Şəhriyarın fars
dilində yazdığı əsərləri Azərbaycan
dilində
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri doğma ana dilinə tərcümə olunaraq oxucuların ixtiyarına verilib. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının qərarı ilə “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. Kitaba M.Şəhriyarın fars dilində yazdığı əsərlər, həmçinin İranda çıxan “Divan”ından orijinal tərcümələr və Bakıda çap olunmuş “Seçilmiş əsərləri”ndəki bədii tərcümə nümunələri daxil edilib.
Nəşrin elmi
redaktoru akademik İsa Həbibbəyli, elmi
məsləhətçisi filologiya elmləri
doktoru, professor Teymur Əhmədov, tərtib edən, “Ön söz”ün, qeyd və
izahların, eləcə də 52 tərcümənin müəllifi
filologiya elmləri doktoru,
professor Vüqar
Əhməddir. Professor V.Əhməd AZƏRTAC-a bildirib
ki, Şəhriyar
yaradıcılığı Türkiyə, Ön
və Orta Asiya, Pakistan, Əfqanıstan, Hindistan,
Qafqaz və başqa
ölkələrdə ədəbi prosesə, onun
inkişafına, həmin ölkələrin milli
ədəbiyyatlarına ciddi təsir
göstərib. Şəhriyar klassik şeirin bütün janr, növ və
şəkillərində qələmini sınayaraq fars və Azərbaycan ədəbiyyatını
yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi,
dübeyti, qitə və rübailərlə
zənginləşdirib. Onun şeirləri
dünyanın bir çox
dillərinə tərcümə edilib,
insanların ruhunu oxşayıb. Şəhriyarın
farsca yazdığı əsərlərin
bir hissəsi Azərbaycanın
istedadlı şair və alimləri tərəfindən
ana dilinə tərcümə olunub. AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutu bu ənənəni davam etdirir. “Məhəmmədhüseyn Şəhriyar.
Seçilmiş əsərləri”
kitabına qüdrətli söz
ustadının ancaq farsca
yazdığı əsərlərin tərcüməsi daxildir. Qeyd edək ki, bu dəyərli kitaba Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi”
şöbəsinin böyük elmi işçisi Hacı
Mustafa Mailoğlu rəy
verib.
Palitra.-2017.-25 yanvar.-S.2.