Müsəlman ölkələrindən çoxsaylı turist axını halal turizm sahəsinin tətbiqini zəruri edir

 

Müsəlman turistlərin yaşayışı, qidalanması, turların və istirahətinin təşkilində bir sıra tələblər nəzərə alınmalıdır

“2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib”

May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi, həmçinin son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir. Bu məqsədlə Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tələblərinə həsr olunmuş seminar keçirilib. Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsindən “Palitraya bildiriblər ki, seminarı giriş sözü ilə açan Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifələrini icra edən Namiq Tağıyev ölkənin multikultural dəyərlərini özündə ehtiva edən yeni halal turizm modelinin yaradıldığını bildirib. O, Prezidentin qeyri-neft sektorunda xüsusi payı olan turizm sənayesinin inkişafına dəstəyini xüsusi vurğulayıb. N.Tağıyev qeyd edib ki, Prezidentin uğurlu siyasəti nəticəsində son illərdə əldə olunmuş dayanıqlı sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb, turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində böyük işlər həyata keçirilib. Son zamanlar müsəlman ölkələrindən ölkəmizə çoxsaylı turist axınını və cari ilin may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi halal turizmlə bağlı beynəlxalq təcrübənin öyrənildiyini deyən institut rəsmisi “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəldiyini qeyd edib. Bu standart halal turizm fəaliyyətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, motellər və digər mehmanxana tipli obyektlər üçünHalal İdarə Sistemini əhatə edir. Müsəlman turistləri cəlb etmək məqsədi ilə onların halal prinsiplərə uyğun olaraq yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli keçirilməsi üçün stdandartda bir sıra tələblər öz əksini tapıb. Belə ki, bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqoldonuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzuspa xidmətləri göstərilir. Ramazan ayında mehmanxana ziyarətçilərinə xüsusi xidmətlər göstərilir. Bir sözlə müsəlman turistlərin yaşayışı, turların təşkili və digər səmərəli istirahəti üçün bütün tələblər bu standartda nəzərə alınır. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov son dövrlərdə ölkəmizdə turizmin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verib. Belə ki, Körfəz ölkələri, eləcə də Çin, Koreya, Yaponiya, MalayziyaSinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib, bu ölkələrin əksəriyyətindən ölkəmizə gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Sektor müdirinin sözlərinə görə, cari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı yetmiş minədək artıb. Azərbaycan Akkreditasiya Mərkəzinin ekspert-auditoru Əkbər Əliyev halal idarəetmənin turizm sektorunda yeni istiqamət olduğunu, beynəlxalq təcrübədə populyarlıq qazandığını deyib. Artıq bir çox islam ölkələrində turizmotelçilik sahəsində halal prinsiplər əsasasında xidmətlər göstərilir. Təkcə 2016-cı ildə müsəlman turistlər səyahətlər zamanı 140 milyon ABŞ dolları xərcləyib. Bu rəqəmin 2020-ci ilədək 180 milyon ABŞ dollarına qədər artacağı gözlənilir. Halal məhsulların sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuşAzeSERT HALAL” MMC -nin direktoru Elşad Əliyev isə bildirib ki, hazırda bir çox ölkələrdə halal turizimlə bağlı standartlar və sertifikatlaşdırma sxemləri qəbul edilib. Artıq bu standartın tələblərinə uyğun sertifikatlaşdırılmış mehmanxana şəbəkələri dünyanın müxtəlif ölkələrində xidmət göstərir. Hətta müsəlman turistlər üçün internet üzərindən halal prinsiplər əsasında fəaliyyət göstərən mehmanxanaların axtarış sistemi də tətbiq edilib. (https://halalbooking.com).

 

Anar

Palitra.-2017.-26 aprel.-S.10.