İstedadı sərhəd tanımayan rəssam

 

Görkəmli rəssam Kamal Əhmədin həyat və yaradıcılığı ilə bağlı kitabın təqdimatı olub

 

Xalq Bank”ın həyata keçirdiyiXalq Əmanəti” layihəsi çərçivəsində on beşinci nəşrinin təqdimatı keçirilib. Qeyd edək ki, on beşinci nəşr Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin həyat və yaradıcılığına həsr olunub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov rəssamlıq aləmində Kamal Əhmədi zülmət qaranlığı işığa qərq edən nur adlandırdı. Fərhad Xəlilov çıxışında həmkarı ilə bağlı xatirələrdən də danışdı:Biz onunla yaxın dost olmuşuq. Rəssamlıq məktəbində oxuyanda mənim 16 yaşım var idi. Kamal isə məndən 5 yaş böyük idi. Hərbi xidməti bir yerdə başa vurduq. Çətinliklər gördük, amma ləyaqətlə xidmət etdik. Kamal mənim üçün həmişə yaxşı dost idi. Ona təbiətdən istedad verilmişdi. Rəssamlıq hissi çox güclü idi. Rəngi onun kimi hiss edən ikinci adam tanımıram. Ancaq o qədər də təvazökar adam idi. Kamalda olan enerji o qədər yüksək idi ki, o, daim yaratmaq istəyirdi, sənət yanğısı ilə yanırdı. Kamal böyük ürəkli rəssam idi”.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı isə qeyd etdi ki, Kamal Əhməd sənəti, ədəbiyyatı, musiqini sevən bir insan idi: “O, istənilən yerdə xoşuna gəlməyən sözü deyərdi. Qeyri-adi dərəcədə xeyirxahmehriban idi. Kamal simvolist idi. Onun əsərlərinə filosofcasına baxmaq lazım idi”.

Sənətşünaslıq doktoru Cəmilə Həsənzadə Kamal Əhmədi dahi adlandırdı: “O, incəsənətin bütün sahələrini gözəl bilirdi. Musiqini duyurdu. Onun yaradıcılığını təkcə Abşeron məktəbinə aid etmək olmaz. Onun istedadı sərhəd tanımırdı. Mən onun yaradıcılığını kosmik fəza kimi miqyassız hesab edirəm”.

Əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu bildirdi ki, Kamal Əhməd haqqında Azərbaycan televiziyasında ilk filmin müəllifidir. Çingiz Əlioğlu görkəmli rəssam haqqında “Öz vaxtından qaçan adam” adlı şeir yazdığını diqqətə çatdırdı: “O, öz zamanında duruş gətirə bilmirdi. Biz öz təbii sərvətlərimizlə fəxr edirik, amma bizim şairlərimiz, rəssamlarımız, bəstəkarlarımız sərvətimizdir. Kamal Əhməd daxilən həddən artıq zəngin insan idi. O, fikir adamı idi. Onun rənglərinin altında neçə-neçə qatlar var”.

Kamal Əhmədin qızı Kamila Əhmədova atasına göstərdiyi diqqətə görə “Xalq Banka təşəkkürünü bildirdi: “Atamın ölümündən 23 il keçməsinə baxmayaraq, onun göz yaşları, sevinclə, təbəssümlə, bol xatirələrlə xatırlanmasından fərəh hissi keçirirəm. Bu, sənətkarın xoşbəxtliyidir”.

 

Kamal Əhmədin əsərləri sovet ideologiyasını necə sarsıdıb

Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, yazıçı Azər Abdulla və başqaları onun Səttar Bəhlulzadə ilə tanışlığından, bu böyük sənətkarın həyat tərzi və fikirlərinin Kamala təsirindən söhbət açdılar.

Vurğulandı ki, onun digər müəllimi Azərbaycan avanqardının banisi - güclü, xarizmatik şəxsiyyət, üsyankar təbiətli, içində qarşısıalınmaz ehtirasenerji çağlayan Cavad Mircavadov olub. Kamalın erkən işlərinin bəzilərində Cavadın təsiri altında yaranmış, o illərin prioritet düşüncələri aydın şəkildə sezildiyi bildirildi.

Çıxış edənlər K.Əhmədin meksikalı rəssam-modernist Rufino Tamayonun yaradıcılığına da rəğbət bəslədiyini desələr də, əslində, öz üslubunda Abşeron məktəbinin çalarlarını əks etdirdiyini vurğuladılar. Rəssamın əsərlərini sovet ideologiyasını sarsıdan formalistburjua ruhlu əsərlər kimi səciyyələndirdilər.

Bildirildi ki, ilk fərdi sərgisini 1987-ci ildə keçirməyə müvəffəq olan rəssam ömrünün son illərində ideoloji əngəlləri aşıb yaradıcılığını geniş tamaşaçının seyrinə təqdim edə bilib.

Onun “Neftçilər”, “Abşeronda”, “Kompozisiya” və digər əsərlərinin bir çox muzeylərin interyerini bəzədiyini, ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, YaponiyaRusiyada nümayiş etdirildiyini, muzey və şəxsi kolleksiyaların mülkiyyətinə çevrildiyini söylədilər. Onun “Ailə” tablosunun şah əsərlərindən biri olduğu vurğulandı. “Avtoportret. Çarmıxa çəkilmə” rəssamın son əsəri olub. Kamal Əhmədin əsərləri Azərbaycan milli incəsənətinin dəyərli nümunələri kimi şəxsi kolleksiyalarda, böyük muzeyqalereyalarda qorunub saxlanılır.

Qeyd edək ki, Kamal Əhməd oğlu Əhmədov 1940-cı il fevralın 28-də Bakı şəhərində anadan olub. Erkən yaşlarında valideynlərini itirən balaca Kamal uşaq evində tərbiyə alır, çətin və məşəqqətli tale yaşayıb. Rəssamlığa həvəsi onu Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, o, Kamalı çox bəyənir və ona kömək edir. Kamal Əhməd lap gənc yaşlarından başqalarına bənzəməmək, tamamilə fərqli olmaq istəyirdi. Səttar Bəhlulzadə, Cavad Mircavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi sənətkarları özünə müəllim bilən rəssamın yaradıcılığı çoxşaxəli və mürəkkəbdir. Kamal Əhmədin rəng dünyasını hər hansı bir rəssamın koloriti ilə səhv salmaq mümkün deyil, halbuki o, sevimli rəssamlarının dəst-xəttini, bəzən də onların süjet sırasını və palitrasını sınamağa cəhd edirdi. Bu da təbiidir, çünki onlar eyni dövr və məkanda yaşayıb-yaratmış, eyni mənbədən qaynaqlanıblar.

 

Öz fikirlərini təsvirlərdə şifrələyən dahi rəssam

Kamal Əhməd yaxınları, dostları, həmfikirləri olmasına baxmayaraq, həyat yolunda tənha səyyah kimi tərki-dünya olub yaradır və bu sirli ayinə heç kimi yaxın buraxmırdı. Öz əsərləri haqqında danışmağı sevmir, rəngkarlığı haqqında heç bir müzakirəyə yol vermir, daxili aləmini hamıdan gizlədirdi. O, öz qəlbini yalnız kətan üzərindəki obrazları vasitəsi ilə, öz-özü ilə sonsuz ünsiyyətdə ifadə edirdi. Kətan üzərində uydurulmuş dünya onun doğma aləmi idio müəyyən fikirlərini təsvirlərdə şifrələmiş, illər ərzində müxtəlif assosiasiyalar yaradan metafora, simvol və işarələrdən ibarət xüsusi dil formalaşdırmışdı.

Nəzərə çatdıraq ki, rəssamın əsərlərinin ekspozisiyası may ayının 20-dən başlayaraqXalq Bank”ın Baş Ofisində (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərir. Sərgini, günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi ASC “Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin aliorta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürkunudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-23 may.-S.13.