“Ərəb xilafəti dövründə Azərbaycan əhalisi”

 

Azərbaycan bu gün inamlı addımlarla işıqlı gələcəyə doğru irəliləməkdədir. Müharibə vəziyyətində olsa da, bütün Cənubi Qafqazın iqtisadiyyatının 70%-i ölkəmizin payına düşür. Bu baxımdan, böyüməkdə olan gənc nəslin VƏTƏNPƏRVƏR, VƏTƏNİ CANINDAN ARTIQ SEVƏN, VƏTƏNƏ SONSUZ DƏRƏCƏDƏ SƏDAQƏTLİ QALMAQ RUHUNDA böyüməsi çox vacibdir. Bunun üçün isə onların ŞANLI TARİXİMİZLƏ tərbiyə edilməsi müstəsna dərəcədə böyük rol oynayır.

Bu baxımdan, tarix üzrə fəlsəfə doktoru Ramil Əyyub oğlu Ağayevin “Ərəb xilafəti dövründə Azərbaycanın əhalisi” monoqrafiyası diqqəti, xüsusilə cəlb edir. Bəri başdan demək lazımdır ki, monoqrafiya son dövrlər respublikamızın ictimai-siyasi həyatında əsl hadisədir. Belə ki, aşkar şəkildə etiraf etmək lazımdır ki, bu cür dərin elmi tutumlu, son dərəcə geniş miqyasda, 384 ərəb və fars, eləcə də digər dillərdəki mənbələrə, məxəzlərə, monoqrafik əsərlərə əsaslanan, Azərbaycan əhalisinin etnik tərkibi haqqında yazılan fundamental əsərə Azərbaycan tarixşünaslığında çoxdandır ki, rast gəlinmir.

Müəllif öz tədqiqatında “Azərbaycan” tarixicoğrafi və dövlətçilik anlayışı adı altında təqdim olunan ərazinin coğrafietnik hüdudları, xilafət fəthləri ərəfəsində Azərbaycan ərazisində mövcud olmuş etnosiyasi vəziyyət, Ərəb xilafəti dövründə burada yaşamış türk, qafqazdilli, irandilli əhali, işlək dillər, ərəblərin köçürmə siyasəti və s. haqqında ətraflı məlumat verir.

Əvvəlcədən qeyd etmək istərdim ki, tarix ictimai, ideoloji elm olduğu üçün Sovet Hakimiyyəti dövründə bu sahədə ən mühüm, taleyüklü məsələlər, məsələn, Azərbaycan xalqının genezisi, formalaşması, ümumiyyətlə, Azərbaycan adının yaranması, “Azərbaycan” deyiləndə nəzərdə tutulan coğrafi ərazi və s. kimi məsələlər, əsasən, Moskvada – erməni və s. millətlərdən olan alimlər tərəfindən müəyyən edilirdi. Bu baxımdan, böyük sevincqürur hissi ilə deməliyik ki, müstəqillik əldə etdikdən sonra belə taleyüklü məsələlər artıq respublikamızda həll olunur. Lakin aydındır ki, bu cür taleyüklü məsələlər həll edilərkən tələsməmək, bütün faktları ətraflı şəkildə sərf – nəzər etmək, dəqiq, düşünülmüş, düşmənlərimizin əlinə gələcəkdə özümüzə qarşı tətbiq edilə biləcək “kozır” verməyən, nəhayət, “Biləcəridən o üzə keçə bilən” nəticələrin çıxarılması və isbatı çox vacibdir. Əlbəttə, bu zaman çıxarılan nəticələrin xaricdəki alimlər tərəfindən də qəbul edilməsi çox mühüm şərtdir. Şübhəsiz ki, bu, həm də Azərbaycan tarix elminin zəfəri olmaqla yanaşı, həm də ən mötəbər, yüksək səviyyəli toplantılarda Azərbaycan tərəfinin ilkin üstün mövqeyi demək olardı.

Bu baxımdan, müəllif elə birinci, “Azərbaycan” tarixicoğrafi anlayışı və onun hüdudları” fəslində əsl ziyalı məsuliyyəti, narahatlığı və eləcə də ədalətliliyi ilə haqlı olaraq göstərir ki, “Ərəb xilafəti dövründə Azərbaycan əhalisinin etnik tərkibini araşdırmazdan əvvəl həm Sasanilər, həm də Ərəb xilafəti dövründə “Azərbaycan” tarixicoğrafi anlayışı və onun hüdudlarının müəyyən edilməsinə və bu barədə indiyə qədər söylənilmiş fikirlərin yeni faktlarla daha da gücləndirilməsinə ehtiyac duyulur. Çünki xalqın təşəkkülü və etnik tarixlə bağlı problemlər etniktarixi coğrafiya məsələləri ilə sıx şəkildə əlaqədardır. Bu məsələlər bir-biri ilə əlaqəli şəkildə öyrənilmədən müəyyən tarixi dövrdə, o cümlədən Ərəb xilafəti dövründə Azərbaycan ərazisində yaşamış əhalinin etnik tərkibini əsaslı şəkildə müəyyən etmək mümkün deyildir”.

Bəli, burada müəlliflə mübahisə etmək çox çətindir. Belə ki, doğrudan da, “Azərbaycan” adının yaranması, xalqın genezisi haqqında taleyüklü məsələlərə qəti, son, birdəfəlik möhür vurmaq üçün kifayət qədər mötəbər mənbələrdən istifadəyə ehtiyac vardı. Buna görə Ramil Ağayev bilavasitə “Azərbaycan” adının yaranması haqqında bu sahədə tanınmış bir çox tədqiqatçıların – İ.H.Əliyevin, İ.M.Dyakonovun, S.Y.Qasımovanın, A.Kristensenin, R.Rəisniyanın və b.-nın üst-üstə qırxdan çox əsərini araşdıraraq bu məsələdə heç bir mübahisəyə yer qoymayaraq qəti şəkildə son “nöqtə” qoyur.

Məlumdur ki, hazırkı dövrdə ölkəmizin iqtisadiyyat, siyasət, mədəniyyət, idmans. sahələrdə getdikcə daha böyük, bir-birindən sanballı uğurlar qazanması qonşularımız tərəfindən heç də birmənalı qarşılanmır. Etiraf etməliyik ki, bir çoxları onu çox qısqanclıqla, narahatlıqla, hətta deyərdim ki, təşvişlə qarşılayırlar. Bu işdə müasir İran tarixçiləri, xüsusilə fərqlənirlər. Onlar, ümumiyyətlə, Arazdan şimaldakı torpaqların “Azərbaycan” adlanmasına qarşı çıxırlar. Bu da başa düşüləndir. Burada Ramil Ağayev müasir İran tarixçisi S.Ə.Kəsrəvinin konkret olaraq fars dilində yazmış olduğu əsərindən müvafiq iqtibas gətirərək onun heç vaxt Arran ərazisinə “Azərbaycan” deyilməməsi haqqında fikirlərini göstərir. Elə buradaca bildirilir ki, İran tarixçiləri hətta 1918 – 1920-ci illərdə Şimali Azərbaycanda mövcud olmuş müstəqil dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin bu cür adlanmasının doğru olmadığını iddia edirdilər.

Elə buradaca müəllif sözünə davam edərək bildirir ki, oxşar fikirlərə rus tədqiqatçılarının da əsərlərində rast gəlinir. Məsələn, V.V.Bartold “Azərbaycan” anlayışının Arazın həm şimalına, həm də cənubuna aid edilməsini səlcuqlardan sonrakı dövrə aid edir. Şərqşünas-alimin fikrincə, o vaxtadək Araz çayı şimalla cənubu bir-birindən ayıran etnoqrafik sərhəd olmuşdur. V.V.Bartolddan fərqli olaraq Z.Y.Yampolski bir çox hallarda Atropatena ilə Albaniya arasında sərhədin Kür çayı olduğunu qeyd etmişdir.

Burada müəllif söylənilən fikirlərin yanlışlığını sübut etmək üçündaşdan keçən” üsuldan istifadə etmişdir. Belə ki, o, burada “Azərbaycan” istilahı haqqında fikir söyləmiş bir neçə ən müxtəlif müəlliflərin fikirlərini tədqiq edərək, yekun nəticəni bu müəlliflərdən birinin fikri ilə ifadə edir. Məsələn, danışdığımız məsələdə o, türk alimi Z.V.Toğanın fikrini ifadə edərək bildirir ki, “Azərbaycan” istilahı “Qafqaz Azərbaycanı”nı da əhatə edirdi. Bu, öz əksini 1929-cu ildə Dərbənd divarları üzərində aşkar edilmiş kitabədə də tapmışdır. Belə ki, həmin kitabədə I Xosrov Ənuşirəvanın hakimiyyətinin 37-ci ilində (567 – 568-ci illər) Dərbənd səddinin tikintiya bərpasını həyata keçirən Baziriusyaxud Darius adlı şəxs özünü “Adurbadaqanın (Azərbaycanın) amarqarı”, yəni maliyyə nəzarətçisi adlandırmışdır. Qeyd etmək lazımdır ki, kitabənin dəqiq tarixi (553-cü və yaxud 567-568-ci illər) və maliyyə nəzarətçisinin adı (Bazirus, Bərzniş, Dariuş) məsələsində Q.S.Niberq ilə Y.A.Paxomov arasında müəyyən fikir ayrılığı vardır. K.Odərin yazdığına görə, Y.Paxomov həmin kitabə əsasında belə bir nəticəyə gəlir ki, Sasanilər dövründə Azərbaycanın şimal sərhədi Dərbənd olmuşdur. Yenə həmin müəllifin yazdığına görə, B.A.Dorn və N.X.Xanıkov da XIX əsrin əvvəlində Dərbənd səddinin qayalıqlarını nəzərdən keçirərkən üzərində pəhləvi dilində “Azərbaycan” (“Azərbayqan”) sözü yazılmış bir kitabəyə rast gəlmişlər.

Beləliklə, Ramil Ağayev yuxarıda “daşdan yox, dəmirdən keçən” faktla sübut edir ki, 1929-cu ildə Dərbənd divarları üzərində aşkar edilən və 567 – 568-ci illərə aid olunan kitabədən birmənalı şəkildə məlum olur ki, hələ VI əsrdə (!) “Azərbaycan” istilahı işlənmişdir. Həm də burada “Azərbaycan” istilahı fikirləri yuxarıda verilən S.Kəsrəvinin və V.V.Bartoldun bildirdiklərindən fərqli olaraq, yalnız Cənubi Azərbaycana yox, həm də Şimali Azərbaycana aid olmuşdur.

 

İlqar Heydəroğlu,

Bakı şəhəri, Nərimanov rayonu, MLK-nın tarix müəllimi,

“İlin müəllimi” müsabiqəsinin qalibi, Əməkdar müəllim,

tarix üzrə fəlsəfə doktoru

 

Palitra.- 2018.- 1 avqust.- S. 15.