İsa Həbibbəyli: “Almazpyesinin yeni quruluşda təqdimatı ölkə teatrının daha bir uğurudur

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, Azad həmkarlar təşkilatının və Alimlər Evinin təşkilatçılığı ilə görkəmli yazıçı-dramaturq, teatrkino xadimi Cəfər Cabbarlının “Almazpyesi yeni quruluşda nümayiş olunub.

Tamaşaya baxışdan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə formalaşmış teatr ənənələrindən, bütün sahələr kimi teatra da göstərilən hərtərəfli dövlət qayğısından danışıb. AMEA ilə Milli Dram Teatrının artıq ənənə şəklini almış əməkdaşlığından söhbət açan akademik İsa Həbibbəyli davamlı olaraq üçüncü bir tamaşanın da hazırlanıb yeni quruluşda təqdim olunmasını əlamətdar hadisə adlandırıb. Keçən ilin sonlarında Cəlil Məmmədquluzadənin “Ölülər”, eləcə də Hüseynbala Mirələmovun “Vəsiyyət” əsərlərinin müvəffəqiyyətli səhnə tamaşasından sonraAlmazpyesinin də fərqli səhnə tərtibatı, təcrübəli aktyor heyəti barədə fikirlərini bildirən akademik İsa Həbibbəyli müstəqillik işığında səhnəyə çıxarılan “Almazpyesinin yeni quruluşda təqdimatını ölkə teatrının daha bir uğuru kimi səciyyələndirib. Akademik İsa Həbibbəyli əsərin ideyası, müasirlik baxımından təhlili məsələlərindən geniş bəhs edərək Akademiya ilə Dram Teatrı arasında müvəffəqiyyətlə aparılan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemətov birgə səmərəli əməkdaşlığa və tədbirdə alim və tədqiqatçıların yaxından iştirakına şərait yaratdığına görə AMEA rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.

Yeni quruluşda nümayiş olunanAlmaz” tamaşasını Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, AMEA-nın humanitarictimai elmlər üzrə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları izləyiblər.

Uzun illərdən sonra yeni quruluşda təqdim olunan tamaşada iştirak edən aktyor heyəti rolları böyük ustalıqla ifa ediblər. Eyni zamanda, əsərin məğzi fonunda cərəyan edən hadisələr tamaşaçı kütləsinə professional şəkildə çatdırılıb. Tamaşa aktyor oyunu, rejissor düşüncəsi, musiqi məziyyəti, gözəl dekorasiyası və bir sıra xoşməramlı üstünlükləri ilə maraq doğurub, böyük alqışlarla qarşılanıb.

Qeyd edək ki, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi  AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovdur. Yeni səhnə əsərinin müəllifi Xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

 

Nigar

Palitra.-2017.-17 fevral.-S.13.