Mübariz İbrahimovun həyatından bəhs edən film çəkilir

 

Azərbaycanın Milli qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" filminin tizeri yayımlanıb. Keyfiyyətli döyüş səhnələrilə sosial şəbəkələrdə insanların böyük rəğbətini qazanan tizerin, türkqeyri-türk dünyasında böyük əks-səda doğuracağı gözlənilir.

Bu film Türkiyənin "İst Film" şirkəti tərəfindən ərsəyə gətiriləcək.

Kifayət qədər yüksək büdcəyə malik olan tizer, İstanbuldaİst Film” çəkiliş qrupu tərəfindən, professional kaskadyorlarla çəkilib.

Filmdə tanınmış məşhur aktyorların yer alması nəzərdə tutulub. Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Döyüş səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb.

Xatırladaq ki, film Azərbaycanda çəkiləcək. Ssenarinin artıq təməl hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün isə yaxın günlərdəİst Film” yaradıcı qrupu ssenarist Bakiya gələcək. Qeyd edək ki, filmin ssenarisi Ali Doğançay (Türkiyə) Rəşad Süleymanoğlu (Azərbaycan) tərəfindən yazılacaq.

Tezliklə hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq.Filmin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.

"Mübariz" filminin tizeri ilə bağlı mətbuat konfransı həftənin ikinci günü, 18 aprel saat 12:00-da "Flame Towers - Park Cinema"da keçirələcək.

Bütün media nümayəndələri dəvətlidir.

Video Link

https://www.youtube.com/watch?v=PhQLV0sMqrs

 

Tural

Palitra.-2017.-18 aprel.-S.15.