Kaspşikin ofisi niyə genişləndirilməyib?

 

“Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmadan ATƏT müşahidəçilərinin təmas xəttində yerləşdirilməsi status-kvonun möhkəmlənməsinə və münaqişənin uzanmasına yol aça bilər”

 

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas şərt Ermənistan qoşunlarının işğal altındakı Azərbaycan torpaqlarını azad etməsidir. Yəni münaqişəni həll etmək, hansısa prosesə başlamaq üçün işğal faktına son qoyulmalıdır. Ermənistan siyasi dairələri elə bu səbəbdən diqqəti əsas məsələdən yayındırmağa, müxtəlif variantlara əl atmağı çalışır. Aprel döyüşlərindən sonra VyanaSankt-Peterburqda keçirilən yüksək səviyyəli görüşlərdən sonra danışıqlarda müəyyən irəliləyiş olacağı gözlənilirdi. Amma yenə də Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi, məsələnin mahiyyətini təhrif etməsi səbəbindən danışıqlar dayanıb. Ermənistan tərəfi tez-tez həmin danışıqlara istinad edərək təmas xəttində araşdırma missiyası yerləşdirılməsindən, ATƏT-in şəxsi nümayəndəsi Kaspşikin mandatının genişləndirilməsindən dəm vurur. Əslində, məsələ tam fərqlidir. Belə ki, Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin münaqişənin həlli ilə bağlı substantiv danışıqların aparılmasının vacibliyinə dair ATƏT Daimi Şurasına müraciətində bəzi məqamlara aydınlıq gətirilib. Müraciətdə qeyd edilir ki, ötən ilin mayiyun aylarında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişənin həllində vasitəçilik səylərini kəskin artırmışdı. Ötən il tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yekunlaşdırılması ilə bağlı razılığa gəlib: Lakin Sankt-Peterburq görüşündə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar araşdırma mexanizmlərinin yekunlaşması bir qədər sonrakı mərhələyə təxirə salındı. Hər iki görüşdə tərəflər münaqişənin hərtərəfli həlli ilə bağlı danışıqlar aparmaq barədə razılığa gəldilər. 2016-cı il iyulun 20-də Azərbaycan mandatın və fəaliyyət şəklinin dəyişdirilməyəcəyi halda, ofisin genişləndirilməsi ilə bağlı təkliflərini təqdim etdi, bununla da yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı siyasi iradə və hazırlıq nümayiş etdirdi. Təəssüf ki, biz sonralar təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı qəbuledilməz elementlərlə üzləşdik. Bu isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin üsulunun dəyişdirilməsi deməkdir və prezidentlər səviyyəsində əldə olunmuş razılaşmalara uyğun deyil. Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmadan ATƏT müşahidəçilərinin təmas xəttində yerləşdirilməsi status-kvonun möhkəmlənməsinə və münaqişənin uzanmasına yol aça bilər. Azərbaycan bu kimi təhlükəli irəliləyişi qəbul edə bilməz, belə ki, bu addım bütünlükdə Minsk prosesinin məqsədlərinə ziddir. Nəticədə ofisin genişləndirilməsi məsələsi yekunlaşmadı. Ermənistan isə bu vəziyyətdən substantiv müzakirələrdən boyun qaçırmasını əsaslandırmaq üçün istifadə etməyə başladı”. Müraciətdə qeyd olunur ki, ofisin genişləndirilməməsinə baxmayaraq, təmas xəttində vəziyyət bir neçə ay sakit olub: “Daha sonra Ermənistanın substantiv danışıqlardan imtina etməsi təmas xəttində təxribatçı addımlarla müşayiət olundu. Ermənistan rəhbərliyinin revanşist bəyanatları, təmas xəttində hərbi təlimlər və təxribatlar onu göstərir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil”.

 

Zaxarova:

"Razılaşmalara əməl edilməsi Qarabağ münaqişənin dayanıqlı həllinə nail olunması baxımından vacibdir"

Göründüyü kimi, Ermənistan tərəfi danışıqları pozmaq üçün bütün vasitələrə əl atır. Prezidentlər səviyyəsində VyanaSankt-Peterburqda əldə edilən razılaşmalar da məhz İrəvanın ucbatından reallaşmır. Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova dünən keçirdiyi brifinqdə də əldə edilən razılaşmalara toxunubonlara əməl edilməsinin vacibliyini qeyd edib. O qeyd edib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərini davam etdirmək niyyətindədir.

 

“Təəssüf ki, biz sonralar təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı qəbuledilməz elementlərlə üzləşdik. Bu isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin üsulunun dəyişdirilməsi deməkdir və prezidentlər səviyyəsində əldə olunmuş razılaşmalara uyğun deyil

 

 

Mariya Zaxarova ənənəvi brifinqdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə edilən bütün razılaşmalara əməl edilməsi münaqişənin dayanıqlı həllinə nail olunması baxımından vacibdir: “Münaqişə ilə bağlı Rusiya, Fransa və ABŞ prezidentlərinin indiyə kimi verdikləri birgə bəyanatlarında göstərilir ki, münaqişənin hərbi yolla həlli yoxdur və həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentlərini münaqişəni güc tətbiq etməmək, ərazi bütövlü və xalqların öz müqəddəratını təyin etmək hüququ vermək yolu ilə həll etməyə çağırır. Üçtərəfli formatda davam etdirilən səylərlə yanaşı, Azərbaycan və Ermənistanla sıx münasibətlərini nəzərə alaraq Rusiya müstəqil səylərini davam etdirəcək. 1994-cü ildə atəşkəsin elan olunması barədə sənəd məhz Rusiyanın təşəbbüsü ilə imzalanıb. 2016-cı ilin aprelində təmas xəttində atəşkəsin bərpası da məhz Rusiya tərəfinin səyi nəticəsində mümkün olub”.

 

“Belə bəyanatın verilməsi Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını bir daha ortaya qoyur

Əldə edilən bütün razılaşmaları pozan, müharibəyə çağırışları edən tərəf işğalçı Ermənistandır. Buna görə də həmsədrlər tərəfindən Ermənistana ciddi şəkildə təzyiq edilməlidir. Ermənistan prezidenti Serj Sərkisyanın son Fransa səfəri çərçivəsində “Frans Press”ə verdiyi müsahibə də bu qəbildəndir. Buna etiraz edən Ermənistan-Azərbaycan Sülh Platforması dövlət rəsmilərini çıxışlarında müharibə çağırışlarına son qoymağa çağırıb. Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Ermənistan prezidenti Serj Sərkisyanın “Frans-Press” agentliyinə açıqlamasında əksini tapan müharibə ritorikası Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada bilər. Sülh Platforması hesab edir ki, dövlət rəhbəri səviyyəsində belə bəyanatın verilməsi Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını bir daha ortaya qoyur: Biz Ermənistan-Azərbaycan Sülh Platforması olaraq dövlət başçısının müharibə bəyanatı verməsini qəbuledilməz sayırıq və bilirik ki, belə hallar məqsədindən asılı olmayaraq insanlarda düşmənçilik və nifrət hislərinin artmasına səbəb olur. Bu da öz növbəsində sülh prosesinə ciddi təhlükə yaradır. Hesab edirik ki, dövlət rəhbərinin münaqişənin həlli ilə bağlı çıxışları ciddikonkret məsələlər üzrə aparılmalı olan danışıqların konstruktivlik aurasını qorumalıdır. Eyni zamanda Rusiyada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı danışıqların dayandırılması səbəbləri haqqında səsləndirdiyi fikir bizdə çox ciddi narahatçılıq yaradır. Çünki sülh danışıqlarına ara verilən zaman silahların səsi daha gur eşidilir. Bu isə bütün region üçün böyük təhlükə və humanitar böhran deməkdir. Baş verə biləcək müharibə insan itkiləri ilə müşahidə olunan böyük faciələrə gətirib çıxarır ki, bu da münaqişənin həllini daha da çətinləşdirərək gələcək birgə yaşayış imkanlarını sıfıra endirir. Ermənistan-Azərbaycan Sülh Platforması olaraq yuxarıda qeyd olunan səbəbləri əsas götürərək dövlət rəsmilərini hərbi ritorikaya son qoymağa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu həmsədrlərini danışıqların bərpa olunması üçün səylərin artırılmasına səsləyirik. Həmçinin ATƏT-in Minsk qrupunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qoşunların təmas xəttində yarana biləcək istənilən hərbi eskalasiyanın qarşısını almaq məqsədi ilə əvvəlcədən mandatlarına uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə çağırırıq”.

 

A.Miriyev

Palitra.-2017.-11 mart.-S.7.