Hacı Zeynalabdin Tağıyev Qazaxıstan mətbuatına da yardım göstərib

 

Səbuhi Babayev:

“Qazaxıstanda müasir görüşlü insanlarımızın bir yerə toplanıb işlər görməsi lazımdır ki, gənclərin Azərbaycan haqqında məlumatları olsun

 

Bu gün bir çox ölkələrdə, eləcə də Qazaxıstanda yaşlı diaspor üzvlərinin fəaliyyəti istənilən effekti vermir. Məhz buna görə də yeni nəsil diaspor üzvlərinin önə çıxması artıq zərurətə çevrilib. Hazırda Qazaxıstanda bu missiyanı Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı öz üzərinə götürüb. Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini Səbuhi Babayev öz müsahibəsində gənclərin strateji hədəflərini açıqladı. Qeyd edək ki, Səbuhi Babayev 1973-cü ildə Bakıda doğulub. Hacı Zeynalabdin Tağıyevin Bakıda tikdirdiyi indiki Hüseyn Cavid adına 132 nömrəli məktəbi bitib. Türkiyədə əczaçılıq üzrə ali təhsil alıb. 2005-ci ildən Qazaxıstanın Astana şəhərində yaşayır. Sağlamlıq turizmi sahəsində çalışır. Eyni zamanda diaspor sahəsində də aktivlik göstərir.

- Qazaxıstandakı gənclərimizin diaspor fəaliyyətindən nə kimi gözləntiləriniz var?

- Qazaxıstanda yeni nəsil diasporun yetişməsinə ehtiyac var. Burada ən böyük problemlərdən biri odur ki, gənclər oxumurlar. Gənclərimiz, əsasən, biznes sahəsinə yönəlirlər. Bu da, əsasən, nəyisə alıb satmaqdan ibarətdir. Nəsə istehsal etsələr, inkişaf edib böyük biznesmenə çevrilə bilərlər. Bunu da edə bilmirlər. Ona görə də bizim Qazaxıstandakı gənclər mütləq təhsil almalıdırlar.

-Gənclərin Azərbaycanla bağlı məlumatlılığı hansı səviyyədədir?

-Elə də yüksək səviyyədə deyil. Mən fikir verirəm, gənclər internetdən ancaq toy musiqilərini dinləyirlər. Az-çox idmana da diqqət edirlər. Ancaq elmi nailiyyətlərimizlə maraqlanan yoxdur. Bu da yeni nəslin Vətəndən uzaqlaşmasına aparan yoldur. Bir çox gənc dilimizi bilmir. İncəsənətimizdən, demək olar ki, xəbərləri yoxdur. Bizim tanınmış alimlərimizin çoxunun adını belə, bilmirlər. Burada müasir görüşlü insanlarımızın bir yerə toplanıb işlər görməsi lazımdır ki, gənclərin Azərbaycan haqqında məlumatları olsun. Mən məmnuniyyətlə gənclərin maariflənməsi üçün burada dərslər keçmək istərdim.

-Qazaxıstanda diaspor işində nə kimi reformalar etmək olar?

-Birincisi, maliyyə dayaqları tapmaq lazımdır. Mən çox istərdim ki, Azərbaycandan müəllimlər gəlib gənclərə mədəniyyətimiz haqqında dərs desinlər. Həftədə bir dəfə 10 nəfər gəncə belə dərslər keçirilsə, tədricən böyük nəticə əldə etmək olar. Çünki hər 10 gənc öz ətrafına bu haqda danışsa, məlumatlılıq səviyyəsi artacaq. Belə dərsləri böyük şəhərlərdə və gənclərin xoşuna gələcək formatda keçmək lazımdır.

-Bəs Qazaxıstan-Azərbaycan gəncləri arasında münasibət necədir?

- Ümumiyyətlə, iki xalqın üzvləri bir-birlərini çox sevirlər. Mən burada bir neçə dəfə şahidi olmuşam: qazaxlar məndən millətimi soruşarkən, “azərbaycanlıyam” deyəndə hər zaman onlardan hörmət görmüşəm. Bunu da mən çox yüksək qiymətləndirirəm. Həqiqətən, bizimqardaş” kəlməsini eşidəndə onlarda xüsusi sevinc hissi yaranır. Mən bir tarixi faktı xatırladım, 1911-ci ildə Qazaxıstan ziyalılarından ibarət “Jiqer” adlı qrup yaradılıb. Onlar indiki rəsmi dövlət qəzeti olanEqemenazaxstan” qəzetinin ilk sayını çıxarıblar. Lakin ikinci nömrəni çıxarmağa pul olmur. Qrupun iki üzvü Bakıya gedib H.Z.Tağıyevdən maliyyə yardımı istəyib. H.Z.Tağıyev də o zaman onlara qəzetin birillik çap xərcini qarşılamaq üçün 1000 rubl pul verib. Həmçinin Tağıyev “Qurani-Kərim”dən bir-iki ayə oxuyaraq dua edibonlar vasitəsilə qazax xalqına salam göndərib. Qazaxlar da çox məmnun şəkildə öz ölkələrinə qayıdaraq qəzeti çap ediblər. Yəni demək istəyirəm ki, bizim dostluğumuz və qardaşlığımız tarixin hər anında olub.

Bu gün türkdilli xalqların internet ortamında qrupları var. Artıq bir neçə ildir ki, birgə forumlar, konfranslar s. keçirilir. Ayrıca, ortaq türk dilinin, türk ittifaqının yaradılması məsələsigündəmdədir. Bu kimi planların reallaşması iki xalqın, eləcədə gənclərin daha da yaxınlaşmasına xidmət edir.

-Siz sağlamlıq turizmi ilə məşğulsuz. Bu sahənin kimi özəlliyi var?

-Biz daha çox Türkiyəyə yönəlik işləyirik. Yəni Qazaxıstanda müalicə olunmayan xəstələriTürkiyəyə göndəririk.Türkiyədə bir çox xəstəxanalar kurort yerlərində yerləşdiyi üçün xəstələr orada dincələ bilirlər.

-Bu baxımdan, Azərbaycanla kimi əməkdaşlıq etmək olar?

- Azərbaycanda, ancaq Naftalan Müalicəvi İstirahət Mərkəzi ilə əməkdaşlıq etmək olar. Düzdür, hələ ki, hər hansı əlaqəmiz yoxdur. Amma müraciət olarsa, Azərbaycana da xəstələr göndərmək olar.

-Diasporla bağlı kimi planlarınız var?

-Biz qazaxların Azərbaycan onun mədəniyyəti haqqında dərəcədə məlumatı olub-olmamasını öyrənmək üçün sosioloji sorğu aparmaq istəyirik. Yəni bu sorğunu aparmadan bilə bilmərik ki, bir-birimizi necə tanıyırıq. Eyni sorğunu Azərbaycanda Qazaxıstanla da bağlı etmək olar.

 

Fuad Hüseynzadə

(Bakı-Astana-Bakı)

Palitra $g 2017.- 30 iyun.- S.6.