“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” nəşr olundu

 

Mədəniyyət Turizm Nazirliyi tərəfindən azyaşlı məktəbli oxucuların mütaliəsini artırmaq, ölkəmizdəki dövlət kitabxana fondlarının uşaq ədəbiyyatı nümunələri ilə zənginləşməsini təmin etmək məqsədilə "Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyasıikicildliyi nəşr olunub.

 

Nazirlikdən verilən məlumata görə, kitabın birinci cildi bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən (laylalar, oxşamalar, sanamalar, tapmacalar, yanıltmaclar, atalar sözləri, əfsanələr, rəvayətlər, qaravəllilər, nağıllar) seçilərək tərtib edilib. Toplu bədii materialların xronoloji ardıcıllığı gözlənilməklə hazırlanıb.

 

Kitabın Azərbaycan klassik müasir uşaq poeziyasını əhatə edən ikinci cildində 25 müəllifin şeirləri toplanıb. Antologiyanın bu cildində klassik şeirlərdəki müasir günümüzdə az istifadə olunan ya istifadə olunmayan söz ifadələrin izahları verilib.

 

Yazıçı-şair Qəşəm İsabəylinin tərtibçisi redaktoru olduğu antologiya "Renessans-Anəşriyyat evində yüksək poliqrafik keyfiyyətlə çap edilib.

 

"Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyasıikicildliyi Mədəniyyət Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara digər aidiyyəti qurumlara paylanılacaq.

 

Palitra.-2017.-9 fevral.-S.13.