“Əli
və Nino” filmi Lüksemburqda təqdim olunub
Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) təşkilatçılığı ilə
yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında Azərbaycanda
çəkilən “Əli və Nino” bədii
filminin Lüksemburqda
“Kinepolis” kinoteatrında təqdimatı keçirilib. Filmin layihə
rəhbəri və icraçı prodüseri
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevadır. Azərbaycanın
Belçika Krallığı və Lüksemburq Böyük
Hersoqluğundakı səfiri Fuad İsgəndərov
və Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) Benelüks ofisinin
direktoru Mark Vervilgen film haqqında
tamaşaçılara ətraflı məlumat verib və ekran əsərinin
əhəmiyyətinə toxunublar. 80 il bundan əvvəl
yazılan “Əli və Nino”
romanı əsasında çəkilmiş film
Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin
nümayəndələrinin mehriban
yanaşı yaşadığını və ölkədəki
tolerantlığı əks etdirir. Dövrümüzün ən aktual
məsələsi olan multikulturalizm,
tolerantlıqla bağlı cəmiyyətlərə və insanlara vacib mesajlar ötürür. Bir çox ölkələrdə
nümayiş olunan
“Əli və Nino” filmi
artıq tamaşaçıların rəğbətin
qazanıb. TEAS-ın Benelüks ofisinin direktoru Mark Vervilgen filmin nümayişi Azərbaycanla
Avropa İttifaqı arasında əlaqələrin
yenidən canlandığı, yeni əməkdaşlıqla
bağlı danışıqların aparıldığı
vaxta təsadüf etdiyini
bildirib. O, Azərbaycan Prezidenti
İlham Əliyevin Brüsselə olan səfərindən, onun
Avropa institutlarında görüşlərindən
söz açıb. Avropa
İttifaqının ölkəmizin ən böyük
investoru olduğunu
xatırladıb. Avropa İttifaqının iki qitə
arasında strateji məkanda yerləşən
Azərbaycana ehtiyacı olmasından, Böyük
İpək Yolunun əhəmiyyətindən,
Cənub Qaz dəhlizinin tikintisindən, onun Avropa enerji
təhlükəsizliyinin təminatının şaxələndirilməsinə
töhfəsindən danışıb. Müasir
Azərbaycanın müxtəlif xalqların birgə mehriban yaşadığını,
tolerantlığın və multikulturalizmin
təşviqində, terrorizmə qarşı mübarizədə
rolunu vurğulayıb. Sonra
o, “Əli və Nino”
filmdə göstərildiyi kimi məhəbbətə,
sevgiyə sərhədin olmadığını qeyd edib. Azərbaycanın
Belçika Krallığı və Lüksemburq Böyük
Hersoqluğundakı səfiri Fuad İsgəndərov
bildirib ki, “Əli və
Nino” filminin Avropa Parlamentində nümayişindən sonra Avropa Komissiyası da filmin nümayişi
ilə maraqlanıb. Filmin iki
müxtəlif dinlərə mənsub ölkələrin dostluq münasibətlərini də əks etdirdiyini diqqətə çatdırıb. “Gələn
il Azərbaycan demokratik
Respublikasının 100 illiyi qeyd olunacaq. Bu filmdə
ölkəmizdə hətta Avropa ölkələri
və ABŞ-dan əvvəl qadınlara
azadlıq, səsvermə hüququ verildiyi aydın nümayiş
olunur. 1918-ci ildə yaranan
ilk müstəqil Azərbaycanın
hökumətində müxtəlif xalqların nümayəndələri
- yəhudilər, ermənilər də təmsil olunub. Bu Azərbaycan
xalqının tolerant və dost olduğunu göstərir.
Filmin ölkələrin müstəqilliyinin
əhəmiyyətinə toxunur. Avropa İttifaqı müstəqil tərəfdaşlarla
daha çox inkişaf edər”, - deyə səfir
vurğulayıb.
Palitra.-2017.-19 may.-S.13.