Tarixi-pedaqoji irsin tədqiqi

 

Fərrux Rüstəmovun “Azərbaycan pedaqogikaşünaslığı kitabına baxış” adlı tədqiqat işinin dördüncü fəsli “Tarixi-pedaqoji irsin tədqiqi” adlanır ki, burada Azərbaycanda pedaqoji fikir tarixinin və sahə pedaqogikalarının tədqiqindən bəhs olunur.

Göründüyü kimi, Fərrux Rüstəmov pedaqoji tədqiqatları həm elmi istiqamətlər üzrə, həm də tarixi varisliklə təqdim edərək, ümumiləşdirmələr aparmaqla düzgün mövqe tutmuş, bununla da pedaqogikaşünaslığın məzmununu ortaya qoymuşdur. Azərbaycanda pedaqoji elmin nəzəri-metodoloji problemlərinin tədqiqinə həsr edilən araşdırmalara və müəllif qənaətlərinə, mənbələrə, baş verən ictimai-pedaqoji proseslərə yaxından bələdlik müəllifə pedaqoji elmin inkişaf xüsusiyyətlərini və tendensiyalarını müəyyənləşdirməyə, elmi-nə¬zəri təhlildən keçirməyə, ciddi bir elmi-tədqiqat əsəri yaratmağa imkan vermişdir. Əsə¬rin zənginliyi və təhlil üslubu məntiqi inandırıcılığı ilə oxucunun diqqətini cəlb edir.

Bununla yanaşı, tədqiqat zamanı müəllifin tədqiq etdiyi əsərində daha çox müsbət cəhətlər, maraqlı ideya və fikirlər, məna və fikir tutumu olan deyimlər və konsepsiyalar axtarışı da humanist yanaşmalardan irəli gəlir. Əsəri oxuduqca müəllifin nə qədər gərgin zəhmət çəkdiyini, bir əsr ərzində yaranmış pedaqoji məzmunlu, irili-xırdalı yüzlərlə məqaləni, dərslik, dərs vəsaiti, monoqrafiya və digər elmi nümunəni, onlarla alimin ideya və baxışlarını öyrənmək əzmini duyur, Azərbaycanda pedaqogika elminin özü-özlüyündə deyil, dünya pedaqoji elmi kontekstində tam dolğun mənzərəsini yarada bildiyinin şahidi oluruq. Qətiyyətlə demək olar ki, “Azərbaycan pedaqogikaşünaslığı” əsəri pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov tərəfindən bu sahədə reallaşdırılan uğurlu təşəbbüsdür.

Poetik təfəkkürə, yüksək əxlaqi keyfiyyətlərə və həssas mənəvi aləmə malik olan Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində gənc nəslin tərbiyəsi sahəsində zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək, məktəb təcrübəsinə gətirmək tədqiqatçıları düşündürən ciddi problemlərdən biri olmuşdur.

20-ci illərə qədərki dövrdə bu sahədə tam bir boşluq vardı. Elə buna görə də yerli pedaqoqlar Azərbaycanda təlim və tərbiyənin yeni konsepsiyasını, inkişaf tendensiyalarını müəyyənləşdirməyə çalışan tədqiqatçılar bir neçə illik pərakəndə axtarışdan sonra Azərbaycan pedaqoji irsindəki qabaqcıl ideya və təcrübələrin, ayrı-ayrı şəxslərin təlim-tərbiyə ilə bağlı fikirlərinin tədqiqinə girişdilər.

Öz təşəkkülü və inkişafının regionalmilli özünəməxsusluğu ilə seçilən Azərbaycan xalqının zəngin pedaqoji ideyalar tarixinin ilk azərbaycanlı pedaqoji elmlər doktoru, professor Əhməd Seyidovun tədqiqatları xüsusilə seçilmişdir ki, müəllif onun tədqiqatlarının təhlilinə xüsusi diqqət yetirmişdir. O, milli pedaqoji fikrimizin bütöv bir tarixi mərhələsinin yaradıcısı, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Məhəmməd Füzuli, Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə haqqında fundamental və mötəbər tədqiqatların müəllifidir. Fərrux Rüstəmova görə Əhməd Seyidovun elmi-pedaqoji yaradıcılığının daimi predmeti kimi iki istiqamətin aparıcı olduğunu görürük:

1) Azərbaycan pedaqoji fikrinin tədqiqi;

2) uzaq və yaxın xarici ölkə pedaqoqlarının pedaqoji irsinin tədqiqi və təbliği.

40-cı illərdə “Azərbaycanda qadın təhsili tarixindən” (Zümrüd Axundova), “Nizami Gəncəvinin pedaqoji görüşləri” (Mərdan Muradxanov), “Abdulla Şaiqin pedaqoji fəaliyyəti və ədəbi yaradıcılığında tərbiyəyə dair fikirləri” (Dilruba Mustafayeva), “Mirzə Ələkbər Sabirin maarifpərvər və pedaqoji görüşləri” (Əmir Tağıyev), “1917-1920-ci illərdə Azərbaycanda xalq maarifi” (Saleh Xəlilov), “Azərbaycan əlifbası və ondan sonrakı ilk oxu kitabının tarixi” (Əliş Həsənov), 50-ci illərdə “Azərbaycan xalq nağılları və atalar sözlərində əqli və əxlaqi tərbiyəyə aid fikirlər” (Əliheydər Həşimov), “Azərbaycanda ali pedaqoji təhsilin inkişaf tarixindən” (Ağahəsən Rzayev), 60-cı illərdə “Azərbaycanda məktəbəqədər tərbiyənin inkişaf tarixindən” (Əfşan Qədimbəyova), “Azərbaycan uşaq ədəbiyyatında tərbiyə məsələləri” (Allahverdi Pəncəli), “Azərbaycan müəllimləri hazırlığında Zaqafqaziya Müəllimlər Seminariyasının rolu (Fikrət Seyidov), Azərbaycan mütəfəkkirləri və pedaqoqlarının nəsihətlərində tərbiyə məsələləri” (Allahverdi Tağıyev), 70-ci illərdə “Fərhad Ağazadənin pedaqoji fəaliyyəti və görüşləri” (Əjdər Ağayev), “Firidun bəy Köçərlinin pedaqoji fəaliyyəti və görüşləri” (Sevinc Əzimova), “Abbas Səhhətin təlim-tərbiyə haqqında fikirləri” (İramin İsayev), “Məmməd Tağı Sidqinin pedaqoji fəaliyyəti və pedaqoji görüşləri” (İbrahim Mollayev), “Süleyman Sani Axundovun maarifçilik pedaqoji fəaliyyəti və pedaqoji fikirləri” (Ədalət Cəlilov) mövzularında müdafiə olunan dissertasiyalar üçün ilkin metodoloji mənbə məhz Əhməd Seyidovun əsərləri və xalq hikmətinə bürünmüş göstərişləri olmuşdur. Bu məktəbin layiqli nümayəndələrindən biri Hüseyn Əhmədov bu fikri bir daha qüvvətləndirərək sonralar yazırdı: Professor Əhməd Seyidov Azərbaycanda məktəb və pedaqoji fikir tariximizin tədqiqi sahəsində tam bir məktəb yaratmışdır” [Əhmədov H. Pedaqogika elminin görkəmli tədqiqatçısı//“Azərbaycan məktəbi” jurnalı, 1988, ¹ 1, s. 60]

30-cu illərin axırlarından başlayaraq Mərdan Muradxanov da Nizami irsinin araşdırılması ilə bağlı sistemli tədqiqatlar aparmış, xeyli elmi-tədqiqat xarakterli məqalələr dərc etdirmiş, “Nizaminin pedaqoji görüşləri” [Muradxanov M. N.Gəncəvinin pedaqoji görüşləri. ped.elm.nam. alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiya, Bakı, ADU, 1943] mövzusunda namizədlik dissertasiyası yazmışdır. O, 1943-cü il dekabrın 31-də Böyük Vətən müharibəsinin ağır günlərində cəbhədən ADU-nun (indiki BDU) dəvəti ilə gəlmiş və universitetin böyük elmi şurasında həmin dissertasiyanı müdafiə etmişdir. Bu əsər məşhur şərqşünas Yevgeni Eduardoviç Bertels, Boris Borisoviç Komarovski, Aleksandr Osipoviç Makovelski, Yevgeni Yakovleviç Qolant və habelə pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Həmin əsər 1947-ci ildə rus dilində nəşr olunmuşdur.

Ağababa Rzayev “XIX әsr Azәrbaycan alimlәri vә mütəfәkkirlәri һaqqında oçerklәr” әsərindә Peterburq Universitetinin professoru Mirzә Cәfәr Topçubaşovun, Kazan Universitetinin müәllimi Abdulsәttar Kazım bәyin və Mirzə Fətəli Axundovun təhsil-tərbiyə ilə bağlı fikirlərini təhlil etməklə yanaşı, Mirzə Kazım bәyin də pedaqoji fәaliyyәtinin bәzi cəһәtlәrinә toxunmuşdur. Bu tədqiqatlar ilkin təşəbbüs kimi dəyərli olsa da, təəssüf ki, təşəbbüs olaraq qaldı. Mirzə Kazım bәyin pedaqoji fəaliyyəti və maarifçilik görüşləri sistemli tədqiqatların, namizədlik və doktorluq dissertasiyalarının predmetinə çevrilmədi. Cəlil Mәmmәdquluzadә, Mirzə Әləkbər Sabir, Nəcəf bəy Vәzirov və Әbdürrəhim bəy Haqverdiyevin pedaqoji irsini öyrənmək baxımından Әmir Tağıyevin “Azәrbaycanda pedaqoji fikrin inkişafı tarixindәn” kitabı maraq doğurur.

Bunların hər birinin elmi-pedaqoji elmi-pedaqoji fəaliyyətləri əsərin müəllifi tərəfindən peşəkarlıqla təhlil və tədqiq edilmişdir.

XX əsrin II yarısının pedaqoji səlnaməsini də Fərrux müəllim eyni səbirlə dövrün ictimai-siyasi mühitinin reallıqları kontekstində araşdırmış, haqlı olaraq qeyd etmişdir ki, 50-ci illərdə yeni elmi-tədqiqatçılar nəsli yetişməklə bu sahədə sükut buzu sınmağa başladı, Firudin bəy Köçərlinin, Məmməd Qazıyevin, Vəli Məmmədovun, Cahid Quliyevin, Teymur Əhmədovun ilk tədqiqat əsərləri meydana gəldi. Ağamməd Abdullayevin doktorluq, Əhməd Əhmədovun namizədlik dissertasiyalarında, Əhməd Seyidov, Mehdi Meh¬dizadə, Əlyar Qarabağlı Ağababa Rzayev, Camal Əhmədov, Fikrət Seyidov və Soltansəlim Axundovun, Nəriman Nərimanovun tədqiqatları yaranırdı.

70-ci illərdə keçmiş İttifaqda, o cümlədən Azərbaycanda görkəmli pedaqoqların (bəzən də heç pedaqoq olmayanların) pedaqoji görüş¬lərinin tədqiqi dəb olduğu bir halda, ilk dəfə Əjdər Ağayev problem xarakterli mövzunun – şəxsiyyət haqqında Azərbaycan pedaqoji fikir klassiklərinin ideya və mülahizələrinin tədqiqinə girişdi, “Azərbaycan maarifpərvərləri şəxsiyyət və onun formalaşması haqqında”, “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında” kitabları və silsilə məqalələri ilə pedaqoji fikrin tədqiqində yeni cığır açdı, yeni elmi istiqamətin formalaşmasının təşəbbüskarı oldu.

70-ci illərin əvvəllərində Aben Kərimov Azərbaycanda əməyin və politexnizmin inkişaf tarixini doktorluq dissertasiyası səviyyəsində araşdırdı, “Azərbaycanda əməyin və politexnizmin tarixinə dair oçerklər (XIX əsrin ikinci yarısı və XX əsrin birinci yarısı)” (1973) mövzusunda doktorluq dissertasiyası müdafiə etdi.

Xalq pedaqogikasını Әliheydər Hәşimov tәdqiq etmişdir. “Xalq pedaqogikası elmi pedaqo¬gikanın beşiyi başında duran ulu babası, eyni zamanda “qızıl fondu”, tədqiqat sahəsi, öyrənmə mənbəyi və müasir rəfiqidir; şifahi xalq yaradıcılığı kamal dünyası, müdriklik çeşməsi, milyonların tərbiyə məktəbidir” – kimi fikirlər Əliheydər Həşimovun yaradıcılığının məğzini təşkil edir. Tәdqiqatçı xalq yaradıcılığındakı qiymәtli pedaqoji fikirlәrin yazılı әdәbiyyata, klassik yazıçı vә şairlәrimizә qüvvətli tәsir göstərməsindәn dә, yeri gәldikcә bәһs edir, bir sıra maraqlı müqayisәlәr aparır, ən qüdrәtli sәnәtkarların belә istedadının parlamasında xalq yaradıcılığının rolundan söһbәt açır.

Әjdər Ağayev Fərhad Ağazadənin, İbrahim Mollayev Məmməd Tağı Sidqinin, İramin İsayev Abbas Sәһһәtin, Sevinc Әzimova Firidun bəy Köçәrlinin, Ədalət Cəlilov Süleyman Sani Axundovun, Mustafa Rәһimov Səməd Vurğunun xalq maarifi, məktəb tәһsili, təlim-tәrbiyә saһәsindәki xidmәtlәrini, Mircəfər Həsənov isə XX əsrin 20-ci illərində Azərbaycanda nəşr olunan pedaqoji mətbuatda təlim-tərbiyə məsələlərini araşdırdılar. 80-ci illərdə də bu tendensiya davam etdirildi, Azərbaycan pedaqoji fikrinin müxtəlif problemləri namizədlik və doktorluq dissertasiyalarının predmetinə çevrildi, Vidadi Bәşirov XIX әsrin II yarısında Azәrbaycan pedaqoji fikrinin inkişafına rus mütәrәqqi ideyalarının tәsirini [122], Vahid Rzayev XIX әsrdә vә XX әsrin әvvәllәrindә Zaqafqaziya xalqlarının pedaqoji әlaqəlәrini [710], Vəzirxan Zәrb-әliyev Azәrbaycan bolşevik mәtbuatının xalq maarifinin demokratiklәşdirilmәsi uğrunda mübarizәsini [843], Zenfira Meһdizadә Aleksey Osipoviç Çernyayevskinin [504], Bəhruz Nәsirov Mahmud bəy Maһmudbәyovun [611], Sahilə Orucova Üzeyir Hacıbәyovun [619], Zenfira Meһrәliyeva Cəlil Mәmmәdquluzadәnin [511] pedaqoji fәaliyyәtini vә görüşlәrini, İslam Hә¬şimov Azәrbaycan pedaqoji fikrinin formalaşmasına xalqın tәrbiyәvi ideya, adәt vә әnәnәlәrinin təsirini [305], Allahverdi Quliyev XIX әsrin sonu, XX әsrin әvvəllәrindә Azәrbaycanda ümumtәһsil mәktәblәrindә şagirdlәrin әmək tәrbiyәsinin qoyuluşu mәsәlələrini [452] namizәdlik, İbrahim Mollayev XIII-XIV əsrlәrdә Azәrbaycanda mәktәb vә pedaqoji fikrin inkişaf tәmayüllәrini [709], Sürəyyə Әliyeva inqilabaqәdәrki dövrdә Azәrbaycanda әxlaq tәrbiyәsinin nәzәriyyә vә tәcrübәsinin inkişaf istiqamәtlәrini [222] doktorluq dissertasiyası sәviyyәsindә araşdırdı.

90-cı illərdə SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinin inkişafı ilə bağlı Moskvada bir sıra əsərlər nəşr olundu. Bunun böyük ictimai-siyasi mənası vardı. Çünki əvvəllər ayrı-ayrı xalqların məktəb və pedaqoji fikir tarixinə dair aparılan tədqiqatlar məhdud olub milli çərçivədən kənara çıxa bilmirdi. Bu baxımdan Moskvanın “Ïåäàãîãèêà” nəşriyyatı tərəfindən nəşr olunmuş “Azərbaycan SSR pedaqoji fikir antologiyası” (tərtibçilər: Əjdər Ağayev, Əliheydər Həşimov) adlı əsərin [853] böyük əhəmiyyəti vardı. “SSRİ xalqlarının pedaqoji fikir antologiyası” seriyasından buraxılan kitab öz həcmi (592 səhifə) və tərtibatı ilə də seçilirdi.

Azərbaycan pedaqoji fikrinin inkişafında üç mərhələni (ümumtürk; ərəb-fars; rus pedaqoji fikri) fərqləndiririksə, Zahid Qaralov Azərbaycan xalqının tarixində tərbiyə sisteminin, tərbiyə nəzəriyyəsinin, ən azı, beş dəfə köklü dəyişikliyə uğramasını əsaslandırır:

1) tanrıçılıqdan islam mədəniyyətinə keçid; islam elminin yayılmağa başladığı və hökmran olduğu dövr (650-1820-ci illər);

2) Rusiya imperiyasının işğalından Sovetlər hakimiyyəti qurulana qədərki dövr (1813-1917-ci illər);

3) Azərbaycan Cümhuriyyətinin yarandığı vaxtdan ölkənin təkrarən Rusiya imperiyasının işğalı altına düşdüyü vaxtadək keçən dövr (1918-1920-ci illər);

4) sovet imperiyasının hakimiyyəti dövrü (1920-1991-ci illər);

5) Azərbaycanın öz müstəqilliyini və suverenliyini bərpa etdiyi son dövr (1991-ci ildən sonrakı dövr) [Qaralov Z. Tərbiyə. I kitab Bakı: Pedaqogika, 2002, s.5].

Fərrux Rüstəmovun bu əsərində keçmiş təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” çoxcildliyindən, pedaqoji elmin korifeylərindən M.Mehdizadə, Ə. Seyidov, M.Mu¬rad¬¬xanov, H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Ə.Ağavev və başqalarından, onların elmi-pedaqoji xidmətlə¬rindən geniş bəhs edərək, əslində, son dövr elmi-pedaqoji fikrin salnaməsini yaratmışdır. Mərhəba!

Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən amillərə həsr edilmiş V fəsildə bir sıra pedaqoji problemlərdən, o cümlədən elmi-pedaqoji tədris ədəbiyyatının hazırlanmasından, pedaqoji jurnalistikadan, pedaqoji tənqiddən və müvafiq kadr hazırlığından bəhs edilir. Əsərin VI fəsli özünün orijinallığı və aktuallığı ilə seçilir. Burada pedaqoji elmlərin inkişafında beynəlxalq əlaqələrin rolu yüksək qiymətləndirilir, Rusiya, Zaqafqaziya, Şimali QafqazOrta Asiya Respublikaları ilə elmi-pedaqoji əlaqələrin geniş təhlili verilib.

"Humanist-pedaqogika: problemlər, perspektivlər" adlanan sonuncu VII fəsil özü¬nün müasirliyi ilə seçilir. Kitabda həm də XX əsrdə və zəmanəmizdə hazırlanan milli-pedaqoji kadrların (pedaqogika üzrə elmlər doktorlarının və pedaqogika üzrə fəlsəfə doktorlarının) siyahısı, onların müdafiə etdiyi mövzular, ad göstəricisi, əlifba sırası ilə öz əksini tapıb.

Burada müəllif haqlı olaraq qeyd edir ki, pedaqogika elmi daim məktəbin nəbzini tutmalı, orada gedən prosesləri təhlil etməli, təlim-tərbiyə işinin səmərə və keyfiyyətini yüksəltməyə istiqamət verməli, milli və ümumbəşəri dəyərlərin mənəvi dəyərlərindən sintezindən ibarət tərbiyə nəzəriyyəsi yaradılmalı, pedaqogika kursunun strukturu təkmilləşdirilməli, pedaqogikanın digər elmlər sistemində yeri müəyyənləşdirməli, əməkdaşlıq pedaqogikası inkişaf etdirilməlidir.

Yeri gəlmişkən, mənim fikrimcə, bu mürəkkəb və həm də çətin vəzifələri həyata keçirmək, dövlətin təhsil siyasətinin elmi-pedaqoji əsaslarını reallaşdırmaq üçün pedaqoq və psixoloqların qüvvəsini eyni məcraya yönəltmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında pedaqoji-psixoloji elmlərin təmsilçiliyinə diqqət yetirilməli, aqrartibb sahələrində olduğu kimi, burada da ayrıca bölmə təsis edilməlidir.

 

Həsən Bayramov

pedaqoji elmlər doktoru

 

Palitra  2018.- 28 avqust.- S.13.