Göyçayda XII Nar festivalı keçirilir

 

Göyçayda XII Nar festivalına start verilib. Festival Mədəniyyət Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Builki Nar festivalında iştirak edənlər arasında dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli xarici adamları, beynəlxalq təşkilatların əməkdaşları da var.

AZƏRTAC xəbər verir ki, festival iştirakçıları günboyu nar məhsullarının nümayiş olunduğu sərgiyə baxacaq, nar abidəsinin açılışında iştirak edəcək, habelə respublikanın tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı, nar istehsalı müəssisələrinə səfər, bədii kollektivlərin çıxışları, müxtəlif müsabiqələr təşkil ediləcək.

Noyabrın 4-də isə Heydər Əliyev parkında nar nar məhsullarının satış yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək. Həmçinin şəhər stadionundaAzNarNeftçifutbol komandaları arasında “Nar kubokuuğrunda oyun keçiriləcək. Oyun saat 15:00-da başlayacaq. Yarışın qalibinəAzNar” QSC tərəfindən 10 min manat, ikinci yerin sahibinə isə 5 min manat pul mükafatı veriləcək.

 

Mahmud

 

Palitra.-2017.-4 noyabr.-S.16.