Əməkdar artist beynəlxalq mükafata layiq görülüb

 

Azərbaycanın Əməkdar artisti Suğra Bağırzadə mədəniyyətə verdiyi böyük töhfələrə görə beynəlxalq mükafata layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Əməkdar artist Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bir müddət əvvəl Suğra Bağırzadə adıçəkilən ittifaqın “Vəzifə və şərəf” ordeninə, Türk Dünyası Beynəlxalq Tədqiqatlar Elmlər Akademiyası tərəfindən “Qızıl ulduz”, “Türk dünyasında ilin mədəniyyət adamı” mükafatlarına və “Fəxri doktor” adına layiq görülüb.

 

Mahmud

Palitra.-2017.-13 yanvar.-S.16.