“Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”

 

Ruslan Dost Əli: “Ölkəmizin parlaq gələcəyi istedadlı, savadlı, bacarıqlı gənclərin əlindədir”

 

Uzun müddətdir ki, Azərbaycandan kənarda ali təhsilini davam etdirən gənclərimizin fəaliyyətini işıqlandırır, onların uğur və nailiyyətlərini cəmiyyətə çatdırmağa çalışırıq. Bütün bunlar isə təbii ki, bir çox gənc oxucularımız tərəfindən də diqqətlə izlənilir. Elə bu səbəbdəndir ki, dəfələrlə xaricdə təhsil alan gənclərimizin başqa bir ölkədə ali təhsil almağın perspektivləri barədə qeydləri bu uğura nail olmayan gənclər tərəfindən böyük marağa səbəb olub. Belə gənclərdən biri də xaricdə-Qazaxıstanda təhsilini davam etdirən gənc yazar Ruslan Dost Əlidir. Ruslan Dost Əli ilə olan müsahibəni oxuculara təqdim edirik:

-Təhsil aldığınız universitetdəki tədris və təhsilin səviyyəsi sizi qane edirmi?

-Əlbəttə. Ümumiyyətlə universitetimiz haqqında qısaca onu qeyd edim ki, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax universiteti 1991-ci ildə Nursultan Nazarbayevin sərəncamı ilə Türküstan şəhərində yaradılıb və 1992-ci ildə bu universitetin Qazaxıstan və Türkiyə ortaq universiteti olması qərarı alınıb. Məndə olan məlumata görə elə o vaxtdan bu universitetdə azərbaycanlı tələbələr də təhsil alır. Hazırda 30-dan çox türk toplumlarından gələn tələbələr arasında 60-dan çox azərbaycanlı tələbə də varbu say ildən-ilə artmaqdadır. Müxtəlif türkdilli xalqların gəncləri ilə bir arada olmaq, bu universitetdə oxumaq təkcə təhsilli və diplomlu olmaq deyil, həm də böyük bir təcrübədir. Bilirsiniz ki, bu il TÜRKSOY tərəfindən Türküstan türk məmləkətlərinin "Mədəniyyət paytaxtı" elan edildi. Bununla əlaqədar olaraq universitetimizdə bir sıra tədbirlər, konfranslar keçirildiilin sonunadək bu tədbirlər davam edəcək.

-Yəqin təhsildən başqa ictimai işlərə də aktiv qoşularsınız?

-Maksimal dərəcədə çalışıram ictimai işlərdə aktivlik göstərim. Qeyd edim ki, Orta Asiyada ən böyük kitabxana Türküstanda, bizim universitetin nəzdində yerləşir. Mən bu kitabxanaya ölkəmizlə bağlı bir neçə kitab da təqdim etmişəm. Qazaxıstanın paytaxtı Astana şəhərində “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisi keçirilir. Təxminən 100-dən artıq ölkənin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Heydər Əliyev FondunEnergetika Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Azərbaycan da təmsil olunur. Qazaxıstandakı səfirliyimizin xətti ilə mən də həm bu sərgi çərçivəsində keçirilən tədbirlərdə, həm də sərgidən kənar səfirliyimiz tərəfindən keçirilən bir sıra tədbirlərdə iştirak etdim. Burada Vətənimizə bəslənən sevginin, göstərilən diqqətin şahidi oldum. Ölkəmizin hüdudlarından kənarda bizə göstərilən diqqəti, qayğını, sevgini görəndə qürur hissi keçirməyə bilmirsən. Türk Şurasının təşkil etdiyi ll Beynəlxalq Türk Məmləkətlərinin Yay düşərgəsi Qazaxıstanın Akmola vilayətinin Zerenda kəndində baş tutdubizbu yay düşərgəsinin iştirakçısı olduq. Bu düşərgənin təşkil olunmasının əsas məqsədi türk məmləkətlərinin gəncləri arasında mədəni əlaqələrin yaranması, gənclər siyasətində yeni təcrübələrin əldə olunması və gələcəkdə ortaq layihələrin həyata keçirilməsi idi. Türkiyədən, Qırğızıstandan və Qazaxıstandan yüzdən artıq tələbənin qatıldığı yay düşərgəsində ölkəmizi mən də daxil olmaqla 4 azərbaycanlı tələbə təmsil edirdi. Azərbaycandan olan tələbə qrupunun rəhbəri mən idim. Bu dörd nəfərlik heyətimiz digər 3 ölkənin tələbələrinin sayından qat-qat az olsa da, deyə bilərəm ki, biz ölkəmizi layiqincə təmsil etdik. Əyləncəli proqramlarda milli musiqimizi, rəqsimizi qardaş ölkələrin gənclərinə nümayiş etdirməklə yanaşı, müxtəlif treninqlərdə də aktiv iştirak etdik, gərgin müzakirələrə qoşulduq, təkliflər irəli sürdük. Layihə çərçivəsində təşkil olunan forumlarda ölkəmizin uğurlu gənclər siyasətindən danışdıq və ən əsası Qarabağ həqiqətlərini ön plana çəkdik. 15 iyun tarixində Qazaxıstan Respublikası Din Məsələləri və Vətəndaş Cəmiyyəti Nazirliyi tərəfindən Türk Şurasının Beynəlxalq Gənclik Düşərgəsinin rəsmi bağlanış mərasimi gerçəkləşdi. Bağlanış mərasimində Türk Akademiyasının Prezidenti Darkan Kydyrali, Kazinform Xəbər Agetliyinin rəhbəri Askar Umarov, Türk Şürasının müşaviri Rəşad Qasımov, Qazaxıstan Respublikası Din Məsələləri və Vətəndaş Cəmiyyəti Nazirliyinin Gənclər siyasəti üzrə aparat rəhbəri Gabidulla Ospankulov və “Nur Otan” partiyası gənclik qolları rəhbəri Daniyar Sunzetpayev, gənclər təşkilatları, AstanaAkmola vilayətindən gələn gənclər siyasəti departamentinin təmsilçiləri, yerli media nümayəndələri və jurnalistlər iştirak etdirdilər. Azərbaycan tərəfi olaraq bütün iştirakçılara belə layihələrə daim açıq olduğumuzu, türk məmləkətlərinin gənclərinin bir araya gəlməsi istiqamətində atılan addımları dəstəklədiyimizi və əməkdaşlığa hər zaman hazır olduğumuzu çatdırdıq. Bir həftə boyunca göstərdiyimiz aktivliyə görə fəaliyyətimiz qiymətləndirilərək rəhbərlik tərəfindən Azərbaycan təmsilçiləri "Aktiv iştirakçı" adını qazandı. Əlbəttə ki, bu da ölkəmiz, millətimiz adına qazandığımız uğurlardan biri idi.

-Siz həm də istedadlı gənc yazarlarımızdan birisiniz. Təhsil və digər fəaliyyətiniz yaradıcılıq işlərinizə mane olmur ki? Ümumiyyətlə gənc yazarların sayının xeyli çoxalmasına münasibətiniz necədir? Kəmiyyətlə keyfiyyət bir-birini tamamlayırmı?

 

-Əlbəttə yox. Düzü, təəssüf doğuran haldır ki, indi ədəbiyyatdan danışanda bəzilərində ikrah hissi oyanır. Açığı, lap kiçik bir məclisdə kimsə məni şair kimi təqdim edəndə utanıram. İndi sanki hamı çağdaş poeziyamızın görkəmli nümayəndəsidir. Gəlin, uzağa getməyək, yaxın, qonşu ölkələrə nəzər salaq, görək onlar, xüsusən də gənclər nə işlə məşğuldurlar. Sonra dönək özümüzə də baxaq, görək biz nə işlə məşğuluq. Kimsə deyə bilər ki, şeir yazmağın nəyi pisdir ki? Kim yazır yazsın də, gedib cinayət törətmir ki... Mən hesab edirəm ki, saxtakarlıq da bir cinayətdir. Oğru olmaq üçün mütləq kiminsə evini yarmağa, malını oğurlamağa ehtiyac yoxdur. Günümüzdə ideya, fikir oğruları daha çoxdur. Kimlərinsə fikirlərini, düşüncələrini götürüb öz yazılarında ən primitiv formada ifadə etmək, ya da buna çalışmaq, cəhd göstərmək həmin o kimsələrin ruhuna təcavüz etmək deməkdir. Bu da cinayətin bir növüdür. Ola bilər ən xırda cinayət hesab edilsin. Ancaq mən bundan böyük saxtakarlıq tanımıram və təcavüz bütün mənalarda təcavüzdür. Onun yaxşısı olmur. Niyəsə hamı bir-birinə sübut etməyə çalışır ki, mən də şeir yaza bilirəm və mən də şairəm. Nədir bu şairlik xəstəliyi belə hopub bizim canımıza? Şeir yaza bilməmək istedadsızlıq demək deyil axı və heç kim şair olmağa məcbur deyil. Yazıçı Anar bir müsahibəsində demişdi: "Mənim üçün uğurlu əməliyyatlar keçirən və heç vaxt vətənpərvərlikdən danışmayan həkim daha çox vətənpərvərdir, nəinki bütün günü vətənpərvərlik haqqında danışan, ancaq heçbacarmayan adam". Niyə bu insanlar anlamaq istəmir ki, bacarıqlı ola biləcəyimiz sahədə çalışmaqla özümüzə, yaxınlarımıza və millətimizə daha çoxdaha yaxşı xeyir verə bilərik. Nəinki bacarmadığımız bir işlə məşğul olub, özümüzü aldatmaqla və hamını bu yalana inandırmağa çalışmaqla. Şeir, hekayə müsabiqələrində yer tutmaq üçün, mükafat almaq üçün, 5-10 manat üçün vətənə şeir yazmazlar. Mən ölkəmizin həvəs və digər maraqlar üçün bədii ədəbiyyata qoşulan gənclərini-yalançı şairləri daha ciddidaha önəmli işlər görməyə çağırıram. Güc birlikdədir deyib atalar. Gəlin, harada olmağımızdan asılı olmayaraq vətənimiz, dövlətimiz və millətimiz adına hər zaman bayrağımıza ucalıq, rəğbət gətirəcək işlər görək. Qoy ölkəmizin adı eşidiləndə hamının üzündə təbəssüm, məmnunluq hissi ifadə olunsun. Unutmayaq ki, ölkəmizin parlaq gələcəyi onun istedadlı, savadlı, bacarıqlı gənclərinin əlindədir. Azərbaycanı bütöv görmək istəyiriksə, öncə bu bütövlüyü birliyimizlə göstərməliyik.

 

Tural Tağıyev

Palitra  2017.- 18 avqust.- S.23.