Alman gəncləri Qarabağ həqiqətlərinə biganə qalmadı

 

Azərbaycan həqiqətləri, xüsusən Qarabağ məsələsinin xaricdə təbliği diasporumuzun əsas hədəfidir. Məlum olduğu kimi, bu günlərdə Xocalı soyqırımının 25 illiyi qeyd olundu. Milli diaspor bu məsələni diqqətdə saxlayaraq çoxsaylı tədbirlər keçirdi. Belə ki, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçirib.

Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Azərbaycan Nyu-York Assosiasiyasının birgə təşkil etdiyi aksiyada Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər nümayiş etdirilib, şüarlar səslənib və Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr yerli əhaliyə paylanılıb. Nyu-York Azərbaycan Evində isə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyevin, nümayəndəliyin əməkdaşları, Azərbaycanın ABŞ-dakı səfirliyinin təmsilçiləri, Nyu-Yorkda fəaliyyət göstərən müxtəlif icmaların nümayəndələri - Türkiyə Amerika Dərnəkləri Federasiyasında Hayal Erdoğan, yəhudi icmasından Yakov AbramovPinkhas Avshalumov, Cefri VerbaxNyu Yorkda yaşayan soydaşlarımız iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova açaraq Xocalı faciəsinin heç zaman unudulmaması üçün həmvətənlərimizin bir olmasının vacibliyini söyləyib. Səfir Yaşar Əliyev də öz çıxışında şəhidlərin Vətən uğrunda canlarından keçməsini Azərbaycan tarixində qürur səhifəsi adlandırıb. Tədbirin sonunda litvalı rejissor Andreas Broksanın çəkdiyi "Sonsuz dəhliz" (Endless corridor) sənədli filmi nümayiş etdirilib.

Florida ştatının Hallandeyl Biç Şəhər Komitəsinin toplantısında da Xocalı qətliamı qurbanlarının xatirəsi anılıb. Şəhərin meri Coy Kuper Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovaya 2017-ci il fevralın 26-nın Hallandeyl Biç şəhərində Xocalı faciəsi qurbanlarının xatirə günü elan edilməsi barədə proklamasiya təqdim edib.

 

Alman gəncləri əllərində plakat Xocalıya ədalət istədilər

Almaniyanın Hagen şəhərinin bir qrup gənci də Xocalı şəhidlərini anıblar. Tədbir Almaniyada yaşayan peşəkar boksçu Ağəli Alışov tərəfindən təşkil olunub. Öncə Xocalı faciəsi ilə bağlı film izlənilib. Sonra Ağəli Alışov alman gənclərinə bu hadisənin necə, nə vaxt, kimlər tərəfindən törədildiyini çatdırıb. O, çıxışında Xocalı soyqırımı zamanı qətlə yetirilən kişi, qadın, eləcə də körpələr haqqında da danışıb. Söhbət əsnasında Ağəli Alışov azərbaycanlıların necə qonaqpərvər və sülhsevər bir millət olduğunu qeyd edib.

Daha sonra tədbir iştirakçıları əllərində plakat şəhərin mərkəzində yürüş ediblər.

Qeyd edək ki, alman gənclərindən bəziləri, hətta sosial şəbəkələrdə yürüşdən şəkilləri öz profillərində paylaşıblar.

Ağəli Alışov “Palitraya bildirib ki, iki ildir Xocalı soyqırımı ilə bağlı tədbir edir: “Almaniya ictimaiyyətinə Xocalıda insanlığa qarşı törədilən vəhşiliyi catdırmağa çalışıram. İlk dəfə olaraq Almaniya gəncləri əllərində plakat Xocalıya ədalət istədilər”

 

Erməni millətçiləri tərəfindən AnadoludaQafqazda xalqlarımıza qarşı törədilən amansız cinayətlər heç vaxt unudulmayacaq

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun və Ərdahan Universitetinin təşkilatçılığı ilə də anma mərasimi keçirilib. Universitetdə təşkil olunan mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, universitetin rektoru Mehmet Biber, professor Şurəddin Məmmədli və AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eləcə də Xocalı soyqırımı barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, erməni millətçiləri tərəfindən AnadoludaQafqazda xalqlarımıza qarşı törədilən amansız cinayətlər, terror aktları, siyasət və dövlət xadimlərinə edilən sui-qəsdlər heç vaxt unudulmayacaq. Tarix boyu dəyişən ictimai-siyasi şəraitdən hiyləgər niyyətləri üçün istifadə etməyə çalışan ermənilər XX əsrin əvvəlində olduğu kimi, ötən əsrin sonunda da terrorqanunsuz silahlı dəstələr yaratmaqla bəd niyyətlərini gerçəkləşdirməyə çalışıblar. Xocalı soyqırımı bu çirkin məqsədlərin davamı olaraq törədilib.

Çıxışlarda əminliklə ifadə olunub ki, Azərbaycan və Türkiyə xalqlarının ümumi düşmənə qarşı birgə mübarizəsi Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması, eləcə də Türkiyəyə qarşı yürüdülən əsassız “erməni soyqırımı” iddiasının aradan qaldırılmasına təsirini göstərəcək.

 

Qarabağla

kifayətlənmədilər”

Xocalı soyqırımı Türkiyə mediasının gündəmində də olub. Türkiyənin nüfuzluYeni çağ” qəzetində Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc olunub. Qarabağla kifayətlənmədilər”, “Gizlin silahlanma” və “İşğal üçün zəmin yaratmaq” yarımbaşlıqları ilə bədnam erməni şovinistlərinin xislətindən irəli gələn xəyanətkarlıq, o cümlədən Xocalı soyqırımının törədilməsinin məqsədi və dəhşətli nəticələri barədə türkdilli oxuculara müfəssəl məlumat verilir. Xocalı soyqırımı törədilərkən əsir və girov götürülən vətəndaşlarımızın böyük bir qisminin taleyi barədə hələ də düşmən tərəfindən məlumat alınmadığını qeyd edən baş konsul erməni millətçi dairələrinin XIX əsrin sonlarından başlayaraq, QafqazdaAnadoluda müsəlman-türk əhaliyə qarşı törətdikləri cinayətlərdən bəhs edir.

Məqalədə diqqətə çatdırılır ki, 1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən erməni vandalları 1918-ci ilin mart-aprel aylarında daha da azğınlaşaraq, Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində on minlərlə günahsız insanı qətlə yetiriblər. Bu həqiqətlər uzun zaman kəsiyində dünya ictimaiyyətindən gizlədilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra tarixi ədalətsizlik aradan qaldırıldı və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olundu, Xocalı faciəsinə Milli Məclis tərəfindən hüquqi-siyasi qiymət verildi.

Məqalədə, həmçinin qeyd olunur ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı tarix boyu törətdikləri soyqırımların davamıdır. Təcavüzkar Ermənistanın kriminal rəhbərliyi uydurma “erməni soyqırımı” mövzusunu gündəmdə saxlamaqla, Türkiyəyə qarşı əsassız iddialarını davam etdirməkdədir. Halbuki həmin şəxslər Xocalı soyqırımını törətməklə və bunu özləri də etiraf etməklə, əslində, “erməni soyqırımı”nın uydurma olduğunu təsdiqləyirlər. Müəllif məqalədə erməni terror təşkilatlarının Türkiyədə, həmçinin ayrı-ayrı ölkələrdə türk diplomatlarına qarşı törətdikləri terror aktlarını da oxucuların diqqətinə çatdırır.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Küveytin “Əl-Biləd” internet portalında da baş direktor Ziyad Sanianın “Xocalı soyqırımı şəhidlərinin xatirəsinə” başlıqlı məqaləsi nəşr edilib. Müəllif bildirir ki, oxuduqlarım, yaşadıqlarım, şahidi olduğum müharibələr və etnik soyqırımlarına baxmayaraq, ermənilərin günahsız insanları, 5-6 yaşındakı uşaqları vəhşiliklə qətlə yetirmələri alman faşistlərinin törətdikləri cinayətlərin yanında, cinayət lüğətində kiçik bir sətrə bənzəyir.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-3 mart.-S.11.