“Azərbaycanın brend məhsullarını Arxangelskdə görmək istəyirik”

 

Tərlan Qasımov: “Əsas məqsədimiz Arxangelskdə böyüməkdə olan gənc nəslə adət-ənənəmizi aşılamaqdır”

 

Son zamanlar Rusiya Federasiyasının bir çox regionu kimi, Arxangelskdə də milli diasporun aktiv fəaliyyəti özünü göstərir. Bu fəallığa “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı səbəb olub. “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımovla vətəndə ikən görüşüb həmsöhbət olduq. Qeyd edək ki, T.Qasımov 1974-cü ildə Ucar rayonunda anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan İctimai-Siyasi Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995-1997-ci illərdə Ucar rayon Pambıqtəmizləmə zavodunda hüquqşünas işləyib.1997-ci ildən taleyini Arxangelsk şəhərinə bağlayıb.

- Arxangelskdəki azərbaycanlılar diaspor olaraq formalaşıblarmı?

- Azərbaycanlıların Arxangelsk vilayətində diaspor kimi formalaşmasının tarixi 1973-cü ildən başlayır. 1973-78-ci illərdə Rusiyanın bu şimal-qərb vilayətində ərzaq tərəvəz çatışmazlığı baş verib. Həmin zaman Azərbaycan Arxangelsk vilayətini hamiliyə götürüb. Azərbaycan o zaman 5 il müddətinə Arxangelsk vilayətini kənd təsərrüfatı məhsulları ilə təmin edib. 1975-ci ildə isə Azərbaycandan Arxangelsk vilayətinə tələbə-inşaat dəstəsi gedib. On minlərlə azərbaycanlı orada tələbə-inşaat dəstəsində işləyib. Onlardan geriyə qayıdan da, qalan da var. Hazırda Arxangelsk vilayətindəki azərbaycanlıların 80 faizi biznes fəaliyyəti ilə məşğuldur. 20 faizi isə dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışır.

-Azərbaycanla bağlı hansı tədbirlər keçirirsiz?

-Diaspor olaraq fəaliyyət göstərdiyimiz müddətdə çalışmışıq ki, xalqımızın adını ön sıralarda tutaq. Ötən il 9 May - faşizm üzərində Qələbə Günü paradda 123 Sovet İttifaqı Qəhrəmanının plakatı əlimizdəÖlməz alay”la yürüşə çıxmışdıq. Həmin yürüşdə 500 nəfərə yaxın azərbaycanlı iştirak edirdi. Bu addımımız yerli hakimiyyət tərəfindən çox yüksək qiymətləndirildi. Bundan qıcıqlanan ermənilər vilayətin administrasiyasına gedib bizdən şikayət etdilər ki, niyə azərbaycanlılar bu paradda öz bayraqları ilə iştirak ediblər. Sonra bu məsələyə görə məni administrasiyaya çağırdılar. Mən orda dedim ki, əgər buna etirazları varsa, mən öz səfirliyimizin nümayəndəsini dəvət edim, onunla danışsınlar. Qeyd etdim ki, Böyük Vətən müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu Azərbaycanın payına düşüb. Bildirdim ki, həmin müharibədə 300 minə yaxın şəhidimiz olub buna görə bizim buna haqqımız var. Bundan sonra yerli hakimiyyət erməniləri yerlərinə oturtdu. Bununla biz ermənilərə öz yerlərini göstərdik. Bu gün onların Arxangelskdə varlığı bilinmir.

Biz diaspor olaraq Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun 2016-cı ildə Azərbaycana 3 günlük səfərini təşkil etmişik. Qubernator 2016-cı il 1 noyabrda Bakıda keçirilən VII Azərbaycan–Rusiya Regionlararası Forumunda iştirak etdi. Səfər çərçivəsində qubernatorun Baş nazir Artur Rasizadə, mədəniyyət turizm naziri Əbulfəs Qarayev, kənd təsərrüfatı naziri Heydər Əsədov b. rəsmilərlə görüşü oldu. Artıq bu gün qubernator bütün vilayət görüşlərində vurğulayır ki, Azərbaycan bizə çox yaxın ölkədir.

Bu gün biz Mədəniyyət Turizm Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində işləmək istəyirik. Arxangelsk vilayətində həddindən artıq balıq, meşə ehtiyatı var. Halbuki hər iki sahə bizim respublika üçün aktualdır.

Ötən il dekabr ayının 2-4-də Arxangelskdə böyük Nərd çempionatı keçirdik. Xeyriyyə məqsədilə keçirilən bu çempionatdan əldə olunan vəsaitlə şəkərli diabet xəstəsi olan bir uşaq üçün tibbi cihaz aldıq.

-Azərbaycanın ali məktəblərinin Arxangelskdəki universitetlərlə təhsil mübadiləsi etməsi dərəcədə mümkündür?

-Rusiyanın 9 federal subyektində federal universitet var. Onlardan biri Arxangelskdədir-Lomonosov adına Şimal Federativ Arktika Universiteti. Biz dəfələrlə təhsil nazirinə qarşılıqlı əməkdaşlıq üçün məktub ünvanlamışıq. Arxangelskdə həmyerlilərimizin ali təhsil alması üçün münbit şərait var. Bu şərait ondan ibarətdir ki, xarici vətəndaşlar üçün yeni yataqxana istifadəyə verilib. Hətta xarici ölkə vətəndaşlarının belə, ora yüksək balla qəbul olub ödənişsiz təhsil alması mümkündür.

Mən ötən ilin dekabrında Azərbaycana gələrkən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşdüm. Ona Şimal Federativ Arktika Universiteti rektorunun məktubunu təqdim etdim. Qarşılığında Abel müəllim həm məktub, həm memorandum göndərdi. O memorandumun detalları işlənilib hazırlanıb.

Şimal Federativ Arktika Universitetinin norveçlilərlə birgə layihəsi var. 6 ay Norveçdə, 6 ay isə Arxangelskdə təhsil alıb ikili diplom alırsan. Bizm marağımızdadır ki, bu layihəyə Azərbaycan da qoşulsun üçtərəfli diplom olsun. Budəfəki gəlişimdə Abel müəllimlə görüşüb üçtərəfli diplom məsələsini müzakirə etdik. Qeyd edim ki, Abel müəllimin may ayında Arxangelskə səfəri gözlənilir.

-Digər diaspor təşkilatları ilə əlaqələriniz varmı?

-Mən bu yaxınlarda Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Fazil Qurbanovla görüşmüşəm. Görüşümüz qarşılıqlı anlaşma şəraitində keçib. ÜAK-ın şöbəsi olmasaq da, onlarla aktiv əməkdaşlığımız var.

-Arxangelskdəki gənclərimiz elitar təbəqə ilə işləyə bilirmi?

- Bu gün Arxangelsk vilayətindəki Şimal Federativ Arktika Universiteti Şimal Dövlət Tibb Universitetində 50-də çox azərbaycanlı gənc təhsil alır. Həmin tələbələr Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatında (RAGT) cəmləşiblər. Arxangelsk vilayətində RAGT-in filialı var. Bu yaxınlarda RAGT-in Moskvada VI forumu oldu. Orda bizim üç nəfər nümayəndəmiz iştirak etdi. Sevindirici haldır ki, həmin iştirakçılardan iki nəfəri RAGT-in sədri Leyla Əliyevanın əlaçılar üçün təsis etdiyi təqaüd alır.

Gənc nəsil orada hüquq-mühafizə orqanları, neft sənayesi, səhiyyə s. sahələrdə çalışır. Bu gün artıq azərbaycanlılar Arxangelskdə, sözün əsl mənasında, statusa malik olan xalq kimi fəaliyyət göstərirlər. Artıq onlarbazar”lardan ev”lərə çəkiliblər.

- Mümkünsə, gələcək planlarınızı açıqlayardınız.

-Hər şeydən əvvəl, 2017-ci ildə biz səfirliyimiz konsulluqla qarşılıqlı razılaşma əsasında Arxangelsk vilayətində Azərbaycan Mədəniyyəti Günlərini keçirməyi planlaşdırırıq. Artıq bu planlar çərçivəsində ilk qaranquşlar pərvazlandı. Bu ilin 16 martında biz min nəfərlik bir arenada Novruz bayramı tədbiri keçirdik. Həmin tədbirdə Azərbaycandan gələn incəsənət nümayəndələri ilə Arxangelskdə fəaliyyət göstərən “Sever-Vostokansamblının rəhbəri Cavanşir Kazımovun iştirakı ilə konsert proqramı oldu. Həmin konsertdə rus folklorunun nümayəndələri olanNənələrqrupunun iştirakı ilə Cavanşir Kazımovun dueti səsləndi. Bu duetdəMuleylimahnısını ruslar Azərbaycan dilində oxudular.

Həmçinin Arxangelsk vilayətinin tam mərkəzində Novruz tonqalı qaladıq. Arxangelsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin şəhər administrasiyanın razılığı ilə biz bu tonqalı qaladıq. Həmin tonqalın yanması Azərbaycan Prezidentinə, dövlətinə, eləcə bizim diaspor təşkilatımıza hörmət ehtiramın nəticəsidir.

Əsas məqsədimiz böyüməkdə olan gənc nəslə adət-ənənəmizi aşılamaqdır. Belə tədbirlərlə biz milli-mənəvi dəyərlərimizi bir daha onlara əyani şəkildə göstəririk. Eyni zamanda yerli ictimaiyyətə öz mədəniyyətimizdən nümunələr göstəririk. Ən əsas məqsədimiz Novruz bayramını hər il vilayət miqyasında qeyd etməkdir. Buna görə bizə Azərbaycandan dəstək lazımdır. Yəni incəsənət xadimləri gəlib orda mədəniyyətimizi təbliğ etsinlər. Bunun maliyyə xərclərinin müəyyən hissəsini biz öz üzərimizə götürürük. Yerli hakimiyyət bu tədbirlərin keçirilməsinə dəstək verməyə hazırdır.

Növbəti işimiz olaraq Arxangelsk şairlərinin Azərbaycanda iki dildə kitabı çap olunacaq. Bu kitabda 10-a yaxın şairin poetik nümunələri artıq rus dilindən Azərbaycan dilinə tərcümə olunub. Həmin kitabın Arxangelskdə təqdimatı Azərbaycanın Respublika Günü ərəfəsində olacaq.

Yuxarıda qeyd etdiyim forumun nəticələrini biz Arxangelskdə görmək istəyirik. Düzdür, forumdan sonra bizim diasporaƏrzaq məhsullarının Tədarükü Təchizatı” ASC-dən əməkdaşlıq təklifi gəlib. Onlar Arxangelskdə Azərbaycan məhsullarının satışını təşkil etmək istəyirlər. Hazırda Arxangelskdə mağaza, dükan, marketlərdə meyvə-tərəvəz istisna olmaqla, bir dənə olsun Azərbaycan məhsulu yoxdur. Biz may ayında Azərbaycan-Arxangelsk biznes-forumunu keçirməyi qarşımıza məqsəd qoymuşuq. Ümid edirəm ki, bu forumdan sonra Azərbaycanın brend məhsulları Arxangelsk vitrinlərində öz əksini tapacaq.

Arxangelsk vilayətinin Severvidinsk şəhərində Rusiyanın Milli Qəhrəmanı, həmyerlimiz Davud Paşayev 20 il Sualtı atom qayıqları istehsal edən zavodun direktoru olub. Artıq 10 ildir o rəhmətə gedib. Onun adı orada əbədiləşdirilib. Aprelin 6-da onun anım günüdür. Bizim bütün diaspor fəalları onun anım tədbirinə qatılacaqlar.

Fuad Hüseynzadə

Palitra.-2017.-31 mart.-S.6.