Mədəniyyətlərin qovuşduğu Avropa mərkəzi

 

Yaxud Macarıstanın gözəl təbiəti, zəngin tarixi və rəngarəng turizm imklanları barədə nə bilirik?

 

Mart ayının ortalarında Macarıstana ezamiyyət səfərimiz bir sıra maraqlı məqamları ilə yadda qaldı. Bu baxımdan təəssüratlarımızı oxucularla bölüşmək istədik.

Öncə qeyd edək ki, olduqca gözəl təbiətə, tarixi abidələrə, zəngin və eyni zamanda keşməkeşli tarixə malik olan Macarıstan Avropanın tən ortasında yerləşən, şimaldan dağlarla əhatələnən düzən ərazidə yerləşir. Ölkənin qədim tarixə malik memarlıq abidələri, teatr və muzeyləri ilə bir neçə gün ərzində əyani olaraq tanış olmaq praktiki olaraq mümkün deyil. Bunun üçün hər məqamda xüsusi turlara və peşəkar gidlərə ehtiyac duyulur. Macarıstanı Avropanın ən böyük düzənlik ərazisinə və otlaqlarına malik ölkə də adlandırmaq olar. Məhz bu xüsusiyyətinə görə də tarixi Macarıstan ərazisi həmişə müxtəlif tayfaları, xüsusilə Şərqdən gələn döyüşkən köçəri xalqları özünə cəlb edib. Ölkənin indiki ərazisi Azərbaycan ərazisindən, təxminən bir qədər böyükdür - 93,028 min kvardatkilometr. Şimaldan cənuba 250 km, şərqdən qərbə 524 km uzanan ölkə Qərbdən Avstriya, cənub və cənub-qərbdən Serbiya, XorvatiyaSloveniya, cənub-şərqdən Rumıniya, şimal-şərqdən Ukrayna, şimaldan isə Slovakiya ilə həmsərhəddir. Hazırkı Macarıstan tarixi Macarıstanın çox kiçik bir hissəsidir - 1920-ci ildə bağlanmış Trayan müqaviləsinə görə, ölkə ərazisinin 71 faizindən çoxunu, əhalisinin 58, 5 faizini, macar əhalisinin isə 32 faizini itirib. Ölkə İkinci Dünya müharibəsi ərəfəsində itirilmiş ərazilərinin böyük bir hissəsini geri alsa da, İkinci Dünya müharibəsinin nəticələrinə görə yenidən həmin əraziləri əldən verib. Məsələn,Transilvaniya kimi vilayət etnik macarların çoxluq təşkil etdiyi tarixi Macarıstan ərazisi olsa da, bu gün Rumıniyanın tərkibindədir. Ölkənin şimalı Karpat dağlarına söykənir, DunayTisza kimi çaylar Macarıstan ərazisindən keçir. Bundan başqa, Mərkəzi Avropanın ən böyük şirin su gölü olan və “Macar dənizi” adlandırılan Balaton, həmçinin Velens, Fetto kimi göllər də füsunkar təbiət inciləri kimi qeyd edilə bilər. Ölkənin ən böyük təbii sərvəti isə onun bərəkətli torpaqları hesab olunur. Ölkə ərazisinin 70 faizi kənd təsərrüfatı üçün yararlıdır, Macarlar orta boydan hündür, daha çox sarışın(əsasən, mərkəzi şəhərlərdə), çox danışan və az hərəkət edən xalq kimi xarakterizə olunsa da, ölkənin tarixində “hərəkətliliyin” çox olduğunu söyləmək mümkündür. Qeyd etdiyimiz kimi, bu yerlərə tarixi köçlər çox olub. Hunlar, avarlar, madyarlar(macarlar), hətta peçeneq və qıpçaqlar buralara basqınlar edərək dövlətlərini və ya xanlıqlarını qurublar. Bu baxımdan əhalinin genetik tərkibi və eləcə də mədəniyyətini də rəngarəng saymaq olar. Həmçinin ölkənin tarixində baş verən burulğanlar, müxtəlif dövlətlər və hakim xalqların, sülalələrin bir-birini əvəzləməsi buradakı tarixi abidələrdə, vilayətlərdə öz dərin izlərini qoyub. Bu baxımdan Macarıstan həm də turistlər üçün olduqca böyük maraq kəsb edən nəhəng bir tarixmuzeyidir. Burada qədim romalılardan və hunlardan tutmuş, Habsburqlar sülaləsinə qədər və daha sonrakı tarixin zəngin maddi-mədəni irsini əyani olaraq görmək imkanı genişdir. Bu baxımdan, Macarıstan erkən orta əsrlərdən Şərqlə Qərbin qovuşduğu, yaxud toqquşduğu ən bariz nümunələrdən biri kimi göz önündə canlanmış olur. Bununla belə, macarların əksəriyyəti katolik olmaqla özlərini Avropa ailəsinin üzvü sayır. Macarıstan 2004-cü ildən Avropa Birliyinin üzvüdür, 2007-ci ildən Şengen ərazisi sayılır. Bununla belə, ölkə avrozonaya daxil deyil. Burada avrodan daha çox macar valyutası olan forint işlənir. 1 avro təxminən 310 forintə bərabərdir.

 

Əlverişli turizm marşrutları

Yuxarıda qeyd etdiyimiz kimi, Macarıstanın tariximilli mədəni xüsusiyyətləri barədə ətraflı bilgilərə yiyələnmək və əyani tanışlıq üçün əlahiddə turlara, ölkədə gəzdiyimiz hər an ehtiyac duyurduq. Belə bir situasiyada “1000 doroq” şirkəti və şirkətin peşəkar mütəxəssisləri dadımıza çatdı. Adından göründüyü kimi, bu şirkətin adının mənası ruscadanmin yol” anlamındadır. Şirkət rusdilli işçilərdən və ya rus-ukraynalı menecerlərdən təşkil olunduğu və gidləri də rusca gözəl anlada bildiyi üçün postsovet ölkələrindən Macarıstan və ətraf ölkələri gəzmək istəyənlər üçün əlverişlidir. Budapeştin, demək olar ki, mərkəzində yerləşən yaşadığımız “Medoszhoteli vasitəsilə şirkətlə asan bir şəkildə əlaqə yaratmaq mümkün oldu. Macarıstanda olduğumuz müddətdə boş vaxt tapıb, şirkətin təşkil etdiyi bir neçə tura qatıldıq. Qatıldığımız bütün turlar əyləncəli olması, rəngarəngliyi, cazibədarlığı və ölkənin tarixi, mədəniyyəti, görməli yerləri, təbiəti barədə məlumat vermək baxımından informativliyi ilə yadda qaldı. Beləliklə, səfər boyunca biz Macarıstan barədə fərqli üslubdao qədər müfəssəl məlumat aldıq ki, ölkə haqqında nəyisə öyrənmək üçünWikipediada eşələnməli olmadıq. Beləliklə, təkcə Budapeştlə tanışlıq üçün bir neçə gün sərf etmək gərəkdir. Paytaxtın ölkənin mərkəzində yerləşməsi, Dunay çayı boyunca düzülmüş qədim Avropa şəhərləri arasında inkişaf etmiş yol nəqliyyat infrastrukturu bu şəhəri, eləcə də Macarıstanın digər Dunayboyu ərazilərini turizm baxımından olduqca cəlbedici və əlverişli edir. Budapeştin ictimai nəqliyyatı çox rahat və turistlər üçün çox əlverişlidir. Burada da ictimai nəqliyyat, bizdəki “Bakubus” sistemində olduğu kimi, mərkəzləşmiş qaydada idarə olunur. Bundan əlavə, şəhərdə tramvaytrolleybuslar hələ də fəaliyyət göstərir. Eyni zamanda Dunay çayındakı gəmilər də eyni sistemlə işləyir. Taksilər istisna olmaqla, şəhərdaxil ictimai nəqliyyat növləri üçün bir bilet almağa görə metrostansiyaların girişində qoyulmuş ödəmə terminalına 350 forint - bir dollardan bir qədər artıq məbləğdə pul daxil etməlisən. Ödəmə terminalı rus, ingilis, alman, macarbaşqa dillərdə xidmət göstərir. Budapeşt metrosu əsas ictimai nəqliyyat növü olmaqla, sarı, qırmızı, mavi, yaşıl gediş xətləri üzrə fəaliyyət göstərir.

Ümumiyyətlə, ictimai nəqliyyat Macarıstanda bir çox qonşu Avropa ölkələri ilə müqayisədə ucuzdur.

Alış-veriş üçün şəhərin mərkəzindəki bahalı butiklərə deyil, mərkəzdən kənardakı metrostansiyaların çıxışındaki mall və ticarət mərkəzlərinə üstünlük verməniz tövsiyə olunur. Belə olduqda, eyni keyfiyyətdə məhsulları 30-40% ucuz qiymətə əldə edə bilərsiniz. Avropanın digər şəhərləri ilə müqayisədə Budapeşt keyfiyyətli və brend məhsulların alış-verişi üçün çox əlverişli şəhərdir. Ölkənin pul vahidi forint çoxsıfırlıdır. Bu isə onun dollaravro qarşısında bir o qədər möhkəm olmadığına, Macarıstan məhsullarının və eynilə idxal mallarının qonşu Avstriya ilə müqayisədə, daha yumşaq şəkildə desək, daha əlçatan olduğunu söyləməyə əsas verir. Macarıstanda qiymətlər baha deyil, ancaq ən ucuz da deyil. Tutaq ki, yerli istehsal olan pivənin şüşəsini mağazadan 80 qəpiyə alaya həmin pivə üçün hansısa pubda 6 manat ödəyə bilərsiniz. Dad dəyişməyəcək. Dəyişən, sadəcə, əyləşdiyiniz masa və ortamdır. Budapeştin gecə həyatı da möhtəşəmdir. Şəhər, demək olar ki, səhərəcən yatmır. Şəhərin 7-ci rayonu adlanan ərazidəki gecə klubları, pubbarlarda hər zövqə uyğun ritmik, gurultulu, həzin, bir sözlə, istəyə və zövqə uyğun əyləncə məkanları fəaliyyət göstərir. Bu arada əksər kafe, bar və restoranların önündə iri şriftlərlə menyu qiymətləri əks olunub. Bu, sizə qiymətləri cibinizə uyğun müqayisə etməyə və daha səmərəli xərcləməyə yardım edəcək.

Həmçinin paytaxt Budapeştdən ölkənin digər turistik mərkəzlərinə - Balaton rayonu, Xeviz, Eger, Keçkenetbaşqa qədim tarixi yerlərə gedib-qayıtmağınız kifayət qədər tezucuz başa gəlir.

 

İlkin AĞAYEV

Bakı-Budapeşt-Vyana-

Budapeşt-Bakı

Palitra.-2017.-8 aprel.-S.7.