Fransalı senatorlar Cocuq Mərcanlı Horadizdə olublar

 

“Biz Azərbaycanı yaxından tanıyan insanlar kimi, Azərbaycanın haqq işinə dəstək verəcəyik

 

Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın ermənilər tərəfindən işğal olunması faktının dünya ictimaiyyətinə çatdırılması ən mühüm amillərdən biridir. Bu istiqamətdə davamlı olaraq həyata keçirilən tədbirlər bu gün davam edir. Ölkə başçısının sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin dünya ictimaiyyətinə tanıdılması ilə bağlı müvafiq işlər görülür.

 

 

Bu məqsədlə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub ki, 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verilib. Bundan başqa, Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələrinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub ki, 30 nəfərə yaxın media nümayəndəsinə burada mövcud vəziyyətlə bağlı məlumat çatdırılıb. Bu günlərdə ölkəmizdə səfərdə olan Fransa tərəfdən Senatın Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti Cocuq Mərcanlıda olub.

 

Fransalı senatorlar məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar

Ölkəmizdə səfərdə olan Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaradılan şəraitlə tanış olublar. Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir qaçqın məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımızın həyat şəraiti ilə tanış olduqlarına görə qonaqlara təşəkkürünü bildirib.

Məlumat verilib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Proqramı ona əlavələr təsdiq edilib. Azərbaycan hökuməti tərəfindən indiyədək məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik 95 yaşayış kompleksi salınıb, 50 min ailənin ya 250 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Qaçqın məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə təxminən 6 milyard ABŞ dollarından çox vəsait sərf olunub. F.Hüseynov, həmçinin diqqətə çatdırıb ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində münaqişə həll olunmadığından bu gün on millərlə soydaşımız hələ yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda ağır şəraitdə yaşayırlar. Onların mənzil problemlərinin həlli istiqamətində Azərbaycan dövləti mərhələli şəkildə tədbirlər həyata keçirir.

Fransalı senatorlar 540 yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə tanış olub, Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına 280 yerlik uşaq bağçasında təhsil alan balacaların əl işlərinə baxıblar.

Senatorlar məhəllədə məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə maraqlanıblar. Zəngilandan olan məcburi köçkün Vəli Quliyevin mənzilində çay süfrəsi ətrafında söhbət zamanı qonaqların diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan dövləti qaçqın məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bütün bunlara baxmayaraq, məcburi köçkünlər doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar. Onlar əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu arzuları tezliklə reallaşacaq.

Məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olan fransalı qonaqlar münaqişənin sülh yolu ilə həllinə ümid etdiklərini bildiriblər. Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti Horadiz şəhərinə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Əvvəlcə Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, Azərbaycan Respublikası Prezidentinin kəndin bərpası haqqında sərəncamına əsasən ərazidə aparılan minalardan təmizləmə tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin digər infrastrukturun tikintisi bərpası nəzərdə tutulur. Kənddə aparılan tikinti-quruculuq işlərini müşahidə edən fransalı qonaqlar münaqişənin sülh yolu ilə həllinə ümid bəslədiklərini bildiriblər.

Sonra Horadiz şəhərinə gələn nümayəndə heyətinə Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən minaatanlardan da istifadə etməklə atəşkəs rejimini pozmaları barədə məlumat verilib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, düşmən atəşlərinə baxmayaraq, rayonda həyat öz axarı ilə davam edir. Sakinlər gündəlik məişət qayğıları təsərrüfat işləri ilə məşğul olurlar.

Diqqətə çatdırılıb ki, Cocuq Mərcanlı kəndi kimi, Horadiz şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunaraq dağıdılmışdı. 1994-cü ildə şəhər işğaldan azad edildikdən sonra burada geniş bərpa-yenidənqurma, abadlıq-quruculuq işləri aparılıb. Görülən işlər sayəsində Horadiz bu gün gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilib. İndi Horadiz Fransanın Altkirch şəhəri ilə qardaşlaşmış şəhərdir.

 

Fransalı senator:

Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir

Onu da qeyd edək ki, dünən Milli Məclisdə Fransa Senatının dostluq qrupunun üzvləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən deputatlar Cavanşir Feyziyev, Səməd Seyidov, Fransa tərəfdən isə Senatın Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar, qrupun üzvü Natalie Qule və digərləri iştirak ediblər. C. Feyziyev iki ölkə arasında münasibətlərin inkişafından, Dağlıq Qarabağ münaqişəsindən danışıb. A. Reyşar isə bildirib ki, Fransa Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişə olduğunu başa düşür: “Bizim, burada əyləşən şəxslərin hər birinin, artıq bu barədə yetərincə məlumatı var. Biz Azərbaycanı yaxından tanıyan insanlar kimi Azərbaycanın haqq işinə dəstək verəcəyik. Azərbaycanın torpaqları işğal olunub. Yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Ancaq hansı yolla olur olsun, bu torpaqlar geri qaytarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Azərbaycan öz torpaqları üzərində nəzarəti bərpa etməlidir. Ötən ilin aprel ayında baş verən hücumlar artıq narahatlığın pik həddə olduğunu göstərir. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.

 

Senator:

Fransa dövləti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır”

Fransa Senatının üzvü, parlamentin Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bəzi fransız senatorların işğal olunmuş Dağlıq Qarabağa səfərlərini tənqid edib. Milli Məclisdə keçirilən mətbuat konfransında A. Reyşar bildirib ki, Fransa dövləti və rəsmi qurumları Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşır. Bəzi həmkarlarının Dağlıq Qarabağa səfərlərinin qanuna zidd olduğunu söyləyən senator qeyd edib ki, beynəlxalq qanunlara əsasən Azərbaycanın sərhədlərinə hörmətlə yanaşmaq hər kəsin borcudur: “Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmalıdır”. A. Reyşar onu da əlavə edib ki, onlar səfər çərçivəsində cəbhədə, Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində olublar və vəziyyətin hazırkı durumu onları ciddi narahat edir: “Biz münaqişənin tez bir zamanda həll olunmasını istəyirik”.

Nigar Abdullayeva

Palitra.-2017.-14 mart.-S.11.