşı 25 çimərliyi müəyyənləşib

Ümumilikdə isə dünyanın ən yaxşı 25 çimərliyi mövcuddur ki, onlar müxtəlif imkanları ilə turistləri cəlb edir. “Dune Beach” çimərliyi Torre del Lago qəsəbəsindən yalnız qısa bir velosiped səfəri ilə İtaliyanın Versilia Rivierasında yer alır. Burada şezlong, çətir, çimərlik daxmaları, içkilər və yeməkləri ilə yanaşı, çimərlik voleyboluyay aylarında qonaqlıqlar təşkil edilir. İngiltərənin Yorkshire bölgəsi və ətrafdakı çimərlik, qayalarla mükəmməl bir rəsm yaradır. Coronado adasından “Imperial Plyaj”ına uzanan San Dieqodakı Silver Strand State Beach, turistlərin ən çox gəldiyi nöqtələrdən biridir. Dəniz bir az ilıq olsa da, mənzərəsi insanı ovsunlayır. 2016-cı ildə məşhur yerlərdən biri kimi qəbul edilən Tel- Əvivin mağazaları, ofis binaları, restoran barları, köhnə şimal limandan cənubdakı Yafaya uzanan qumsallıqlarla birləşir. Honolulunun Pali qayalıqlarının qarşısında olan Oahu, insanların suyun ortasında yüksələn qum təpəsinə axdığı zaman ən yaxşı ən rahat sahil qonaqlıqlarını təqdim edirlər.

2004-cü ildə Barafundle dünyanın ən yaxşı 12 çimərliyi siyahısına daxil edilərək Britaniyanın ən yaxşı çimərliyi olduğu bildirilib. 2006-cı ildə isə “Country Life” jurnalı tərəfindən gəzinti etmək üçün Birləşmiş Krallıqda ən yaxşı yer seçilib.

Herring Cove isə təəccüblü bir çimərliyə gedən qumlu yolları təqdim edir. Bir kölgəyə rast gəlinməyən bölgəyə gedənlərə, şapkalarını unutmamaları təklif edilir.

Cənubi Amerikadakı Hamptons Punta del Este, günəş axtaranlar üçün ən yaxşı yerdir. Ipanema Beach Rionun dağları ilə yanaşı, restoranlar, barlar ticarətlə bağlı inanılmaz bir görüntü təqdim edir.

Beləliklə, bu gün ölkələr ən yaxşı çimərliyə sahib olmaqla daha çox turist ziyarətinə nail olmağa çalışırlar. Ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirməklə yanaşı, çimərlik turizminin təşviqinə çalışmalıyıq.

 

Nigar Abdullayeva

Palitra.-2017.-1 aprel.-S.5