Diaspor təşkilatlarının işi ölkə üçün hər zaman zəruri olacaq

 

Aprelin 25-də Azərbaycan Texniki Universitetində (AzTU) Diaspor Jurnalistləri Birliyinin (DJB) könüllü olaraq icra etdiyiAli məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.

AzTU-nun prorektoru İsa Xəlilov qonaqları salamlayıb və onları tələbələrə təqdim edib. Prorektor çıxışında müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının işindən danışaraq Azərbaycanı dünyaya tanıdan bu təşkilatlarda görülən işlərin əhəmiyyətini vurğulayıb. 90-cı illərin əvvəllərində ölkəmizin məqsədli şəkildə informasiya blokadasına salınmasını və bu blokadanın yarılmasında diasporların fəaliyyətlərini yadda salan İsa Xəlilov qeyd edib ki, diaspor təşkilatlarının işi ölkə üçün hər zaman zəruri olacaq.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.

Daha sonraHollandiya Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Şurasının sədri Dünya Əliyeva, Türkiyə Azərbaycan evinin icraçı direktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili, Ukraynada fəaliyyət göstərən Yeni Dünya Beynəlxalq İctimai Birliyinin baş katibi Xəzri Elxanoğlu, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri olmuş gənc politoloq Elvin Babayevin çıxışları maraqla dinlənilib. Çıxış edənlər məlumat və maarifləndirmə xarakterliDiaspor dərsi”ində ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər.

Azərbaycan Texniki Universitetinin məzunu və hazırda Almaniyanın Rostok Universitetinin Texniki termodinamika kafedrasının daimi elmi işçisi Cavid Səfərov isə “Skype” vasitəsilə “Diaspor dərsi”nə qoşuluböz fikirlərini tələbələrlə bölüşüb.

Xatırladaq ki, DJB tərəfindən könülü olaraq Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində də “Diaspor dərsi” keçirilib.

 

Əkbər

Palitra.-2017.-26 aprel.-S.6.