“Ermənilər Dağlıq Qarabağı separatizmterror yuvasına çevirmişdilər”

 

Faiq İsmayılov: “Xocalı, Qarabağda yalnız hərbi strateji mövqeyinə görə deyil, həm də tarixi əhəmiyyətinə görə Azərbaycanın mədəni həyatında mühüm yer tuturdu

 

Qarabağ həqiqətləri, Xocalı faciəsi bir çox alimlərin araşdırma mövzusuna çevrilib. Hər bir arışdırma nəticəsində yeni faktlar əldə olunur. Elə İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri, AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılov da Xocalı soyqırımı ilə bağlı araşdırmasında yeni faktlar ortaya çıxarıb. Faiq İsmayılov öz araşdırmasında öncə 90-cı illərdə Qarabağdakı ictimai-siyasi, hərbi vəziyyəti təsvir edir: “Ermənilər, Dağlıq Qarabağı separatizmterror yuvasına çevirmişdilər. Bir çox şərq ölkələrindən dəvət olunan dünyanın ən qatı başkəsən və cinayətkarları burada sərbəst fəaliyyət göstərirdilər. Onlar meşələrdə məskunlaşaraq, yollarda, cığırlarda pusqular quraraq, sadə vətəndaşları qətlə yetirir, gecələr azərbaycanlıların yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər. Qarabağlıların həyatına təhlükələr anbaan çoxalırdı. Burada yaşayan azərbaycanlılar bir kənddən digərinə getməyə çətinlik çəkirdilər. Azərbaycanlıların həyatlarına sui-qəsdlər çoxalmışdı. Kəndlərin ətraflarında, yollarda azərbaycanlıların öldürülməsi hadisələri haqqında məlumatlar, demək olar ki, hər gün ildırım sürəti ilə bölgəyə yayılırdı. Bir kənddən digərinə gedən hər kəs hökmən təhlükə ilə qarşılaşırdı. Hər bir qarabağlı yalnız onları yaxalayacaq qəfil ölümdən necə yaxa qurtarmaq barədə fikirləşirdi. Qarabağda vəziyyət tamamilə nəzarətdən çıxmışdı. İnsanlar daim qorxu içərisində yaşayırdılar. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün müharibəyə hazırlaşır, Xankəndidə silah-sursat tədarükü görürdülər”.

 

“Qarabağın taleyi Xocalıdan asılı olub

Onun fikrincə, Qarabağın taleyi Xocalıdan asılı olub: “Xocalı, Qarabağda yalnız hərbi strateji mövqeyinə görə deyil, həm də tarixi əhəmiyyətinə görə Azərbaycanın mədəni həyatında mühüm yer tuturdu. Xocalı – Gədəbəy Mədəniyyətinin tunc dövrünə aid olan məişət nümunələrinin əhəmiyyəti, nəinki ölkəmizdə, eyni zamanda ölkəmizdən xaricdə belə, çox yüksək qiymətləndirilirdi. Xocalının işğal edilməsi mədəniyyət tariximizə çox ciddi zərbə olmaqla yanaşı, eyni zamanda bütünlüklə Qarabağın itirilməsinə stumul yaradırdı. Bunu Ermənistan tərəfi çox gözəl anlayırdı…

Xocalı şəhərinin işğalında iştirak etmiş rus zabiti Vladimir Voronov İrəvan şəhərində çap olunanŞuşi” jurnalına 08.02.2006-cı ildə verdiyi müsahibədə bidirir ki, “Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırırdı”. V.Voronovun məlumatından belə məlum olur ki, rus kəşfiyyat xidməti orqanları Xocalının işğalının planlaşdırılması və hücuma hazırlığın aparılması üçün Vladimir Voronovu hələ 1989-cu ildə xüsusi tapşırıqla İrəvana ezam edib. Vladimir Voronov böyük titullu, etibarlı, bacarıqlı rus zabiti olub. O, SSRİ-nin quru qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda böyük döyüş yolu keçmişdi. Eyni zamanda ərəb ölkələrində hərbi təcrübə qazanmış və Rusiyanın Afrika ölkələrindəki xilasedici taborlarında xilasedici kimi fəaliyyət göstərmişdi.

V.Voronov İrəvana gəldikdən dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin tapşırığı ilə 1989-cu ilin dekabrında Xocalı üzərinə hücuma hazırlıq üçün sovet ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən və xüsusi təyinatlı döyüşçülərdən ibarət tabor yaratmağa başladı. Hazırlıq dövründə Ermənistanda fəaliyyət göstərən “Erkrapah-ım” (Torpaq mühafizəçiləri) adlı terror təşkilatının üzvləri Baqdasar Gevorkyan, Vano SiraderyanSamvel Şarinyan rus zabiti Vladimir Voronovla danışıqlar apararaq, onları da Xocalıda döyüşmək üçün bu taborun tərkibində təlim keçməyə razı saldılar. Taborun üzvləri Ermənistandan azərbaycanlıların qovulması prosesində iştirak edir, insanların öldürülməsi, tutularaq işgəncə verilməsi zamanı soyuqqanlılıq və qəddarlıq nümayiş etdirilməsi işlərini həyata keçirməklə əyani şəkildə təcrübə toplayır, eyni zamanda Ermənistandan azərbaycanlıların qovulması prosesini sürətləndirirdilər.

 

“Xocalını əldə etməklə ermənilər birbaşa Qarabağın Ermənistanla hava koridoruna nəzarəti təmin edirdilər”

Faiq İsmayılovun qənaətincə, Xocalı Qarabağın elə bir strateji cəhətdən əhəmiyyətli ərazisində yerləşirdi ki, bu məntəqəyə yiyələnməklə bütün Qarabağa nəzarət etmək mümkün idi: “Bölgənin yeganə hava limanının bu şəhərdə olması onun qiymətini bir qədər də artırırdı. Xocalını əldə etməklə ermənilər birbaşa Qarabağın Ermənistanla hava koridoruna nəzarəti təmin edirdilər. Bu isə Qarabağın tamamilə işğal edilməsinə şərait yaradırdı”.

Araşdırmada qeyd olunur ki, erməni silahlıları Valeri Balayanın rəhbərliyi ilə 1991-ci ilin yayından Qarabağın azərbaycanlılar yaşayan Salakətin, Meşəli, Malıbəyli kəndlərini Tuğ, Sarışen adlı erməni yaşayış məntəqələri ərazilərindən daim atəş altında saxlayır, bu kəndlər arasında yarana biləcək əlaqələri məhdudlaşdırırdılar: “Qarabağda erməni silahlılarına qarşı mübarizədə, əsasən, kənd sakinlərindən təşkil olunan azərbaycanlı özünümüdafiə dəstələri, daha çox məğlubiyyət acısı yaşayan tərəf idilər. Bu ərazidəki inzibati yaşayış mərkəzlərinin əhalisi, bir qayda olaraq kəndlərinin və ya qəsəbələrinin ətrafındakı yüksəkliklərdə müdafiə mövqeyi tutaraq müdafiədə dayanırdılar.

Ermənilərdən fərqli olaraq azərbaycanlıların çoxu hərbçi deyildi, hərbi təlim keçməmişdi, döyüş qaydalarını bilmirdi. Bu da kəndlərə silahlı basqınlarda erməni döyüşçülərinin daha çox müvəffəqiyyət qazanmalarına şərait yaradırdı.

1991-ci ilin payızında Vladimir Varonovun toborunu Ermənistan Hərbi Nazirliyi helikopterlərlə Dağlıq Qarabağa göndərdi. V.Voronovun Xocalıya göndərdiyi kəşfiyyatçıların gətirdiyi məlumatından məlum olurdu ki, 150 nəfərlik bir qüvvə ilə Xocalı şəhərini təslim etmək mümkün olmayacaq”.

 

Xocalı üzərinə yeni hücum əməliyyatı kimlər tərəfindən hazırlanmışdı?

 

O qeyd edib ki, Xocalı Hava Limanının, əsasən, milis işçiləri tərəfindən müdafiə edilməsi buradakı müdafiəçilərin döyüş qabiliyyətini daha da artırırdı: “Hava Limanını ələ keçirməyə tam əmin olmasa da, V.Voronov öz döyüşçülərini Xocalı Hava Limanı üzərinə yeritdi. Xocalı Hava Limanının müdafiəsində dayanan azərbaycanlı döyüşçülər yüksək əzmkarlıq göstərərək V.Voronovun xüsusi təyinatlılarının döyüş əzmini qırıb, onları geri oturda bildilər. Bu, Ermənistan ordusunun Qarabağda ilk məğlubiyyəti idi. Bu məğlubiyyət Ermənistanın ordu rəhbərliyini pərt etmişdi, onlar bu məğlubiyyətin əvəzini çıxmaq üçün, nəyin bahasına olursa olsun, Xocalını təslim etməyə qərar verdilər.

Xocalı Hava Limanındakı məğlubiyyətdən hiddətlənən erməni – rus hərbi komandanlığı, bütünlüklə Qarabağda hərbi üstünlüyü ələ almaq üçün orada pərakəndə fəaliyyət göstərən erməni silahlı dəstələrini birləşdirib vahid komandanlıq yaradılmasına qərar verdilər və qısa müddət ərzində bu dəstələri birləşdirərək nizami ordu yaratdılar. Ermənistan Hərbi Nazirliyi yenicə yaratdığı Qarabağ cəbhəsinin komandanı vəzifəsinə Gürcüstan vətəndaşı, əslən erməni olanDağ tülküsü” ləqəbli general Arkadi İvanoviç Ter-Tadevosyanı təyin etdi. Bununla da ermənilər Qarabağda vahid mərkəzdən idarə olunan nizami bir ordunun yaradılmasını gerçəkləşdirdilər”.

Faiq İsmayılov bildirir ki, Qarabağda erməni tərəfini düşündürən əsas məsələlərdən biri yenicə təşkil olunan ordunun silahlandırılması və böyük sayda ağır texnikanın bu komandanlığa cəlb edilməsi məsələsi idi: “Xocalı üzərinə hücum planı erməni-rus hərbçiləri tərəfindən dəyişdirilərək daha irimiqyaslı bir əməliyyat planı hazırlamanmağa başlanıldı. Bu əməliyyat zamanı əsgərlərə türkləri necə qəddarlıqla öldürməyin yollarının öyrədilməsi barədə xüsusi hazırlıq keçirdilər. Ermənilərin təbiricə desək, Xocalı əməliyyatı elə həyata keçirilməli idi ki, bütün Azərbaycana dərs olsun və Qarabağın digər ərazilərini Azərbaycan vətəndaşları “könüllüolaraq tərk edib getsinlər.

Xocalı üzərinə yeni hücum əməliyyatı general Arkadi Ter-Tadevosyan, yazıçı Zori Balayan, Daşnaksütyun terror təşkilatının Qarabağ nümayəndəliyinin rəhbəri Robert Koçaryan (keçmiş prezident), Ermənistan Hərbi Nazirliyinin Qarabağ üzrə koordinotoru Serj Sarkisyan (indiki prezident) tərəfindən hazırlanmışdı.

Hücum planının və həyata keçirilməsi nəzərdə tutulan əməliyyatın yeni xəritəsini hazırlamaq gündəmdə duran əsas məsələlərdən biri idi. Mükəmməl döyüş xəritənin olmaması əməliyyatı ləngidirdi. Xəritəni işləyən adam, eyni zamanda əraziyə tam bələd olmalı idi ki, hazırladığı materialda səhvə yol verməsin.

Xocalı Əməliyyatının gedişinə nəzarəti Arkadi Ter-Tadevosyan özü şəxsən həyata keçirirdi. Robert KoçaryanSerj Sarkisyan isə başqalarına nümunə olsun deyə, döyüşçü kimi əsgərlərin sırasında Xocalıya silahsız və köməksiz vəziyyətdə qalmış insanların üzərinə əlisilahlı gedirdilər. Gedirdilər ki, müsəlman və türk olduqlarına görə bu insanları kütləvi şəkildə qətlə yetirsinlər”.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-22 fevral.-S.11.