“Yaşıl” iqtisadiyyat informasiya iqtisadiyyatının inkişaf mərhələsidir

 

Dünya iqtisadiyyatının modernləşdirilməsinin və innovativ inkişafının əsas məqsədi hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin normal rifah şəraitinin təmin edilməsidir. Bu məsələ Azərbaycandada hazırda formalaşdırılmaqda olan İnformasiya cəmiyyəti və biliklər iqtisadiyyatının prinsipləri əsasında davamlı inkişafın təmini kimi müəyyənləşdirilmişdir. Bu problemin aktuallığını nəzərə alaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İqtisadiyyatın “yaşıllaşdırılması” problemləri və həlli istiqamətləri” mövzusunda müvafiq elmi-tədqiqat işləri həyata keçirilir. Cəmiyyətin bütün sahələrində “yaşıl” iqtisadiyyata keçidin zəruriliyi təsdiq edir ki, onun formalaşmasında təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə diqqət yetirilməlidir. 5 iyun Ümumdünya Ətraf Mühiti Günüdür. Bununla əlaqədar olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev “Palitraya iqtisadiyyatın formalaşması problemləri haqqında müsahibə verib:

– Ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında ekoloji faktorların nəzərə alınmasının zəruriliyi nə ilə izah olunur?

– Ölkənin milli iqtisadiyyatının strateji yol xəritələrində ətraf mühit aspektlərini əhatə edən əsas proqram – “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dairMilli Proqram hələ 2003-cü ildə qəbul edilib. Həmin proqramın məntiqi davamı kimi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər görülür. Azərbaycanda orta hesabla bir vahid ümumi daxili məhsul istehsalı üçün istifadə edilən enerjininemissiya olunan zərərli qazların miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılmalıdır. Azərbaycanda iqtisadiyyatın “yaşıllaşdırılması”, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsi də ciddi məsələlərdəndir.

– “Yaşıl” iqtisadiyyatın mahiyyəti və məzmunu haqqında nə demək olar?

– “Yaşıl” iqtisadiyyat iqtisad elmində son onilliklərdə meydana gəlmiş yeni istiqamətdir. “Yaşıl” iqtisadiyyat təbii mühitin bir hissəsi olan, həmçinin ondan asılı olan bir iqtisadiyyatdır. “Yaşıl” iqtisadiyyatın konsepsiyası iqtisad elmində və fəlsəfədə mövcud olan postmodernizm, resursyönümlü iqtisadiyyat, ekoloji iqtisadiyyat, ətraf mühitin iqtisadiyyatı, yaşıl siyasət və s. kimi bir çox istiqamətlərin ideyalarını özündə birləşdirir.

– OECD, UNEP kimi beynəlxalq təşkilatlar tərəfindən “yaşıl” iqtisadiyyat anlayışı necə qəbul edilir?

– OECD, UNEP kimi beynəlxalq təşkilatlar “yaşıl” inkişafya “yaşıl” iqtisadiyyatı ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal və istehlakını, həmçinin “yaşıl” inkişafa yatırılan investisiyaları nəzərdə tutan bir anlayış kimi qəbul edirlər. Bu baxışda ekoloji davamlılıq təmin edilərkən iqtisadi inkişaf, gəlir artımı, məşğulluq və yoxsulluğun azaldılması amilləri ətraflı şəkildə düşünülür.

Beynəlxalq sənədlərdə “yaşıl” sənaye (green industry), “yaşıl” bazarlar (green markets), “yaşıl” məşğulluq (green jobs) və s. terminlər daha geniş istifadə olunur. Alternativ energetika, elektronəqliyyat, bioloji yanacaqs. kimi ətraf mühitə minimal təsirə malik yeni texnologiyaları nəzərdə tutan “yaşıl” innovasiyalar da tez-tez elmi ədəbiyyatlarda istifadə olunur.

UNEP-in məruzələrində “yaşıl” iqtisadiyyat insanların rifahını yüksəldən və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit üçün riskləri və onun deqradasiyalarını kəskin dərəcədə azaldan iqtisadiyyat kimi təyin olunur. Bu iqtisadiyyat təbii resursların effektiv istifadəsi, təbii kapitalın qorunması və artırılması, çirkləndirmənin azaldılması, ekosistem xidmətlərinin və biomüxtəliflliyin itkisinin qarşısının alınması, gəlirlərin və məşğulluğun artması kimi əsas xüsusiyyətlərə malik olur.

“Yaşıllaşdırma”ya cəmiyyətin və iqtisadi inkişafin yeni mərhələsi kimi baxmaq olarmı?

– XXI əsrin əsas prioriteti olan davamlı və insan potensialına əsaslanan inkişafın təmin edilməsində bilik və bacarığın, bunların əsasını təşkil edən İKT-nin, informasiya cəmiyyətinin qarşısında bir çox problemlər dayanır. Müasir dövrün vacib bir istiqaməti biliyə, elm və qabaqcıl texnologiyalara əsaslanan inkişafa xidmət edə bilən vətəndaşların hazırlanmasıdır. 2009-cu ilin sonunda keçirilmiş qlobal iqlim dəyişikliklərinə və bu proseslərlə əlaqədar olan ekolojiiqtisadi problemlərə həsr edilmiş Dünya sammiti, eləcə də planetin müxtəlif hissələrində müşahidə edilən təbii fəlakətlər göstərdi ki, Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafın təmin edilməsi insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkür, “yaşıl” düşüncə, “yaşıl” intellektdir. “Yaşıl” iqtisadiyyatın formalaşması həm ətraf mühitin qorunmasının, həm də mövcud olan təbii ehtiyatlaramüasir biliyə əsaslanan uzunmüddətli inkişafın təmin edilməsinin əsas yoludur.

– “Yaşıl” iqtisadiyyatın formalaşması ilə əlaqədar Azərbaycandakı vəziyyət necədir?

– Azərbaycanın neft sənayesi ilə yanaşı qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobal iqtisadi inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi qaçılmaz xarakter almışdır. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. Ölkədə 2010-cu ilEkologiya ilielan olunub. Bu istiqamətdə müxtəlif işlər görülmüş, spesifik sahələr üzrə elektron mənbələr hazırlanmış və əhali arasında təbliğat genişlənib. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində çox sayda beynəlxalq konvensiyaları ratifikasiya edibnormativ-hüquqi bazanın inkişafına nail olub. Bu sahədə qanunvericilik Avropanın hüquqi tələblərinə uyğun hazırlanıb. Ölkədə mükəmməl ekoloji siyasətin yürüdülməsi üçün zəmin vardır. RioYohannesburq sammitlərinin qərarlarına uyğun olaraq Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini həyata keçirir. Kənd təsərrüfatı Azərbaycanda əsas məşğulluq mənbəyidir və iqtisadi diversifikasiya üçün vacibdir. Kənd təsərrüfatı həm də ona görə dəyərlidir ki, bu sahə ərzaq təhlükəsizliyi və bölgələrdə yoxsulluğun azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda ekoloji təmiz əkinçiliyi inkişaf etdirmək, onun məhsullarının dünya, xüsusilə Avropa bazarına ixracını genişləndirmək üçün imkanlar genişdir. Azərbaycan hökuməti kənd təsərrüfatına subsidiyalar, lizinq xidmətləri, güzəştli kreditlər və vergi siyasəti formasında yardım edir, geniş əhatəli meliorasiyairriqasiya tədbirləri həyata keçirir.

– “Yaşıl” sənaye iqtisadiyyatından “yaşıl” innovativ informasiya iqtisadiyyatına keçidi necə təsəvvür edirsiniz?

Müasir dövrdə informasiya cəmiyyətinin formalaşması və elektron dövlət quruculuğu prosesi müxtəlif sahələrdə eıektron hökumət texnologiyalarının tətbiqini, əhaliyə göstərilən elektron xidmətlər şəbəkəsinin genişlənməsini nəzərdə tutur. Fikrimcə, informasiya cəmiyyəti və e-dövlət quruculuğu həm də daha geniş miqyasa malik olmaqla, bütünlüklə ölkənin bütün regionlarının, istehsalqeyri-istehsal sahələrinin, yerli bələdiyyə idarəetmə strukturlarının fəaliyyətinin, vətəndaş sektoru qurumlarının fəaliyyətinin informasiyalaşdırılmasını əhatə edir. Ona görə də informasiya cəmiyyəti və e-dövlət quruculuğuna həm də cəmiyyətin makromikro səviyyədə informasiyalaşdırılması prosesi kimi baxmaq olar. Belə olan halda bütövlükdə informasiya cəmiyyəti və e-dövlət quruculuğunda bir çox qabaqlayıcı tədbirlərin həyata keçirilməsi labüddür.

– Şöbənizdəki tədqiqat işinizin ümumi aspektləri və gələcək nəticələri barədə nə deyə bilərsiniz?

–XXI əsrin əsas prioriteti olan davamlı və insan potensialına əsaslanan inkişafın təmin edilməsində bilik və bacarığın, bunların əsasını təşkil edən e-dövlət texnologiyalarının, İKT-nin, informasiya cəmiyyətinin qarşısında bir çox problemlər dayanır. Müasir dövrün vacib bir istiqaməti həm də biliyə, elm və qabaqcıl texnologiyalara əsaslanan inkişafa xidmət edə bilən vətəndaşların hazırlanmasıdır. Qlobal iqlim dəyişikliklərinə və bu proseslərlə əlaqədar olan ekolojiiqtisadi problemlərə həsr edilmiş dünya sammiti, eləcə də planetin müxtəlif hissələrində müşahidə edilən təbii fəlakətlər göstərdi ki, Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafının təmin edilməsi insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkür, “yaşıl” düşüncə, “yaşıl” intellektdir. Ona görə də dünya iqtisadiyyatı ilə inteqrasiyaya meyl edən Azərbaycan iqtisadiyyatı və cəmiyyəti paralel olaraq həm postsənaye iqtisadiyyatının “yaşıllaşdırılması” texnologiyalarından ən səmərəli formada istifadə etməklə qeyri-neft sektorunun inkişafına nail olmaq, həm də ən müasir yeni texnologiyaları izləmək və tətbiq etməklə informasiya cəmiyyəti iqtisadiyyatının özünün də yaşıllaşdırılmasına nail olmalıdır.

 

Palitra  2017.- 6 iyun.- S.13.