“Ermənilərin Avropa Məhkəməsində növbəti dəfə yalanı həqiqət kimi təqdim etmək cəhdləri iflasa uğrayıb”

 

“Avropa Məhkəməsinin cavabı bir daha göstərdi ki, “Dağlıq Qarabağ Respublikası” adlı bir qurum yoxdur”

 

Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhali nin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub.

Məlum olduğu kimi, ermənilər ötən ilin aprel ayında da bu kimi təxribatlar törədiblər. Nəticədə Azərbaycanın yüzlərlə sakini zərər çəkib. Məhz buna görə də bir qrup azərbaycanlı hüquq müdafiəçisi ötən ilin aprelində Ermənistanın hərbi təxribatı zamanı zərər çəkmiş 700-dən çox Azərbaycan vətəndaşının adından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət edib. Ermənistan tərəfi isə yenə də dünya ictimaiyyətini aldatmaq üçün cılız və təxribat xarakterli addım atıb.

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov bununla bağlı mediaya ermənilərin növbəti dəfə yalanı həqiqət kimi təqdim etmək cəhdlərinin iflasa uğradığını bildirərək deyib: “Ondan başlayaq ki, tanınmayan və separatçı “Dağlıq Qarabağ Respublikası” prezidentinin hüquq məsələləri üzrə müşaviri Emil Babayan Avropa Məhkəməsinin sədrinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, məhkəmə prosesində “Dağlıq Qarabağ Respublikası”nın iştirakı üçün şərait yaradılsın. O, göndərdiyi məktubda Montevideo Konvensiyasına istinad edərək bəyan edir ki, guya, marionet “Dağlıq Qarabağ Respublikası”nın bütün müstəqil dövlətlərə xas atributları və müstəqil məhkəməsi mövcuddur.

Qeyd edim ki, 1933-cü ildə qəbul edilən Montevideo Konvensiyasında müstəqil ölkənin formalaşması üçün dörd prinsip əsas götürülüb: daimi əhali, müəyyən olunmuş daimi ərazi, hökumət və digər suveren ölkələrlə əlaqələrə girmək qabiliyyəti.

Qısa olaraq, Konvensiyanın müddəalarına nəzər salaq. Daimi əhali dedikdə müəyyən olunmuş ərazidə avtoxton əhalinin yaşaması nəzərdə tutulur. Bu mənada işğaldan sonra həmin ərazilərə süni şəkildə köçürülən ermənilər Dağlıq Qarabağın daimi əhalisi sayıla bilməz. Dağlıq Qarabağın yerlitarixi əhalisi oradan güclə qovulan, qətlə yetirilmiş azərbaycanlılardır”.

 

“Ermənistan və onun nəzarətində olan qondarma respublika regionda normal ölkələrarası münasibətlərdən təcrid edilib

 

Anar Bağırov deyib ki, Dağlıq Qarabağı BMT və digər nüfuzlu beynəlxalq qurumlar yekdilliklə Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edib: “Hətta bununla bağlı BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal olunmuş torpaqları dərhal azad etməsini nəzərdə tutan dörd qətnaməsi mövcuddur. Bu, de-yure o deməkdir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” hər hansı hüquqi əraziyə də malik deyil.

Bu rejimə məxsus hökumət də yoxdur. Hamıya məlumdur ki, satellit quruluşun qanunvericiicraedici hakimiyyətləri İrəvan kuluarlarında formalaşır. Bunun bariz nümunəsi elə həmin Babayanın vaxtilə Ermənistanın ədliyyə nazirinin müavini, baş prokurorun müavini, eləcə də Yüksək rütbəli məmurların etik davranışları üzrə Komissiyanın sədri vəzifələrində çalışmasıdır. Bu fakt kifayət edir ki, qondarma rejimin necə bir hökumətə malik olduğunu görəsən.

Konvensiyanın sonuncu müddəasına gəlincə, qeyd olunmalıdır ki, Ermənistan və onun nəzarətində olan qondarma respublika öz işğalçı siyasətləri ucbatından regionda faktiki normal ölkələrarası münasibətlərdən təcrid ediliblər. Belə olan halda, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir ölkə ilə diplomatikya digər münasibətlər qura bilməz.

Montevideo Konvensiyasının bütün müddəalarının təhlili onu göstərir ki, qondarma rejim razılaşmanın heç bir tələbləri ilə uzlaşmır. Bu da qondarma rejimin suveren dövlət kimi beynəlxalq arenada çıxış etməsini qeyri-qanunimümkünsüz edir”.

Avropa Məhkəməsinin qondarma rejimin müraciətinə cavabı barədə məlumat verən hüquqşünas qeyd edib ki, Strasburq Məhkəməsinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın məhkəmədə iştirakı ilə bağlı müraciətinə rədd cavabı verməsi heç də təsadüfi deyil: Bu, onu göstərir ki, separatçıların hər hansı müstəqil ölkə və məhkəməsindən söhbət belə gedə bilməz. Ümumiyyətlə, həmin məhkəmə bir çox qərarlarında bu cür qondarmarespublikalara olan birmənalı hüquqi mövqeyini dəfələrlə açıqlayıb, onları qeyri-legitim hesab edib.

Paradoks ondan ibarətdir ki, yüksək rütbəli məmur, ixtisasca hüquqşünas olan Babayan bu elementar həqiqətlər haqqında məlumatsızdır. Maraqlıdır ki, Emil Babayanın özü də müraciətində qeyd edir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir ölkə tərəfindən tanınmayıb. Görünür, Babayanonun havadarları Avropa Məhkəməsinin onların sorğusuna müsbət cavab verərək qondarma rejimin legitimliyini qəbul edəcəyinə ümid edirdilər. Amma Avropa Məhkəməsinin cavabı bir daha göstərdi ki, “Dağlıq Qarabağ Respublikası” adlı bir qurum yoxduronun legitimliyinin tanınmasına yönəlik bütün cəhdlər iflasa uğrayacaq”.

 

“Separatçıların hər hansı müstəqil ölkə və məhkəməsindən söhbət belə, gedə bilməz”

Onun sözlərinə görə, hər bir halda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi iki danılmaz faktı bir daha təsdiqləyib: “Əvvəla, dünya ictimaiyyəti qondarma “Dağlıq Qarabağ Respublikası”nı heç vaxt müstəqil ölkə kimi qəbul etməyəcək. İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Strasburq Məhkəməsinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın məhkəmədə iştirakı ilə bağlı müraciətinə rədd cavabı verməsi isə heç də təsadüfi deyil. Bu onu göstərir ki, separatçıların hər hansı müstəqil ölkə və məhkəməsindən söhbət belə, gedə bilməz”.

Xatırladaq ki, iki il öncə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarmışdı. Belə ki, Azərbaycanın Laçın rayonunun bir qrup sakini 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətinin ermənilərin əlinə keçdiyini bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət etmişdilər. Strasburq Məhkəməsi on ildən sonra çıxartdığı qərarında şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.

Şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağona bitişik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib.

Strasburq məhkəməsi, eyni zamanda şikayətçilərə öz mülkiyyətlərinə sahib olmaya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib. Sülh danışıqlarının aparılması hökuməti heç də digər tədbirlər görməkdən azad etmir. AİHM şikayətçi və oxşar vəziyyətdə olan digər şəxslərin öz mülkiyyət və kompensasiyalarının bərpa edilməsi üçün bunun asan və əlçatan iddia mexanizmlərin yaradılmasının vacib olduğunu bildirib. Bundan başqa, AİHM öz qərarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalı ilə bağlı çıxartdığı 4 Qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməsini, eləcə də Laçın rayonunun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların hesabat və qeydlərini də nəzərə alaraq, Dağlıq Qarabağda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü bildirib.

Nəzərə çatdıraq ki, Avropa İnsan Haqları Məhkəməsinin bu qərarı hüquqi məcburiyyəti əks etdirən hüquqi sənəddir. Bu, ilk məhkəmə sənədidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı sübut və təsdiq olunmuşdu.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-6 aprel.-S.11.