AvropadaYolumuz Qarabağadır” layihəsi həyata keçirilir

 

Holland məktəbliləri Qarabağdakı Alban kilsələrindən danışıblar

Hazırda milli diaspor təşkilatları daima Qarabağ mövzusunu diqqətdə saxlayır. Onların bu mövzuda keçirdiyi layihələrin əsas məqsədi Ermənistanın işğalçılıq siyasətini ifşa etməkdir. Belə layihələr elə keçirilir ki, əcnəbilər ermənilərin əsl simasını görsünlər. Çünki ermənilər xaricdə “yazıq” imici formalaşdırıblar deyə, bir çox xalqlar onların əsl simalarını hələ görə bilmirlər. Məhz buna görə də diaspor təşkilatları yeni fərqli taktikalardan istifadə edirlər. Elə Hollandiyada fəaliyyət göstərən Azərbaycanın Avropalı Dostları Mərkəzi də bu istiqamətdə aktiv işlər görür. Qeyd edək ki, bu təşkilat 12 ildən çox Holland Azərbaycan Dostları Cəmiyyəti (DufoA) olaraq Hollandiyada Qarabağla bağlı saysız layihələr həyata keçirib. Belə ki, təşkilat tərəfindən Hollandiyanın Haaqa şəhərində Sülh sarayındakı kitabxanaya Xocalı ilə bağlı kitablar təqdim edilib. Bununla yanaşı, təşkilatın təşəbbüsü ilə Hollandiyanın Keukenhof parkında xrizantema (payızgülü) gülünün “Azəri”, daha iki gülün birinin Şuşa şəhərinin, digərinin isə Xocalının şərəfinə adlandırılması və yetişdirilməsi də bu sahədə görülən işlərdəndir.

2014-cü ildə isə təşkilat fəaliyyətini ümumən Avropada aparmağa qərar verib. Ona görə elə həmin il DufoA Azərbaycanın Avropalı Dostları Mərkəzi (European Center of Azerbaijan Friends) kimi fəaliyyətini davam etdirməyə başlayıb. Eyni zamanda Mərkəzin “www.ecaf.nl ” adlı saytı fəaliyyət göstərir. Azərbaycanın Avropalı Dostları Mərkəzinin sədri Leyla Babayevanın sözlərinə görə Mərkəzin yaranması ilə Avropada mərkəzləşdirilmiş və əlaqələndrilmiş əsasda Azərbaycan lobbiçiliyinin bünövrəsi qoyuldu: “AADM Hollandiyada yaşayan və çalışan, Avropa ictimai-siyasi sisteminin quruluşu ilə yaxından tanış olan, ölkələrdaxili və ölkələrarası mədəni əlaqələr üzrə müxtəlif təşkilatlarla birgə fəaliyyətdə güclü təcrübəyə malik olan, Avropa dövlətlərinin insan haqları, demokratiya, immiqrasiya, inteqrasiya, kommunikasiya, emansipasiyademoqrafik siyasəti haqqında dəfələrlə sosiolojijurnalist tədqiqatları aparan bir neçə fəal ziyalı azərbaycanlı tərəfindən yaradılıb. Belə bir Mərkəzin hazırkı vaxtda bir çox obyektivsubyektiv səbəblərə görə labüd olması faktı onun istiqaməti və hədəf yönümü ilə arqumentləşdirilir”.

 

Qarabağ həqiqətləri haqqında Avropada ictimai fikir formalaşdırılır

Leyla Babayeva deyib ki, Mərkəzin öz qarşısına qoyduğu əsas məqsədlərdən biri Avropada yaşayan azərbaycanlıların yaratdığı təşkilatlara sosial, mədəni, inteqrasiyapartisipasiya məsələləri ətrafında keçirdikləri tədbirlərdə mənəvi və maddi dəstək vermək, onlara bu tədbirlərin oriyentasiyasında, koordinasiyasında, ərsəyə gəlməsində yüksək professionallıqla yadımçı və məsləhətçi olmaq, ən başlıcası isə onların həyata keçirilməsi üçün fondları cəlb etməkdir: “İkinci əsas məqsəd isə Avropa cəmiyyətinin diqqətini qədim tarixə, yüksək mədəniyyətə, dərin mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycanla Avropa ölkələri arasında sosial-mədəni körpülər salmaqdır. Bunun üçün ən gözəl vasitə iki ölkə arasında keçirilən tədbirlərdir. AADM-in qəbul etdiyi qərara əsasən, Avropada Azərbaycan lobbiçiliyinə xidmət edən, Azərbaycan, xüsusən də Qarabağ həqiqətləri haqqında Avropada ictimai fikrin formalaşmasına müsbət təsir edə bilən hər bir təşkilat öz işini irəli sürməsi üçün şans əldə etməlidir. Bu şansı əldə etməkdə onlara yardımçı olmaq üçün AADM Azərbaycan ictimai təşkilatları və fondlar arasında mərkəzi koordinator rolunu oynamağı öz öhdəsinə götürür. Məhz buna görə də AADM öz işini, müstəsna olaraq, hökumət dairələri, müxtəlif Avropa fond təşkilatları və insan haqları institutları ilə qurur. Mərkəz əməkdaşları Avropanın məşhur fond təşkilatları ilə mütəmadi olaraq peşəkar və metodik surətdə əlaqəyə girərək, onların diqqətini Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatlarına cəlb etməyə çalışır”.

Nəzərə çatdıraq ki, 2016-cı ilin dekabr ayında Azərbaycanın Avropalı Dostları Mərkəzi (ECAF) İdarə Heyətinin illik iclasında Xocalı qırğınının 25-ci ildönümünün Niderland Krallığında daha qlobal miqyasda keçirilməsi qərara alınıb. ECAF indiyəcən Hollandiyada misli görünməmiş layihəyə start verib: 2017-ci ilin Hollandiyada “Xocalı ilikimi adlandırılmasına müvəffəq olub. Xocalı faciəsinin 25-ci ildönümünün bütün 2017-ci il ərzində qeyd olunması üçün, əsasən, kolleclərdə, məktəblərdə, gənclər təşkilatlarında yığıncaqlar keçirilib. Bunun üçün ECAF tərəfindən Xocalı anımları siyasətdən tamamilə uzaq olaraq, mədəni, incəsənət və musiqi əsasında qeyd olunub.

Azərbaycanın Avropalı Dostları Mərkəzinin sədri Leyla Babayevanın verdiyi məlumata görə, layihə çərçivəsində növbəti tədbir Hollandiyanın Harlem şəhərində keçirilib. “Ölkələr və bizi birləşdirən ənənələr” adlı tədbirdə şəhərin 6 kollecinin şagirdləri iştirak ediblər. Məktəblər üç sahə: mədəniyyət, adət-ənənələr və tarix üzrə təqdimatlar etmək üçün üç qrupa bölünüblər. Son yeddi ay ərzində hər məktəb səylə bu təqdimatların hazırlanması ilə məşğul olub.

Birinci məktəbin kollektivi Xurşidbanu Natəvan və Belçikanın Vaterloo şəhər parkında onun şərəfinə ucaldılmış abidəsi haqqında məlumat verib. İkinci məktəbin kollektivi də ölkələrimiz arasında bir keçid kimi, Azərbaycanda mövcud olan müxtəlif etnik qruplar, onların din və adət-ənənəlinə olan hörmət və inam haqqında bəhs edib. Bu mərhələdə Azərbaycandakı kilsə və sinaqoqlar haqqında da məlumat verilib. Təqdimatda Qarabağ ərazisindəki Alban kilsələrinin mövcudluğu vurğulanıb.

Üçüncü məktəbin şagirdləri isə tarixi mövzu seçiblər. Onlar Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi və bu yoldan Avropanın, eləcə də hollandların da istifadə etməsindən danışıblar.

Qeyd edək ki, 200-dən çox tamaşaçının iştirak etdiyi təqdimatda “Eurovision” mahnı müsabiqəsində Azərbaycan müğənnilərinin səsləndirdiyi mahnılar da ifa olunub.

Xatırladaq ki, Azərbaycanın Avropalı Dostları Mərkəzinin sədri Leyla Babayevanın iştirakı ilə bir neçə diaspor üzvü bu il Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində Niderland Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının üzvləri ilə görüşüb. Görüşdə niderlandlı parlamentarilər Xocalı soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Qarşılıqlı fikir mübadiləsindən sonra Azərbaycan diasporunun nümayəndələri bu ölkənin parlamentində Xocalı faciəsi ilə bağlı hüquqi qərar qəbul edilməsini xahiş ediblər və soyqırımına dair hazırlanmış petisiyanı təqdim ediblər. Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının vəhşicəsinə öldürülməsi, yüzlərlə qadın və azyaşlı uşağın yaralanması və əsir götürülməsi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT-nin dörd qətnamə qəbul etdiyi vurğulanıb. Leyla Babayeva 2014-cü ildə Niderland parlamentinə təqdim olunmuş analoji petisiyadan söz açıb.

Görüşdə Azərbaycan tərəfini təmsil edən Gövhər Nəzərova, Anne van der Heiden, Anita VermaasNicolette van Tienhoven Xocalı soyqırımından danışaraq, ermənilərin törətdikləri bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıblar. Görüşdə iştirak edən Niderland vətəndaşlarının Xocalı faciəsi ilə bağlı Azərbaycan diaspor nümayəndələri ilə həmrəy olması niderlandlı parlamentarilər - Angelien Eijsink, Harry van Bommel, Michiel Servaes, Han ten BroekeSelcuk Öztürk tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, bu tədbirlər ECAF-ın “Yolumuz Qarabağadır” layihəsi çərçivəsində keçirilir. Ümumilikdə, bu layihə çərçivəsində əsas məqsəd Dağlıq Qarabağla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə subtil yolla çatdırılması, xüsusilə də holland xalqının ictimai-mədəni tarixində gələcək nəsillər üçün arxivləşdirilməsidir.

 

Fuad Hüseynzadə

Palitra 2017.- 26 iyul.- S.11.