Zurnabalabana tələbat kifayət qədərdir”

 

Toy şənliklərimizin bəzəyi olan, ən qədim musiqi alətlərimizdən sayılan zurna və balabanı ifa etmək qədər hazırlamaq da çətindir. Cənub bölgəsində bu sənəti indiböyük həvəs və ustalıqla yaşadanlar var.

AZƏRTAC xəbər verir ki, Lerik rayon sakini Əfrəddin Şahiyev uzun illərdir bu musiqi alətlərini hazırlamaqla məşğuldur. Bu sənət ona atası Xaniş Şahiyevdən yadigar qalıb.

Zurnanın mahir ifaçısı olan usta Ə.Şahıyev bildirir ki, bu musiqi alətini hazırlamaq xüsusi incəlik tələb edir. Zurnanı ərsəyə gətirmək üçün ərik ağacından istifadə olunur. Ağacın kəsilmə vaxtına və saxlanılmasına xüsusi diqqət yetirmək lazımdır. Yonulan ağac parçasının aşağı hissəsi yuxarıya qalxdıqca nazikləşdirilir. Ağac zurna halına salındıqdan sonra ona əhəng vurulur.

Ölkənin müxtəlif yerlərindən sifarişlər alan Əfrəddin Şahiyev zurnabalabana tələbatın kifayət qədər olduğunu bildirir. O, bəzi hallarda sifarişə uyğun olaraq musiqi alətinə əlavələr də edir.

Usta bildirib ki, hazırda balaban alıcılara 50-80, zurna isə 100-150 manata təklif edilir.

 

Mahmud

Palitra  2017.- 31 may.- S.16.