Naxçıvan-İslam Mədəniyyətinin incisi

 

Muxtariyyətinin 93-cü ildönümünü yaşayan Naxçıvan bu gün inkişaf göstəriciləri ilə diqqəti cəlb edir. Hər sahədə qazanılan nailiyyətlər muxtar respublikanın bugünkü simasını və gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. Ölkə başçısı İlham Əliyev 11 yanvar 2017-ci il tarixdə Naxçıvana növbəti tarixi səfərində görülən işləri yüksək qiymətləndirmiş, Naxçıvanı dünya miqyasında öz gözəlliyi ilə seçilən şəhər adlandıraraq demişdir: “Çox şadam ki, respublikada uğurlu inkişaf təmin olunur. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da, son illər ərzində Naxçıvanda böyük inkişaf yolu keçilmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşdırılması onu göstərir ki, respublika möhkəm ayaqda dayanır”.

 

Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı da qədim diyarın müasir inkişafına verilən ən yüksək qiymət və bu inkişafın davamlılığının təmin olunmasına dəstəkdir. Sərəncamda deyilir: “Zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadiictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır”.

Naxçıvanın sürətli inkişafı müstəqillik illərinə təsadüf edir. Ötən 25 il ərzində əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyevin ideya-siyasi kursuna sadiqliyinyurda bağlılığın təcəssümü kimi özünü büruzə verir. Bu gün Naxçıvan keçirilən beynəlxalq tədbirlərə, elmi simpoziumfestivallara ev sahibliyi edir. Təhlükəsiz və abad şəhər olması bölgənin turizm baxımdan cəlbediciliyini daha da artırır.

5000 illik şəhər mədəniyyəti tarixinə malik olan bu qədim oğuz yurdu inkişafının elə bir mərhələsinə qədəm qoyub ki, 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı seçilib. Bu, eyni zamanda Naxçıvanın İslam dünyasındakı yerininnüfuzunun göstəricisidir. Naxçıvan İslam dünyasının, mədəniyyət zənginliyinin rəmzi olan bir şəhərdir. Bunu şəhərimizin qədim tarixi və mədəniyyət abidələri bir daha sübut edir.

Məlumat üçün bildirək ki, “İslam mədəniyyəti paytaxtları” proqramı barədə qətnamə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransda 2005-2014-cü illər üçün nəzərdə tutulmuşİslam mədəniyyətinin paytaxtları” proqramı təsdiqlənmişdir. Bu proqrama əsasən, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Bu mənada Naxçıvan öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsipləri özündə birləşdirir.

Müstəqillik hər bir ölkənin ən ali sərvətidir. Bu sərvət isə milli dəyərlər, tarixi köklər üzərində intişar tapır. Ölkə başçısının da dediyi kimi: "Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz - bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq".

Bu mənada Naxçıvan təkcə öz iqtisadi göstəriciləri ilə deyil, həm də tarix və mədəniyyət sahəsindəki nailiyyətləri ilə öyünə bilər. Aparılmış elmi tədqiqatlar nəticəsində sübut olunub ki, Azərbaycanın dövlətçilik tarixində mühüm mövqe tutan Naxçıvanın yerləşdiyi ərazi bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olub. Dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanın tarixinin araşdırılması, mədəni irsin qorunması istiqamətində görülən işlər öz bəhrəsini verib. Bu gün Naxçıvan tarixini, mədəniyyətini, incəsənətini, coğrafiyasını, təbii ehtiyatlarını və bir çox sahələrini öyrənən, tədqiq edən böyük potensiala malik elmi qurum-AMEA Naxçıvan Bölməsi fəaliyyət göstərir. Aparılan arxeoloji tədqiqatlar, keçirilən beynəlxalq əhəmiyyətli konfranslar, arxivlərdən əldə olunan materiallar Naxçıvan tarixinin yenidən və ətraflı yazılmasına zəmin yaradıb. “Naxçıvan tarixiçoxcildliyi bu sahədə ən dəyərli mənbədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixiçoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 6 avqust 2012-ci il tarixli Sərəncamına əsasən nəşr olunan “Naxçıvan tarixiçoxcildliyi Naxçıvanın ən qədim dövründən günümüzədək olan böyük bir tarixi dövrü əhatə edir.

Milli dəyərlərin hifz olunduğu və yaşadıldığı muxtar respublikada tarixi abidələrin bərpası uğurla həyata keçirilir. Bəşər mədəniyyətinin əvəzsiz inciləri olan Əlincə qala, Möminə Xatın, Gülüstan türbələri, Xanəgah Abidələr Kompleski kimi onlarla abidəyə həyat verilib. Sovet dövründə qadağalara baxmayaraq, muxtar respublikada İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanmış və bu gün də həmin dəyərlər yaşadılaraq yeni nəsillərə çatdırılır. Ən böyük dini inancturizm obyekti olan Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, İmamzadələr, məscidlər bərpa olunaraq əhalinin istifadəsinə verilib.

Hazırda dünyanın bəzi ölkələrində müharibələr gedir, məscidlər və dini abidələr dağıdılır. Lakin Azərbaycanda sabitlikdir, bütün sahələr inkişaf etdirilir, məscidlər, yollar və digər sosial obyektlər istifadəyə verilir, dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır. Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib, 95 məscid və 23 pir isə yenidən qurulubya bərpa olunub. Nuh peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında inşa olunan məscid kompleksi isə muxtar respublikanın ən böyük və memarlıq quruluşu ilə fərqlənən ibadət ocağı olacaqdır.

Bəşəriyyətin ikinci atası sayılan Nuh peyğəmbərin məzarüstü türbəsinin burda olması, “Qurani-Kərim”də adı keçən Əshabi -Kəhf ziyarətgahı, imam övladlarının dəfn olunduğu imamzadələr, pirlər, məscidlər Naxçıvanda islami dəyərlərin illərlə qorunaraq günümüzədək gəlib çatmasından xəbər verir. Azərbaycan İslam dinini qəbul etdikdən sonra bütün bölgələrimizdə, o cümlədən Naxçıvanda abidələrin əksəriyyətində Qurandan ayələr əks olunub. Ümumilikdə bölgədə islam mədəniyyətinin izlərini yaşadan abidələr, həmçinin mədrəsələr, təkyələr, xanəgahlar, qədim tarixə malik məscidlər çoxluq təşkil edir ki, bu da Naxçıvanı İslam dünyasının müqəddəs və tarixi məkanı kimi səciyyələndirir.

İslamın qəbulundan sonrakı ilk dövrlərdən başlayaraq Naxçıvan bölgəsində müsəlman epiqrafikası abidələri meydana gəlmişdir. Zaman keçdikcə bu kitabələrin çoxu təbii qüvvələrin təsirindən aşınmış, məhv olmuş, zəmanəmizədək gəlib çatmamışlar. Ancaq həmin kitabələrdən bəzi nümunələr XIX yüzillikdə və XX yüzilliyin əvvəllərində tədqiqatçılar tərəfindən qeydə alınaraq tədqiq olunmuşlar. “Naxçıvan tarixiçoxcildliyinin I cildində qeyd olunur ki, 1901-ci ildə Naxçıvan bölgəsinin ikinci böyük şəhəri olan Ordubad şəhər Came məscidinin ətrafında bərpa və abadlıq işləri aparılarkən torpağın altından üstündə ərəb əlifbası ilə “Harun” şəxs adlı və hicri 111-ci il tarixi həkk edilmiş bir kitabə tapılıb. Bu kitabə sübut edir ki, şəhərin mərkəzində əzəmətlə ucalan Came məscidinin əsası hicri-qəməri təqvimi ilə 111-ci ildə (miladi ilə 729-cu ildə) qoyulmuşdur. Deməli, Ordubad şəhəri hələ islamın qəbul olunduğu ilk vaxtlarda inkişaf etmiş yaşayış məskəni olmuşdur ki, orada ilk məscidlərdən biri inşa edilmişdir.

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının

baş redaktoru

Palitra.-2017.-18 fevral.-S.15.