Milli Kitabxanada Gülhüseyn Kazımlının kitabı təqdim olunub

 

Noyabrın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist Gülhüseyn Kazımlının “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabının təqdimatı keçirilib. Yeni nəşr ictimai fikir tariximizin görkəmli nümayəndələrindən olan jurnalist, tərcüməçi və dramaturq, aktyor Əsgər ağa Goraninin fəaliyyətindən və yaradıcılığından bəhs edir.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış elm, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov və başqaları çıxış edərək kitabın məziyyətlərindən söhbət açıblar.

Bildirilib ki, Əsgər ağa Gorani Azərbaycanın səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə “Əkinçi”nin ən fəal müxbiri, ədəbiyyat tariximizdə “Qocalıqda yorğalıq” pyesinin və “Qara yel” romanının müəllifidir. İctimai fikir tariximizin inkişafında əvəzsiz xidmətləri olan Ə.Gorani bir sıra bədii əsərlərin tərcüməçisi, hüquqşünasictimai xadim kimi də tanınır.

 

Mahmud

 

Palitra 2017.- 25 noyabr - S.15.