Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans keçiriləcək

 

Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfranskonsert keçiriləcək.

 

Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, tədbirdə sənətşünas alimlərin elmi məruzələri dinləniləcək və bəstəkarın həyat və yaradıcılığı bir daha yeni yanaşmalarla diqqətə çatdırılacaq.

 

Tədbir Prezident İlham Əliyevin görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam çərçivəsində reallaşacaq.

 

Palitra  2017.- 7 noyabr.- S.12.